Nazarbayev Ermənistana getməkdən imtina etdi
Tarix: 12-10-2016, 09:36 |
Çap et
Qazaxıstan prezidenti Nursultan Nazarbayev səhhətindəki problemlərlə əlaqədar Ermənistan paytaxtı İrəvana səfər etməkdən imtina edib.
AzVision.az Qazax KİV-nə istinadən xəbər verir ki, Nazarbayev soyuqdəymədən müalicə olunur.
Prezidentin mətbuat xidmətinin rəhbəri Aydos Ukibayın sözlərinə görə, ölkə başçısının səhhəti narahatlıq doğurmur: “O, soyuqdəymə ilə bağlı müalicə alır”.
Ukibayın sözlərinə görə, prezidentin səhhətində yaranan problemlə bağlı onun beynəlxalq tədbirlərdə iştirakı təxirə salınıb: “KTMT-nın İrəvandakı iclasında Qazaxıstanı baş nazir təmsil edəcək”.
Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazrabayevin bu gün Azərbaycana gözlənilən səfəri də təxirə salınıb.
Xatırladaq ki, oktyabrın 14-də İrəvanda Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı ölkələrinin Şura iclası keçiriləcək. İclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentləri iştirak etməsi planlaşdırılırdı.