Ermənistan hərbi büdcəsini artırır: .....                     Kremllə İrəvan arasında QIRĞIN: .....                     Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” .....                     Peşə Təhsili Agentliyində mükafat qalmaqalı .....                     Armen Qriqoryanın yeni iş yeri məlum oldu .....                     Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər .....                     DOST Agentliyinin binalarının təmirinə başlanılır .....                     Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb .....                     İmişlidə iti asıb öldürən HƏBS OLUNDU .....                     Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR .....                     Mehriban Xanlarovadan Elgizə cavab .....                     DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün .....                     Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz .....                     Cənubi Qafqazda dönüş: .....                     Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb .....                     “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” .....                     Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib .....                     Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? .....                     19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU .....                     Qaziyə saxta sənədlə torpaq satanlar .....                     “Hər əkilən ağac havanı çirklənmədən qoruyur” .....                     Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir .....                     "O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." .....                     Deputatın qardaşına HÖKM OXUNDU .....                     Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik .....                     İrəvanın “Metsamor” höcəti .....                     Ermənistana arpa və buğda göndəriləcək .....                     İçkiyə pulu olmadı, qonşusunun evini soydu .....                     Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? .....                     Ölkədə orta maaş 1176,7 manatdır .....                     "Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" .....                     Xumar Qədimovanın adından yalan elan yayıldı .....                     Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı .....                     Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? .....                     100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır .....                     "PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi .....                     Pulsuzluq, vaxt azlığı, yoxsa... .....                     "Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" .....                 

Niyazi Bayramov rəsmən ÖZBAŞINA QALIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 21-10-2025, 05:43 | Çap et

Gəncə şəhər İcra Hakimiyyəti birmənbədən satınalma metodu tətbiq etməklə Gəncə şəhərində qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdirilməsi üçün yeni yaşayış binalarının (249 mənzilli yaşayış binasının) tikintisi üzrə “Reyhan Müəssisəsi” MMC ilə 2.000.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 16.10.2025-ci ildə dərc edilib.
Bəs Gəncə şəhər İcra Hakimiyyətinin 249 mənzilli yaşayış binasının tikintisini həvale etdiyi bu şirkət haqqında nə kimi məlumatlar var.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Reyhan Müəssisəsi” (VÖEN: 5600031641) Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 09.03.2005-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 5000 manat olan MMC-nin hüquqi ünvanı YARDIMLI RAYONU, OSNAĞARAN,
qanuni təmsilçisinin isə Əliyev Coşqun Valeh oğlu olduğu göstərilir.
Vergi Xidmətinin məlumatlarında “Reyhan Müəssisəsi” MMC həm riskli, həm də passiv vergi ödəyicisi olduğu göstərilir. MMC-nin hazırki günə 161 966.41 manat vergi borcu var.
İndi gəlin görək “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu bu şirkətin satınalmalarda iştirakına yol verirmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Reyhan Müəssisəsi” MMC-nin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 2319020913029800 nömrəli, 05.05.2023-cü il tarixli Qərar qəbul edib. Göründüyü kimi hazırki günə də MMC-nin dövlətə 161 966.41 manat vergi borcu var. Reysterdən son dəfə verilmiş çıxarışın tarixi 30.09.2019-cu ildə olub.
Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “Reyhan Müəssisəsi” MMC həm riskli vergi ödəyicisidir, həm külli miqdarda verği borcu var, həm də VÖEN-i passivdir.
Qeyd edək ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.
Belə olan halda Gəncə şəhər İcra Hakimiyyəti iki ildən çoxdur riskli vergi ödəyicisi hesab edilən, bir sahibkarlıq subyekti kimi fəaliyyətini dayandırmış, passiv vergi ödəyicisi olan “Reyhan Müəssisəsi” MMC ilə satınalma müqaviləsini hansı əsaslarla bağlayıb?
Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Həmin qanuna görə təchizatçının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması; məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi; satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması; son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayışın olması mütləqdir.
Göründüyü kimi Qanunda hər şey açıq aşkar göstərilir. Amma buna baxmayaraq Gəncə şəhər İcra Hakimiyyəti sahibkarlıq fəaliyyəti dayandırılmış şəxslə, azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi məlum olmayan bir şirkətlə birmənbədən satınalma metodu tətbiq etməklə müqavilə bağlayıb.
Bunlarla bərəbər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 494 nömrəli Qərarı ilə təsdiq edilmiş, açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları da qüvvədədir.
Amma göründüyü kimi, Gəncə şəhər İcra Hakimiyyəti birmənbədən satınalma metodu tətbiq etməklə 2.000.000 manat dəyərində satınalma müqaviləsi bağladığı “Reyhan Müəssisəsi” MMC bu meyarların heç birinə cavab vermir. Maraqlıdır, satınalmalara birbaşa cavabdeh olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu müqavilənin bağlanılmasına necə razılıq verib?
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsasında Prezident İlham Əliyevin ” Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 avqust 2024-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Fərmanla müəyyən edilib ki: Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Belə olan halda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Gəncə şəhər İcra Hakimiyyətinə “Reyhan Müəssisəsi” MMC kimi riskli bir vergi ödəyicisi ilə satınalma müqaviləsi bağlamağa hansı əsalarla yol verib?
Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı 2018-ci ildənNiyazı Bayramovdur. Son yeddi il ərzində, yəni Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Gəncədə bir çox dövlət layihələrinin həyata keçirilməsinə, İdman Sarayının, Dram Teatrının tikintisinə yüz milyonlorla manata yaxın dövlət vəsaiti xərclənib. Satınalmalar yolu ilə ayrılan bu vəsaitlərin hamısı Niyazi Bayramova yaxınlığı ilə tanınan şirkətlər vasitəsi ilə həyata keçirib. Qanunsuz, qaydasız. Sanki, Niyazi Bayramov üçün “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanunu yoxdu. Sanki, sözügedən Qanunun Niyazi Bayramovun başçısı olduğu Gəncə şəhərinə heç aidiyyatı yoxdu. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də bir nəzarət orqanı olaraq Niyazi Bayramovun bu özbaşınalıqları ilə artıq barışmış kimi görsənir.
Aktualinfo.net








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Bu gün, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Bu gün, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Bu gün, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Bu gün, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Bu gün, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Bu gün, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Bu gün, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Bu gün, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Bu gün, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 16:35
Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Bu gün, 16:30
Mehriban Xanlarovadan Elgizə cavab
Bu gün, 16:27
DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Bu gün, 16:14
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Bu gün, 16:10
Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Bu gün, 16:08
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Bu gün, 16:03
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Bu gün, 15:54
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Bu gün, 15:50
Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Bu gün, 15:47
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Bu gün, 15:40
Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Bu gün, 15:38
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Bu gün, 15:29
Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir - Şəki faciəsi
Bu gün, 15:26
"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Bu gün, 15:13
Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:12
Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Bu gün, 15:07
İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Bu gün, 15:05
Ermənistana arpa və buğda göndəriləcək
Bu gün, 15:02
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Bu gün, 13:14
Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Bu gün, 13:11
Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Bu gün, 13:09
"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Bu gün, 13:01
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Bu gün, 12:59
Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Bu gün, 12:57
Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Bu gün, 12:53
100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Bu gün, 12:41
"PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Bu gün, 12:40
Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Bu gün, 12:33
"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Bu gün, 12:23
Azərbaycanda da süni intellekt fermerin yerinə qərar verəcək - EKSPERTDƏN IZAH
Bu gün, 12:22
“Mabel Matiz atamın mahnısını anonim oxuyub, bu artıq oğurluq sayılır” - Habil Əliyevin qızından AÇIQLAMA
Bu gün, 12:17
Gümrüdəki 102-ci bazanın taleyi: - həll olunmamış tənlik
Bu gün, 12:14
Dövlət müəssisələrinin 1 milyon manatdan artıq pulunu mənimsəyən şəxslərdən XƏBƏR VAR
Bu gün, 12:10
“Mərcan” brendinin məxsus olduğu şirkətdə YENİ BİRLƏŞMƏ
Bu gün, 12:08
İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin QALMAQALLI İŞLƏRİ - TƏFƏRRÜAT
Bu gün, 12:01
Zaxarovadan Merzə sərt ittiham: - Kölədir...
Bu gün, 11:58
Gəncə Avtomobil Zavodunun rəhbərliyində yeni təyinat - ƏMR
Bu gün, 11:46
SOCAR-da YENİ KADR TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 11:44
Mühacir jurnalistə ağır itki
Bu gün, 11:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru