Qorbaçov keçmiş SSRİ sərhədləri daxilində yeni "İttifaq"ın yarana biləcəyini istisna etmir
Tarix: 13-12-2016, 08:06 |
Çap et
SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov keçmiş Sovet İttifaqının sərhədləri daxilində yeni "Birliy"in yarana biləcəyini mümkün hesab edir.
"Report" xəbər verir ki, bunu o, SSRİ-nin dağılmasının 25 illiyi ilə bağlı TASS-a verdiyi müsahibəsində bildirib.
Qorbaçov "Sovet İttifaqının bərpası mümkündürmü?" sualına belə cavab verib:
"Sovet İttifaqı - xeyir, amma İttifaq - bəli. Əvvəlki sərhədlər daxilində və həmin tərkibdə, könüllü olaraq … Mən hesab edirəm ki, yeni İttifaq mümkündür".