“Krım türkləri katastrofik vəziyyətdədir”
Tarix: 12-04-2016, 09:56 |
Çap et
Krım tatarları hazırda katastrofik situasiyada yaşayırlar.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov söyləyib. Onun sözlərinə görə, Rusiya Krımı anneksiya edəndən bu yana tatarlar qarşısında onun gələcəyi məsələsi qaldırılıb:
“Biz Ukrayna hakimiyyəti ilə hər zaman ortaq razılıq əldə edə bilmirik. Amma heç nəyə baxmayaraq, hər zaman Ukrayna ilə birgə hərəkət edirik. Bizə Ukrayna ilə birgə olmağı qadağan etdilər və buna görə də biz müqavimət göstəririk”.