DAHA BİR BANKIN ÇÖKDÜRÜLMƏSİ PROSESİ BAŞLADI
Tarix: 31-10-2012, 09:04 |
Çap et
BU DƏFƏ HƏDƏFƏ ALINAN HEYDƏR BABAYEVİN “BANK STANDART”I OLA BİLƏR
DİA.AZ: - “Lider TV və Radio-Azərbaycan” MMC “Bank Standart” QSC-ni məhkəməyə verib. DİA.AZ-a daxil olan məlumata görə, seçki dönəmlərində hakim düşərgənin “qara tribunası” kimi tanınan media-holdinq keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olan banka qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ilə çıxış edib.
Bildirək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Bakı Apelyasiya Məhkəməsi müvafiq məhkəmə aktını qüvvədə saxlayıb. Hazırda işə Ali Məhkəmədə baxılır.
DİA.AZ-a bu barədə danışan mənbə bildirir ki, əslində zamanında Azərbaycanın ən böyük özəl bankı olan “Bank Standart”ın bu gün “Lider” kanalı ilə məhkəmə çəkişməsinə cəlbh olunmasına da dırnaqarası baxmaq olmaz: “Bu gün bank sektorunda yeni tarama dalğası gözlənilir. Və mümkündür ki, “RoyalBank” və digər bu kimi bankların ardından daha bir bank da sözügedən sektordan çıxdaş edilsin. Və növbəti qurbanın arxasında Heydər Babayevin, həmçinin Rusiyaya aid bəzi maliyyə çevrələrinin dayandığı “Bank Standart” olacağı istisna deyil”.