“ABŞ kürd dövləti planından əl çəkməyib”
Tarix: 30-11-2016, 08:07 |
Çap et
ABŞ Suriya və İraqda kürd dövləti qurmaq planlarından əl çəkməyib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı politoloq Bred Kabana söyləyib. Onun sözlərinə görə, ABŞ-la Rusiyanın Hələbdə atəşkəs müqaviləsi imzalamaq ehtimalı yoxdur:
“Artıq proses Suriya hökumətinin lehinə çevrilib. Hələbin şimal hissələri İŞİD-dən təmizlənib. Suriya ordusu Rusiyanın dəstəyi ilə hələlik vəziyyəti nəzarət altında saxlayır. Ona görə atəşkəsin mümkün olduğunu düşünmürəm. ABŞ İraqın şimalı və Suriyanın şimal-şərqində kürd dövləti qurmaq fikrinə maraqla yanaşır. Amerikanın bu maraqlarının dəyişdiyinə inanmıram. Tramp rəsmi prezident olan kimi bu dəyişikliklər başlaya bilər”.