Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ .....                     "İndi isə artıq konkret sənəd ortadadır..." .....                     TRIPP layihəsi işə düşür .....                     Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı .....                     Azərbaycanda iki vəkil HƏBS OLUNDU .....                     İrandan "Məkkə" sazişinə reaksiya: .....                     Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır .....                     ETSN buralara niyə nəzarət etmir ki... .....                     Rusiyanın Güney Qafqazda sıxışdırılması... .....                     ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ .....                     Zelenski Belqrada niyə dəvət olundu? .....                     Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK .....                     " 3 saat boyu istidən bir təhər olmuşuq..." .....                     Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? .....                     "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" .....                     "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" .....                     Bu adamın kürəyindəki əl... KİMİNDİR? .....                     "Hamı Şah İsmayıldan danışır…" .....                     Cənubi Qafqazdakı otuz illik dramın sonu .....                     Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR .....                     Aktrisadan kədərli paylaşım .....                     AYNA şefi bax beləcə milyonçu olur... .....                     Cənubi Qafqazda böyük dəyişiklik başlayır .....                     Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? .....                     NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı .....                     Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub .....                     “İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı .....                     "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." .....                     İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: .....                     Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik .....                     Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı .....                     ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir .....                     Paşinyan İlham Əliyevə zəng edib .....                     Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? .....                     Maliyyə Nazirliyi bu il dövlət qurumlarında .....                     "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" .....                 

Ziya Məmmədovun köhnə komandası dəmiryol sistemində hələ də gücünü qoruyur? - ARAŞDIRMA
Tarix: 10-10-2016, 09:12 | Çap et
Ziya Məmmədovun köhnə komandası dəmiryol sistemində hələ də gücünü qoruyur?
Bu yaxınlarda Qafqaznews.az saytında “Azərbaycan Dəmir Yolları” QSC-nin Qaradağ Dəmiryolu Stansiyasının rəisi Məhərrəm Məmmədov və onun Bakı Yük Stansiyasında polis məntəqəsinin rəisi olan oğlu Nadir Məmmədov barəsində bir neçə yazı dərc olunmuşdu. Həmin yazılarda Nadir Məmmədovun instagram profilindən götürülmüş videoçarxlardan söz açılırdı. Həmin videoçarxlarda Nadir Məmmədova məxsus “Gelandewagen” markalı avtomobilə aid görüntülər və hətta bu maşının nömrəsi (10 -RC-007) hallandırılan rep parçasına da rast gəlinirdi. Həmçinin, redaksiyamıza daxil olan məlumata görə, məntəqə ərazisində “Kölgəsiz adam” adlanan filmin çəkilişləri aparılmış, bu çəkilişlərdə sözügedən avtomobil də istifadə olunmuşdu. Rejissor Amil Adiloğlu, eləcə də Nadir Məmmədov və onun atası Məhərrəm Məmmədov bu və digər məlumatları təsdiqləmişdilər.
Sentyabrın 13-də isə Qafqaznews.az-ın redaksiyasına başqa maraqlı məlumatlar daxil oldu. Əvvəlcə bildirək ki, redaksiyamıza daxil olan məlumata görə, artıq Bakı Yük Stansiyasının Polis Məntəqəsində xidməti yoxlamalar başlayıb və Nadir Məmmədovun polis vəsiqəsi əlindən alınaraq, bir müddətlik vəzifəsindən kənarlaşdırılıb.
Həmçinin, bizim yazılardan sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun göstərişi ilə Qaradağ Dəmir Yol stansiyasına audit yoxlaması göndərildiyi haqda da redaksiyamıza məlumat daxil olub. Bu məlumatlarda DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin sabiq rəisi, hazırda Penitensiar Xidmətə rəhbərlik edən general-mayor Ceyhun Həsənovun, eyni zamanda polis çevrələrində ona yaxınlığı ilə tanınan, hətta Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, hazırda isə Kürdəxanı İstintaq Təcridxanasında rəis müavini olan Yaşar Məhərrəmovun da adı hallanır. Vaxtilə Məhərrəm Məmmədovla dost olduğu deyilən, sonra Ceyhun Həsənovla yaxınlaşaraq, nəqliyyat polisində irəliləyən, hazırda isə Kürdəxanı İstintaq Təcridxanasında rəis müavini olan Y.Məhərrəmovun oğlunun Nadirlə dost olduğu, hətta videoçarxlarda onunla birgə çəkildiyi məlumatda qeyd olunurdu. Yaşar Məhərrəmovun özü isə bunu Qafqaznews.az-a təkzib etmiş, oğlunun 13 yaşında olduğunu bildirmişdi.
Oktyabrın 3-də Qafqaz Xəbər Agentliyinə vaxtilə Məhərrəm Məmmədovun yanında, Qaradağ Dəmiryolu Stansiyasında xəzinədar işləmiş Yaşar Yunis oğlu Nabatəliyev müraciət etdi. 2011-2014-cü illərdə stansiyada xəzinədar olduğunu deyən Y.Nabatəliyev bildirdi ki, 2 il əvvəl Məhərrəm Məmmədovun və onun Elmira xanım adlı müavinin ciddi saxtakarlıq və korrupsiya əməllərini ifşa edib.
“Məhərrəm Məmmədov məni sıxışdırırdı, iş prosesindən kənarda tuturdu və elə edirdi ki, ordan çıxıb gedim. Mən 14 il dəmiryolçu təcrübəsi olan adamam, Xarkovda oxumuşam… Haqsızlıqla barışa bilmirdim. Şübhəli məqamlar çox idi. Araşdırdım və sonda müəyyən etdim ki, onlar stansiyadan yük boşaldan və xidmətlərimizdən istifadə edən sahibkarları, ələlxüsus da dövləti aldadırlar.
Yük boşaldan sahibkara deyilirdi ki, 1500 manat verməlisən… Amma elə bir mexanizm qurmuşdular ki, üst çekdə 1500 manat yazılırdı, dövlət hesabatlarına düşən çeklərdə isə 300 manat. Beləcə, 1200 manat gedirdi Məhərrəm Məmmədovun cibinə. Bu halları aşkarlayanda mənə maneələr törətdilər. Mən gedib “Azərsu”nun törəmə şirkətlərindən bu çekləri topladım və müqayisə etdim. Onları sizə də təqdim edirəm, bir çekdəki məbləğ digəriylə üst-üstə düşmür. Mən bu məsələni qaldıranda dedilər kimə güvənirsən, dedim Allaha və Ali Baş Komandana. Amma Məhərrəm Məmmədovu bu işdə dəstəkləyənlər oldu.snimok Yükdaşıma Departamentinin müdiri Əşrəf Məmmədəliyev, hazırkı nazir müavini Arif Əsgərov, hazırda QSC-də sədr müavini olan Əlirza Süleymanov (akademik Nizami Süleymanovun qardaşı – red.) bu işi ört-bastır etdilər. Nəqliyyatda Baş Polis İdarəsində cinayət işi açıldı, istintaq getdi, mən də gedib ifadə vermişdim. Amma Ceyhun Həsənov bu işi bağladı. Heç kim cəzalandırılmadı”, – deyə Y.Nabatəliyev vurğuladı.
O, şikayətlərinin QSC rəhbərliyi tərəfindən araşdırılmadığını, əksinə özünün “cəzalandırıldığını” qeyd etdi: “Mən Maliyyə Xidmətinin rəisi Elşən Məmmədova ərizə ilə və çeklərin seriyalarını yazaraq, dəlilli-sübutlu müraciət etmişdim. Amma onlar guya saxta bir “müşavirə” keçiriblər, iddialarımı araşdırmadan belə, yalan olduğu barədə qərar veriblər. Elşən Məmmədov da Ziya Məmmədovun yaxın qohumudur. QSC-nin sədr müavini Əlirza Süleymanov atama dedi ki, bu işi mətbuata çıxarmasın, onun məsələsini həll edəcəyəm, narahat olmasın. Amma üç gün sonra əmrim verildi… Korrupsiyanı ifşa etdim deyə, məni “statya” ilə qovdular, karyeramı məhv etdilər”.

Y.Nabatəliyevin sözlərinə görə, Məhərrəm Məmmədov uzun müddət Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovun adından istifadə edib: “Bir vəzifəli adamla dost olanda, hər yerdə ondan danışırdı. Axırda İsa Nəcəfov bunu danladı ki, adımı az hallandır. Sonra Məhərrəm Məmmədov Ziya Məmmədovun qaynı Şahin Bilalovla dostlaşdı, başladı onun adından istifadə etməyə. Eşitdiyimə görə, o da bundan xəbər tutmuş və Məhərrəm Məmmədovu sərt tənbeh eləmişdi. Məhərrəm Məmmədov həmişə problemlərini pul gücünə həll edir, özü də yaxşı sərvət toplayıb. NZS-də bir evi var ki, top vursan, dağıtmaz…O vaxt mənə deyirdi ki, Ziya Məmmədovla danışmışam, onun kurasiyasında olan rayonlardan birinə icra başçısı gedəcəyəm. Bunu təsdiq edən səs yazısı da var”.

Biz şikayətçinin təqdim etdiyi çeklərə baxdıq, eləcə də səs yazısını dinlədik. Həqiqətən də, məbləğlərdəki fərqi oxucuların özləri də görə bilərlər. Lakin təəssüflər olsun ki, həmin səs yazısında Məhərrəm Məmmədov tərəfindən bəzi qeyri-etik ifadələr işlədildiyinə görə, hələlik yayımlaya bilmərik. Lakin aidiyyatı olan qurumlara təqdim edə bilərik. Yaşar Nabatəliyevin sözlərinə münasibət almaq üçün, biz Məhərrənadirm Məmmədovun mobil nömrəsinə zəng etdik. Lakin 2 gün ərzində bu nömrəyə düşə bilmədik. Eləcə də, Qaradağ Dəmiryolu Stansiyasında zənglərimizə cavab verən olmadı. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovla əlaqə saxladıqda isə, Yaşar Nabatəliyevin adını çəkən kimi, mətbuat katibi dərhal reaksiya verdi.
“Nabatəliyev yalan məlumatlar yayır. Onun sözlərinin heç bir əsası yoxdur. O yüz yerə gedib… Özü də işində nöqsana görə işdən qovulub”, – deyə N.Əzməmmədov bildirdi. “Onun hazırkı Cavid Qurbanov rəhbərliyi ilə bağlı bir iddiası yoxdur. Arif Əsgərovun vaxtında bu işin ört-bastır olduğunu deyir”,- deyə qeyd etdik. “Bilirəm, hər halda araşdırılıb, əsassızdır. Siz Əşrəf Məmmədəliyevlə əlaqə saxlayın”, – deyə mətbuat katibi tövsiyə etdi. Biz onun tövsiyəsinə əməl etdik, lakin Əşrəf Məmmədəliyevi iş otağında tapa bilmədik. Araşdırmamız davam edir…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Bu gün, 12:11
"İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Bu gün, 11:41
TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Bu gün, 11:36
Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Bu gün, 11:29
Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:30
İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Bu gün, 10:23
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Bu gün, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Bu gün, 08:44
Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Bu gün, 08:35
ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Bu gün, 08:14
Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Bu gün, 08:01
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Bu gün, 07:59
" 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Bu gün, 07:48
Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Bu gün, 07:37
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Bu gün, 07:31
"Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Bu gün, 07:22
Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Bu gün, 07:16
"Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Bu gün, 07:10
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Bu gün, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Bu gün, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Bu gün, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Bu gün, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Bu gün, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Bu gün, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Bu gün, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Dünən, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Dünən, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Dünən, 13:35
Qazaxda taxıl biçini başa çatıb
Dünən, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Dünən, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Dünən, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Dünən, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Dünən, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Dünən, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Dünən, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
Dünən, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Dünən, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Dünən, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Dünən, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Dünən, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Dünən, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Dünən, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Dünən, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Dünən, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Dünən, 12:14
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Dünən, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Dünən, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Dünən, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru