Rusiya ABŞ-la əməkdaşlığı dayandırdı - Nüvə böhranı
Tarix: 6-10-2016, 08:54 |
Çap et
Rusiya nüvə sahəsində ABŞ-la əməkdaşlıq sazişinı dayandırıb.
Rusiya nüvə və enerji sektorlarında tədqiqat və inkişaf sahəsində ABŞ ilə əməkdaşlıq sazişini dayandırıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında bildirilir.
Məlumata əsasən, buna səbəb Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etməsi olub.
Qeyd edək ki, Rusiya və ABŞ arasında saziş 2013-cü ildə Vyanada imzalanıb.