İsraildə ərəb polisə yüksək rütbə verildi
Tarix: 14-04-2016, 08:29 |
Çap et
Rəsmi Tel-Əviv ərəb əslli polis əməkdaşına yüksək rütbə verərək ilk dəfə ölkədə müsəlman bir şəxsi vəzifəyə təyin edib. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, Jamal Hakarus adlı ərəb, əhalinin təhlükəsizliyini təmin etmək üçün yeni yaradılan bölmədə rəis müavini kimi vəzifəyə başlayıb.
Bildirilir ki, yeni yaradılan bölmənin əsas vəzifəsi qeyri-qanuni silahların ərəb əhalinin əlinə keçməsinin qarşısını almaqdır. Həmçinin yeni bölmə məişət zorakılığı, cinayət və s. qanunsuzluqlarla da mübarizə aparacaq.
Qeyd edək ki, İsrail əhalisinin 20%-i ərəblərdən ibarətdir. Ərəblər yaşadıqları ərazilərdə təhlükləsizliyin və ictimai xidmətlərin zəif olmasından şikayət edirlər.
İsrail rəsmiləri ərəb əhalinin yaşadığı yerlərdə yeni polis bölmələri yaratmağı və bu yerlərə 1 300 polis təyimn etməyi planlaşdırır.