Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı uzun müddətdir ki, işə çıxmır.
Bu isə onun rəhbərlik etdiyi muzeyin fəaliyyətində bir sıra axsamalara səbəb olur.
Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda deyilir.
Bildirilir ki, 85 yaşı olan Nailə Vəlixanlının səhhətində son illər ciddi problemlər yaşandığından Muzeyin işindən kənarda qalıb.
“Hətta muzey direktoru olaraq, bir sıra qonaqlarla və aidyyatı şəxslərlə görüşləri nəzərdə tutulsa da bunların heç biri reallaşmır. Səbəb isə Nailə xanımın ümumiyyətlə, işə gəlməməsidir” deyə saytımıza bildirilib.
Qeyd edək ki, “”Şöhrət” və “Şərəf” ordenli, Əməkdar elm xadimi, akademik Nailə Vəlixanlının 85 yaşı var.
Görünür, onu əvəzləmək AMEA rəhbərliyinin yadından çıxıb.