Toy olmayacaq .....                     Çindəki böhran Azərbaycanı da "vurdu"? .....                     Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil .....                     Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” .....                     Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                     Ermənistan hərbi büdcəsini artırır: .....                     Kremllə İrəvan arasında QIRĞIN: .....                     Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” .....                     Peşə Təhsili Agentliyində mükafat qalmaqalı .....                     Armen Qriqoryanın yeni iş yeri məlum oldu .....                     Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər .....                     DOST Agentliyinin binalarının təmirinə başlanılır .....                     Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb .....                     İmişlidə iti asıb öldürən HƏBS OLUNDU .....                     Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR .....                     Mehriban Xanlarovadan Elgizə cavab .....                     DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün .....                     Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz .....                     Cənubi Qafqazda dönüş: .....                     Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb .....                     “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” .....                     Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib .....                     Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? .....                     19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU .....                     Qaziyə saxta sənədlə torpaq satanlar .....                     “Hər əkilən ağac havanı çirklənmədən qoruyur” .....                     Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir .....                     "O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." .....                     Deputatın qardaşına HÖKM OXUNDU .....                     Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik .....                     İrəvanın “Metsamor” höcəti .....                     Ermənistana arpa və buğda göndəriləcək .....                     İçkiyə pulu olmadı, qonşusunun evini soydu .....                 

Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Tarix: 18-07-2025, 15:39 | Çap et

Mayın 19-da Beyləqan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Cəfərovanın məktəbdə baş verən əmək qəzası barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat vermədiyi üçün 1000 manat cərimələndiyi barədə xəbər vermişdik. Bu hadisənin, eləcə də məktəbdə baş verən qarşıdurmanın bir sıra təfərrüatları bəlli olub.
Məktəbin tarix müəllimi Aynurə İmanovanın Bakupost.az -a verdiyi məlumata görə, əmək qəzası zamanı onun ayağı döşəməyə ilişərək yıxılıb. Nəticədə müəllimin qolu sınıb. A.İmanovanın iddiasına görə, buna məktəbin döşəməsinin yararsız vəziyyətdə olması səbəb olub. Direktor cərimə qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət etsə də, şikayəti təmin olunmayıb. Cərimə qüvvədə saxlanılıb.
A.İmanova onu da bildirib ki, direktor 1000 deyil, 1500 manat cərimələnib.
O, direktorun ünvanına digər iddialar da səsləndirib. Bildirib ki, hadisədən sonra məktəbin direktoru Gülbəniz Cəfərova ona qarşı qərəzli davranmağa başlayıb və 1 ay ərzində üç əmrlə onu cəzalandırıb. A.İmanovanın sözlərinə görə, direktordan yazılı xəbərdarlıq, tabel cədvəlinə imza atmamaqla bağlı töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət alıb. A.İmanova iddia edir ki, tabel cədvəlinə digər müəllimlər də imzası atmasalar da, cəza yalnız ona tətbiq olunub:
“Direktor bu hadisədən sonra mənimlə düşmənçilik edir. 14 ildir müəllim işləyirəm, ilk dəfədir ki, intizam tənbehi alıram. Gülbəniz Cəfərova xəstə olduğum halda mənə yazılı xəbərdarlıq verib, guya bütün iş günü üzrsüz səbəbdən işə gəlməmişəm. Daha sonra tabel cədvəlinə imza etmədiyim iddiası ilə iki töhmət aldım. Halbuki həmin sənəddə bir çox müəllimin imzası yoxdur. Məktəbi bağlayır, açarı özü ilə aparır, 146-ya zəng etdikdən sonra gəlib qapını açır. İşlədiyim müəssisə 14 iyundan etibarən saat 11-12-dən sonra bağlı olur. Yaxud açıq olsa da, müəssisə boş olur, işçilər olmur. Lakin buna baxmayaraq, təkcə mənə intizam tənbehi verilib”.
A.İmanovanın sözlərinə görə, bu hallara etiraz etdiyinə görə təzyiqlərə məruz qalıb:
“Sonuncu dəfə 24 iyun tarixində tabel cədvəlinə imza edə bilməmişəm. Həmin gün Korrupsiya ilə Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən çağırılmışdım. Bu səbəbdən məktəbə gedib çata bilmədim.
Tabelə imza etməməyə görə bu vaxta qədər heç bir müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyini eşitməmişəm. Həmçinin, Gülbəniz Cəfərova məktəbdə qanunsuz pul yığır. Onun bu əmrini yerinə yetirmədiyim üçün məni incidir.
Bakupost.az
Əmək haqqımdan may ayında qanunsuz tutulma edilib. Buna görə barəsində inzibati xəta haqqında icraat başlanıb."
A.İmanova əlavə edib ki, 6 may tarixində xəstəxanaya müraciət etməsinə baxmayaraq, elektron sistemdəki texniki nasazlıq səbəbilə xəstəlik vərəqəsi yalnız 7-12 may tarixləri üçün açılıb. Direktor isə bu məsələni araşdırmadan ona töhmət verib:
“TƏBİB-ə müraciət etdikdən sonra sistemdəki problem aradan qaldırılıb. 6 may tarixində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyim reseptlər və xəstəxanadan verilən arayışla sübut olunur. Buna baxmayaraq, direktor mənə yazılı xəbərdarlıq verib. Halbuki Əmək Məcəlləsinin 72-ci maddəsinə görə, işçidən mütləq xəstəlik vərəqəsi və ya arayış gətirməsi tələb olunmur”.
Müəllimin sözlərinə görə, 14-15 may tarixlərinə dair ödənişsiz məzuniyyət ərizəsinin qeydiyyata alınmasına süni maneələr yaradılıb, sənədləri qəbul edilməyib və nəticədə Təhsil Nazirliyinə müraciət etmək məcburiyyətində qalıb:
“Həmçinin, 7–12 may tarixlərini əhatə edən xəstəlik vərəqəmin daxil olduğu sənədləri də qeydiyyat kitabına salmadılar. Sənədlərim qeydə alınmadığı üçün Təhsil Nazirliyinə müraciət etmişəm. Bundan hiddətlənən direktor mənim haqqımda saxta akt tərtib edib, təhsil məzuniyyətində olduğum halda məndən izahat tələb edib. İzahatımı almadan pedaqoji şura çağıraraq mənə töhmət verib. İntizam tənbehi verilməsi üçün qanunla 1 ay müddət nəzərdə tutulsa da, mənə tələm-tələsik intizam tənbehi verilib. Həmin aktla bu günə qədər tanış deyiləm. Əmr isə mənə həmin gün təqdim edilməyib. Direktorun mənə qarşı qərəzliliyi və tərəfkeşliyi bu faktlardan aydın görünür”.
Aynurə İmanova həmçinin məktəbdə iki qız şagirdin 5 il ərzində dərsə gəlmədiyi halda sinifdən-sinifə keçirildiyini iddia edib:
 
“5-ci sinifə sinif rəhbəri təyin olunanda Günel Rəhimova və bacısının dərsə gəlmədiyini gördüm. Direktor icazə verməsə də, onların ünvanını tapıb evlərinə baş çəkdim. Maddi durumları çox ağır idi, uşaqlar betonun üstündə yatırdı. Nazirliyə müraciət etdim ki, onlar yaxınlıqdakı məktəbə köçürülsünlər. Amma direktor müəllimlərdən bu uşaqlar üçün saxta qiymət yazılmasını tələb edirdi. Mən imtina etdim və məktəbdə monitorinq aparıldı. Nəticədə direktor və digər məsul şəxslərə intizam tənbehi verildi.
 
Bakupost.az
Bu hadisədən sonra müəllimlər birliyindən uzaqlaşdırıldım və təzyiqlər artdı. Bu hadisə 2023-cü ildə baş verib. Qeyd edim ki, həmin qızlar artıq 3 ildir ki, hələ də 5-ci sinifdə oxuyurlar. Onların taleyi məni çox narahat edir. Onlardan biri digərində azı 3 yaş böyükdür və fərdi təhsilə cəlb edilməli idi”.
A.İmanovanın irəli sürdüyü ittihamlarla bağlı Beyləqan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Cəfərova ilə əlaqə saxladıq. O, Bakupost.az-a açıqlamasında müəllimin ittihamlarını əsassız adlandırdı.
Onun sözlərinə görə, Aynurə İmanova 2020-ci ildən məktəbdə çalışır və kollektiv, eləcə də şagirdlərlə münasibətlərində problemlər yaşanır. O bildirib ki, müəllimin psixoloji durumu ilə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat verilib:
“Bu müəllim gəldiyi ilk gündən Beyləqan rayon 1 saylı məktəbində narazılıq yaradıb. İşə başlayandan yalnız 102 xidməti ilə məşğuldur. Gah valideyni verir 102-yə, gah şagirdi, gah da müəllimi. Mən bilmirəm, bu adam nə istəyir. Məktəbdə müəllimə yaraşmayan hərəkətlər edir, etik davranış qaydalarını pozaraq şagird və müəllimlərlə münasibətlərdə problemlər yaradır".
Direktor məktəbdə baş verən əmək qəzası barədə də danışıb. Bildirib ki, hadisədən dərhal sonra müəllimin yanına gedib və onda xəsarət əlamətləri müşahidə etməyib:
 
“Onu ayaq üstə gördüm. Heç bir yeri sınmamışdı. Özü də dedi ki, yıxılmışam, qolum ağrayır. Soruşmuşam ki, bir şey lazımdırmı, kömək edək. Deyib ki, heç nə lazım deyil. 15 dəqiqə sonra isə xəstəxanaya gedib”.
Direktor qeyd edir ki, İmanova ikinci təhsil alır, eyni zamanda direktor və direktor müavini vəzifələrinə hazırlaşır:
“Bizə gələnə qədər də, haradasa 3-4 il əvvəl direktorluğa imtahan verib. Dövlət qulluğuna da verib. Test mərhələsini keçsə də, müsahibədən keçə bilmir. Müsahibədən keçə bilmirsə, mənim nə günahım var? Deyir ki, müəllim, siz mənim haqqımda mənfi fikir yaratmısınız".
G.Cəfərova İmanovanın digər dövlət qurumlarında da narazılıq və qalmaqallar yaratdığını, bu səbəbdən kollektivin onunla işləməkdə çətinlik çəkdiyini bildirib:
“Bu müəllim İcra Hakimiyyətində də qalmaqal yaradıb. Hamı mənə zəng edib deyir ki, "Ay Gülbəniz müəllim, sizin belə bir müəlliminiz var?" Mən şəxsən utanıram. Hara gedirsə, orada qalmaqal yaradır, video çəkir, etik davranış qaydalarını pozur. Bu müəllim cəmiyyət içində özü haqqında artıq fikir yaradıb. Gülbəniz müəllimə ehtiyac yoxdur. Məktəb təkcə Gülbəniz müəllimdən ibarət deyil ki?! Məktəbin 78 müəllimi var. 2020-ci ildən bu müəllimlə bağlı neçə dəfə aidiyyəti qurumlara məktub ünvanlanıb ki, onun psixoloji durumu yerində deyil, uşaqlarla və böyüklərlə yola getmir. Ancaq dava-dalaş yaradır. Deyir ki, Gülbəniz müəllim mənimlə qərəz edir. Onun bu hərəkətlərinə baxmayaraq, 5 il ərzində düşünmüşəm ki, ailə həyatı pozulub, mən də ona ikinci bir zərbə vurmayım. Onun ailəsinə 3 dəfə təşkilatçı, direktor müavini, psixoloqla birlikdə baş çəkmişik. İnanın, valideyn deyir ki, qadan alım, başına dönüm, bunu yola ver. Axı Gülbəniz müəllim nə qədər yola verə bilər? Gülbəniz müəllim bu uşaqların taleyini bu müəllimə tapşırır. Əgər müəllim rəhbərlik haqqında artıq-əskik söz danışırsa, bir dərsə on dəfə girib-çıxırsa, biz onu zorla dərsə salırıqsa və özü etiraf edirsə ki, Gülbəniz müəllim, mən müəllim olmaq istəmirəm, uşaqlar mənlik deyil, mən dərs deyə bilmirəm, o, bu gün hansı müəllimlikdən danışa bilər?”
Tarix müəlliminin təhsil məzuniyyəti ilə bağlı təqdim etdiyi sənədlər də mübahisə mövzusudur. Direktor bildirir ki, arayışın təqdim edilməsində gecikmə olub və bu, əmrləşdirməyə maneə yaradıb:
“Bu müəllim 24 fevral tarixində yıxılıb, lakin yalnız mayın 6-da məktəbə gəlib və bildirib ki, bülletenə çıxacaq. Mən isə onun təhsil məzuniyyətində olduğunu həmin günə qədər bilməmişəm. Halbuki 3 apreldən etibarən Bakı Dövlət Universiteti tərəfindən ona arayış təqdim edilib ki, bu sənədi rəhbərliyə versin və əmrləşdirilsin. Lakin bu barədə mənə heç bir məlumat verilməyib. Bir rəhbər kimi, müəllimin harada olduğunu bilməliyəm. Ən azı 1 həftə əvvəl bu mənə arayış təqdim etməlidir ki, əmrlə təhsil məzuniyyətinə buraxılsın. O isə deyir ki, arayışı aprelin 18-də təqdim edib. Halbuki arayışı elektron poçtla yalnız mayın 6-da göndərib və həmin gün də mən onu aktlaşdırmışam. Ayın 23-dən etibarən isə təhsil məzuniyyətində olub və mənə də heç bir məlumat verməyib. Üstəlik, may 1-dən etibarən bütün əmrlər elektronlaşıb. Mən ona əvvələ əmr verə bilmirəm. Mayın 6-da məktəbə sap-sağlam vəziyyətdə gəlib və deyib ki, ya bülletenə, ya da öz hesabına məzuniyyətə çıxacaq. Həmin vaxt sənədləri təqdim edərkən ona dedim ki, qızım, sənə arayış aprelin 3-də verilib, bəs niyə bu vaxta qədər təqdim etməmisən? Cavab verdi ki, xəstə olmuşam. Fevralın 24-dən bu vaxta qədər xəstəlik necə davam edə bilər? Əslində isə o müdavimlər hazırlayır və ona da vaxt çatmır. Ona görə də məktəbə gəlmək ona sərf etmir. Hər dəfə bülletenə çıxır. Hazırda məktəbdə 3 tarix müəllimi var. Onlardan biri 32 saat, biri 25 saat, bu isə 30 saat dərs deyir. Onun dərslərini əvəz etmək üçün kənardan müəllim gətirməli oluram. Hər dəfə bülletenə çıxanda mən təqdimat yazmalıyam, regional idarə isə 10 günə cavab verir. Uşaqlar da qalır ağzı günə. Dərs keçən olmur”.
Aynurə İmanovanın rüşvət iddialarına gəlincə, Gülbəniz Cəfərova məktəbdə yığılan vəsaitin vəfat edən müəllimin dəfninə əklil alınması məqsədilə könüllü şəkildə toplandığını və bunun qanunsuz pul yığımı kimi təqdim olunmasının əsassız olduğunu qeyd edib:
“Səhv etmirəmsə, iyunun 5-i idi. Uzun illər məktəbdə işləyən və təqaüdə çıxan müəllimimiz Sabir Şükürov dünyasını dəyişmişdi. Övladları zəng edərək dedilər ki, cənazəni saat 9-da gətirəcəklər və saat 10-da dəfn olunacaq. Müəllimlər otağına keçdim, həmin müəllim də daxil olmaqla 8 müəllim orda idi. Dedim ki, ehtiram əlaməti olaraq əklil almaq üçün pul toplayaq. Direktor müavini əklil sifarişi üçün zəng etdi, 70 manat qiymət dedilər. Onun övladları da məktəbimizdə oxuyub deyə, xahiş etdik və endirimlə 65 manata razılaşdılar. Orada oturan müəllimlərin hamısı eşitdi və könüllü şəkildə 6 müəllim 10 manat, bir valideyn isə 5 manat verdi. Pulu topladıq əklil alındı. Həmin müəllim isə mənim şəklimi çəkib. Görün, nə qədər düşüncəsiz adamdır. Müəllimlər hamısı onun hərəkətindən boğaza yığılıblar. Əklil almaq o deməkdir ki, Gülbəniz müəllim rüşvət yığır? Mən o dərəcədə özümü unutmuşam ki, gedib müəllimlər otağında deyim ki, mənə pul verin?"
Təhsil Nazirliyində, Baş Prokurorluqda hamı bu müəllimi tanıyır. Mənə saxta sənəd təqdim edib, hazırda prokurorluqda həmin sənədin araşdırılması davam edir. Guya xəstə olub. Amma həmin bülletenlə bağlı mən xəstəxanadan rəsmi informasiya sorğusu almışam. Sorğuya cavabda rəsmi şəkildə qeyd olunub ki, bu adam bülleten üçün müraciət edib, həkim komissiyası yaradılıb və rəy verilib ki, müəllim sap-sağlamdır, işə qayıda bilər. Buna baxmayaraq, gedib Xocavənddən mənə bülleten gətirib. Həmin dövrdə tabeldə imza atmayan müəllimlərin maaşlarını da qanunvericiliyə əsasən tutmuşam. O müəllimin dedikləri sadəcə, onun təxəyyülünün məhsuludur. Onun ikinci iş yeri də var. Gedib soruşun görün, dərsə gedirmi? Məlum olub ki, dərsə getmədiyinə görə 2000 manata qədər cərimələnib. 5 ildə bu müəllim pedaqoji şurada bir dəfə də iştirak etməyib".
Direktor müəllimin 5 il ərzində dərsə gəlməyən iki şagird barədə iddialarına da münasibət bildirib. Onun sözlərinə görə, həmin ailənin sosial vəziyyəti ağır olub və valideynlər uşaqlarının təhsil almasını istəməyib. Direktor məsələ barədə aidiyyəti qurumlara məlumat verdiyini və mümkün qədər yardım göstərdiyini deyib:
“Bu bacıların ailəsi Şəfəq qəsəbəsində yaşayır. Valideynlərinə demişəm ki, evinizin yanında məktəb var. Onlar da vaxtilə oranın məktəb direktoru ilə dalaşıbmış, dedilər ki, uşaqları orada oxutmaq istəmirik. Allah şahiddir ki, onlara dəfələrlə kömək etmişəm, maddi yardım göstərmişəm, paltar almışam. Uşaqlarını məktəbimizə gətirmək üçün təşəbbüs göstərmişəm. Demirəm, davamlı gəliblər, amma gəliblər. Dəfələrlə polisə də müraciət etmişəm, icra hakimiyyətinə də demişəm. Fakt bu uşaqlar ara-sıra məktəbdə olur, yoldaşları da onları yaxşı tanıyır. Uşaqlar gəlmirsə, yenə deyirəm, icra hakimiyyətinə də, hüquq-mühafizə orqanlarına da bu barədə mənim məktubum var. Valideyn də ərizə yazıb ki, mən ümumiyyətlə, oxutmaq istəmirəm. Bunun qarşısında mən nə edə bilərəm? İcra hakimiyyəti, hüquq-mühafizə orqanları onu məktəbə gətirə bilmirsə, mən nə etməliyəm? Elm və Təhsil Nazirliyi də bunların hamısını bilir.”
G.Cəfərova pedaqoji kollektiv tərəfindən müəllimənin davranışları ilə bağlı Təhsil Nazirliyinə müraciət olunduğunu da qeyd edib:
“Onun barəsində müəllim heyətinin böyük əksəriyyəti Təhsil Nazirliyinə ərizə ilə müraciət edib. Bildiriblər ki, bu şəxs etik davranış qaydalarına əməl etmir. Geyimi də məktəbə uyğun deyil".
Sonda direktor bildirib ki, müəllimin fəaliyyəti ilə bağlı verilmiş intizam tədbirləri və bütün iddialar məhkəmə müstəvisində araşdırılır. Yekun qərarı məhkəmə verəcək:
“İntizam tənbehlərinə gəlincə, bütün sənədlər məhkəməyə təqdim olunub. Məhkəmə özü araşdıracaq ki, verilmiş intizam tədbirləri qanunidir, yoxsa yox. Mənə SMS yazıb ki, əgər mənim haqqımda mənfi rəy yaratsan, dilini boğazından çıxararam. Rəhbərə belə demək olarmı? Deyir ki, guya mən onun haqqında mənfi fikir yaratmışam və buna görə Elm və Təhsil Nazirliyində keçirilən müsahibələrdən keçə bilmir. Müsahibədən keçə bilmirsə, bu, Gülbəniz müəllimənin günahıdır?”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Bu gün, 18:02
Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Bu gün, 18:00
Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 17:57
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Bu gün, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Bu gün, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Bu gün, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Bu gün, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Bu gün, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Bu gün, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Bu gün, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Bu gün, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Bu gün, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Bu gün, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Bu gün, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Bu gün, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Bu gün, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Bu gün, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Bu gün, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Bu gün, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 16:35
Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Bu gün, 16:30
Mehriban Xanlarovadan Elgizə cavab
Bu gün, 16:27
DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Bu gün, 16:14
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Bu gün, 16:10
Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Bu gün, 16:08
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Bu gün, 16:03
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Bu gün, 15:54
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Bu gün, 15:50
Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Bu gün, 15:47
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Bu gün, 15:40
Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Bu gün, 15:38
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Bu gün, 15:29
Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir - Şəki faciəsi
Bu gün, 15:26
"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Bu gün, 15:13
Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:12
Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Bu gün, 15:07
İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Bu gün, 15:05
Ermənistana arpa və buğda göndəriləcək
Bu gün, 15:02
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Bu gün, 13:14
Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Bu gün, 13:11
Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Bu gün, 13:09
"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Bu gün, 13:01
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Bu gün, 12:59
Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Bu gün, 12:57
Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Bu gün, 12:53
100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Bu gün, 12:41
"PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Bu gün, 12:40
Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Bu gün, 12:33
"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Bu gün, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru