Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" .....                     "Dəfələrlə uzaq işıqla yol istədik..." .....                     Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                     Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                     Aytən Abdullayevaya yüksək vəzifə verildi .....                     Ramiz Mehdiyevin bankının binası əlindən alındı .....                     ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib .....                     Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? .....                     "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" .....                     Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! .....                     Ukraynadan möhtəşəm HƏRBİ yenilik .....                     "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." .....                     Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir .....                     Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb .....                     Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi .....                     "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." .....                     Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” .....                     "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Əlizamin Salayev azadlığa buraxıldı .....                     Yeni konstitusiyanın dərci gecikir: .....                     Daşnakların Kərki mərəkəsi .....                     Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var .....                     Paşinyan Anna ilə yenidən evlənib? .....                     Miqrantların üzərinə vintləri sıxın! .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib .....                     Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir .....                     Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ .....                     Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? .....                     Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... .....                     “ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” .....                     Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb .....                     Erməni spiker YENƏ həddini aşdı .....                     Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır .....                     Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: .....                     Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? .....                     Neft bahalaşdı .....                     İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ .....                 

Ölkənin ikinci şəhərinin YALANÇI PADŞAHI... - Şəhid anası niyə özünə qəsd etdi?
Tarix: 27-10-2021, 10:40 | Çap et
Ölkənin ikinci şəhərinin YALANÇI PADŞAHI...
Dünən mətbuatda yayılan Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Vüsalə Məmmədovanın intihar məqsədi ilə çoxlu dərman içməsi, təcili xəstəxanaya yerləşdirilməsi xəbəri sarsıdıcı idi: Övladını itirməsi ilə sözlə ifadə oluna bilməyəcək qədər ağır sarsıntılar keçirmiş bir adamın həm də maddi çətinliklə üzləşməsi, üstəlik aidiyyəti qurumların qapısında saxlanılması, heç bir diqqət görməməsi, sonda da canına qəsd etməsi...
Bilirik ki, bəzən belə xəbərlərdən şou da düzəldirlər, bəzən sui-istifadə halları da baş verir... Dövlət qurumlarının qısa müddətdə şəhid ailələrinin bütün problemini həll etmək imkanının olmadığını da başa düşürük. Ona görə də bu xəbərlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin yaydığı açıqlama bir az inandırıcı gəldi.
Düşündük ki, kimsə məsələni bir az şişirdib, cəmiyyətimizin bu cür xəbərlərə həssas yanaşmasından istifadə edib. Amma bir az sonra Baku.tv-nin hazırladığı material İcra Hakimiyyətinin nəinki şəhid ailəsinə biganə münasibətini, hətta ona qarşı hörmətsiz davranmasını, icra başçısının bütün milləti, hökuməti aldatmasını, hələ bu azmış kimi mətbuatın yalan xəbər yazmasını deməklə, media nümayəndələrinə böhtan atmasını üzə çıxardı.
Gəlin diqqət edək:
İcra Hakimiyyətinin yaydığı açıqlamada deyilir:
Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncədə də şəhid ailələri və qazilər daim diqqətdə saxlanılırlar. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilərin müraciətlərinə dərhal reaksiya verilir, bu kateqoriyadan olan şəxslər şəhər rəhbərliyi tərəfindən növbədənkənar qəbul olunurlar.

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə hesablarında Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızının intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılmışdır. Bildiririk ki, bunların heç biri həqiqəti əks etdirmir. V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşmiş, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmişdir. Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət etmiş, onun vəziyyəti ilə maraqlanmışdır. V.Məmmədova ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir. Həkimlərin verdiyi məlumata görə hazırda onun vəziyyəti yaxşıdır.
Amma Baku.tv-nin yaydığı görüntülərdən isə aydın olur:
Şəhid anası Niyazi Bayramova heç bir minnətdarlıq etmir. Əksinə, açıq şəkildə bildirir ki, onunla heç kim maraqlanmayıb. Öz problemlərini demək üçün icra başçısının qəbuluna dəfələrlə getsə də, onu içəri buraxmayıblar. Video süjetdən görünür ki, şəhid anası bunu Niyazi Bayramovun üzünə deyir. Üstəlik qəbula gələndə huşunu itirməyib, özünü öldürmək məqsədilə çoxlu dərman içib!
Sual olunur: Niyazi Bayramov bu bir il ərzində şəhid anasını niyə qəbul etməyib? Görəsən, başçının “növbədənkənar qəbul” etdiyi şəxslər kimlərdi?
Qəbul etmədiyi adamın problemlərindən necə xəbərdar ola bilər?
Bunlar olmadığı halda necə rəsmi məlumatlarında V. Məmmədovanı qəbul edib onun problemlərinin həlli üçün işlər görüldüyünü yazıblar. Adam intihar etdiyi halda, bunlar xəbərin yalan olduğunu necə rəsmi şəkildə bəyan edə bilərlər?
İcra Hakimiyyətinin yaydığı açıqlamada deyilir:
Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilmiş, onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Vüsalə Məmmədovanın anası isə deyir: “Qızımın intihara cəhd etməsi kirayə pulunu ödəyə bilməməsilə bağlıdır. Buna kömək etmirlər, heç olmasa, ona uyğun bir iş versinlər. 6 aydır İcra Hakimiyyətinə ayaq döyür. Hər dəfə də bir bəhanə ilə oradan yola salırlar”.
Fikrimizcə, Gəncə İcra Hakimiyyətinin yaydığı və xeyli saytların tirajladığı bu bəyanatın hər cümləsinin yalan olduğunu göstərməyə ehtiyac yoxdur. Çünki hər şey aydındır.
Baş verən hadisədən sarsılmalı olan, utanmalı olan, hətta normalda istefa verməli olan bir başçı, xəbəri yalanlamağa çalışır, hətta məlumatı tirajlayaları qeyr-peşəkarlıqda suçlayır, onları xəbəri dəqiqləşdirmədən yaymamağı tövsiyə verir.
Öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün faciəyə səbəb olan bir şəxsin, əməllərini ört-basdır etməyə çalışması və bunun üçün başqalarını günahkar çıxarmağa cəhd etməsi, görəsən, hansı əxlaqa sığır?
Sizcə bunun adı nədir: qeyri-peşəkarlıq, yalançılıq, yoxsa qanmazlıq?...
Suala cavabı cəmiyyətin və məsul qurumların öhdəsinə buraxırıq...
İcra hakimiyyətinin yaydığı bəyanat və Baku.TV-nin hazırladığı materialı da təqdim edirik ki, əlavə vaxt sərf edilməsin:

Ölkənin ikinci şəhərinin YALANÇI PADŞAHI...
Niyazi Bayramov səhhəti pisləşən şəhid anasını ziyarət edib
Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə daim xüsusi qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Gəncədə də şəhid ailələri və qazilər daim diqqətdə saxlanılırlar. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilərin müraciətlərinə dərhal reaksiya verilir, bu kateqoriyadan olan şəxslər şəhər rəhbərliyi tərəfindən növbədənkənar qəbul olunurlar.
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə hesablarında Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızının intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılmışdır. Bildiririk ki, bunların heç biri həqiqəti əks etdirmir. V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşmiş, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmişdir. Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət etmiş, onun vəziyyəti ilə maraqlanmışdır. V.Məmmədova ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir. Həkimlərin verdiyi məlumata görə hazırda onun vəziyyəti yaxşıdır.
Əlavə olaraq bildiririk ki, Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilmiş, onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Belə ki, Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılmış və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınmışdır. V.Məmmədovaya Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil kiyarəsinin ödənilməsi üçün maddi yardım göstərilmiş, ərzaq yardımı edilmiş, məişət avadanlıqları ilə bağlı YAŞAT Fondu tərəfindən müvafiq qaydada yardım edilmişdir. Bununla yanaşı şəhid Həsənov Sahib Azər oğlunun il mərasiminin təşkili ilə bağlı ailəyə maddi köməklik göstərilmişdir.
Kütləvi informasiya vasitələri nümayəndələri və vətəndaşlardan yalnız rəsmi məlumatlara istinad etmələri xahiş olunur.
Gəncə Şəhər İcra Hakimiyyəti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 15:12
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Bu gün, 14:50
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Bu gün, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Bu gün, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Bu gün, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Bu gün, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Bu gün, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Bu gün, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Bu gün, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Bu gün, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Bu gün, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Bu gün, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Bu gün, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46
Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35
"Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29
Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08
Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04
Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02
Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01
Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47
Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
Bu gün, 10:26
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
Bu gün, 10:22
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 10:20
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Bu gün, 10:18
Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır - Paşinyan
Bu gün, 10:15
Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: - “Telefon yazışmalarından xəyanət etdiyini öyrəndim”
Bu gün, 09:15
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? - Görünəni odur ki...
Bu gün, 09:12
Neft bahalaşdı
Bu gün, 09:09
İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33
Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48
Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29
Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru