Lerik rayon Dövlət Arxivinin eks-müdiri azadlığa buraxıldı .....                     Qorxu yaradırdınız: 300 min azərbaycanlı gəlir .....                     ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib .....                     "Mən nə millət vəkiliyəm, nə nazir, nə də hansısa dövlət qurumunun rəhbəri..." .....                     AzəriQaz-da KORRUPSİYA BUMU... .....                     PKK Türkiyə cəbhəsindən çəkilib İran sərhədlərinə toplandı .....                     İspaniya Avropa Birliyindən qovulur? .....                     "Məni hansı hüquqi əsasla bloklamısınız?" .....                     AzəriQaz-da hesab-kitabı da bilmirlər? .....                     Gürcüstanda ali təhsil pulsuz olacaq... BİZDƏ İSƏ... .....                     "Hökumətdə iqtisadi mövzulara hərtərəfli baxış niyə zəifdir?" .....                     Qusarda sağ qalmaq üçün... .....                     "Pulunuz yoxdursa su üzünə həsrət qalmalısınız..." .....                     Kartdan karta köçürməyə QADAĞA: Məmur korrupsiyası... .....                     10 il gizləndi, ancaq bu səhv onu ələ verdi .....                     Azərbaycan ət niyə bahalaşır? .....                     Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL .....                     "Bir meymun var idi, konsertdə qəfəsin ağzını açıb tutuquşunu uçurtdu" .....                     "Brent" markalı neftin qiyməti 82 dollardan aşağı düşüb .....                     İranla danışıqlar bu gün bərpa olunacaq .....                     Günün günorta çağı QARƏT... .....                     Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb .....                     Suriya İraqa xəbərdarlıq etdi: .....                     Bu ölkə bizə Qara dənizdə kömək edə bilər .....                     Müharibə Azərbaycan sərhədlərinə yaxınlaşır? .....                     AzəriQaz-da ABSURD BÜROKRATİYA... .....                     Vətəndə qəriblik... .....                     Gedişhaqqı artırılır? .....                     "Bu savadsız qarını hardan tapdınız?" .....                     Bayram Məmmədovun qardaşı tərəfindən qətlə yetirilən anasının .....                     Qızıl alıb-satmaqla qeyri-neft-qaz ixracının payı artır: İrəli getmək üçün geri addım atmaq .....                     "Biri sözümüzü ucaltdı, digəri səsi ilə milli ruhumuzu yaşatdı" .....                     Bakıda 14 yaşlı qızın uşaq dünyaya gətirməsinə görə .....                     Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi .....                     Rusiyada səfərbərlik vahiməsi .....                     Sabirabad Olimpiya İdman Kompleksinin dövlətə vergi borcu üzə çıxdı .....                     Hörmüz boğazında Qətərdən maye qaz daşıyan tanker mərmi zərbəsinə məruz qalıb .....                     Göyçayın Təhsil Sektorunun müdiri vəzifəsindən azad olunub .....                     Qusarda alternativ içməli su mənbəyi tikiləcək .....                     Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır .....                 

BAŞ REDAKTORU KİMLƏR “İFŞA EDİR”?
Tarix: 8-11-2011, 13:34 | Çap et
BAŞ REDAKTORU KİMLƏR “İFŞA EDİR”?

“ƏVƏZ ZEYNALLI İŞİ”NİN ŞOK TƏFƏRRÜATLARI

Respublika Prokurorluğu В«XuralВ» qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallıya qarşı irəli sürülən növbəti ittihamlarla bağlı açıqlama yayıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, cinayət işi üzrə aparılan istintaqla Əvəz Zeynallı tərəfindən digər cinayətlərin törədilməsi halları da müəyyən edilib. Belə ki, istintaq dövründə vətəndaş Məmmədov Akif Şamil oğlu və Muxtarov Xanoğlan İsa oğlu əriz ilə prokurorluğa müraciət edərək, Əvəz Zeynallının onlardan hədə-qorxu ilə rüşvət alması barədə məlumat veriblər. Prokurorluq iddia edir ki, baş redaktor Həmkarlar İttifaqı Konfederasiyasının təsis etdiyi В«KurortВ» ASC-nin prezidenti Akif Məmmədovun barəsində 2006-cı ilin sonundan başlayaraq şəxsi və işgüzar nüfuza xələl gətirən silsilə məqalələr dərc edib. Bu materialların dərcinin dayandırılması xahişi ilə müraciət edən A.Məmmədov və onun dostu X.Muxtarovdan qəzetin bir neçə ay müddətg çap xərcinin ödənilməsini və kompüter dəsti almalarını tələb edən baş redaktor Əvəz Zeynallı bildirib ki, əks halda məqalələrin dərci davam edəcək və materialları hüquq-mühafizə orqanlarına göndərəcək. Bununla da hədə-qorxu tətbiq edib, materialların qəzet səhifələrində çapının dayandırılması müddətində 2008-ci ilin əvvllərində X.Muxtarovdan 4 min ABŞ dollarını rüşvət kimi alıb. Prokurorluğun məlumatına görə, həmin faktla bağlı aparılmış istintaqla müəyyən olunub ki, Əvəz Zeynallı Yevlax rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində В«XuralВ» qəzetində məqalələrin dərcinin dayandırılmasını xahiş edə iş adamı Sabir Tarverdiyevdən materialların çapının dayandırılması müqabilində 2010-cu ilin əvvəlində Sumqayıt şəhəri ərazisində yerləşən ofisində 200 manat, daha sonra ardıcıl olaraq hər həftə 100 manat olmaqla, cəmi 500 manat pulu rüşvət kimi aldıqdan sonra, əlavə olaraq 2 min manat pul və ya iki kompüter dəstinin alınmasını tələb etməklə, səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, şəxsən maddi nemət olan həmin məbləğdə pulu təkrarən rüşvət kimi istəyib.

Toplanmış sübütlar əsasında Əvəz Zeynalova Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə yeni ittiham elan edilib.
Əvəz Zeynallının В«üzəduranВ»ları kimlərdir?

Gülər Əhmədovadan sonra Əvəz Zeynallının “üzünəduran”lardan biri, Həmkarlar İttifaqı Konfederasiyasının təsis etdiyi В«KurortВ» ASC-nin prezidenti Akif Məmmədovdur. Akif Məmmədov Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qudası Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, Ramiz Mehdiyevin В«deputatВ»ı Səttar Mehbalıyevin uzun illər icraatında işləyib və onunla çox yaxın münasibətləri olub. Akif Məmmədovun В«üzəduranlarВ» axtarışında olan Əli Həsənovun birbaşa göstərişi ilə şikayət etdiyi haqda səhih məlumatlar var.

Digər tərəfdən, Akif Məmmədovu daha yaxından tanımaq üçün Google.az -da axtarış vermək kifayətdir. Şəxsi və işgüzar nüfuzuna xələl gətirilməsindən çəkinən Akif Məmmədov hələ bir neçə il əvvəl doğma oğlunun müəmmalı ölümündə təqsirli bilinmişdi və bu haqda məlumatlar birinci mənbə vasitəsilə mətbuata ötürülmüşdü. Akif Məmmədov haqqında 2008-ci ildə mətbuatda yayılan bu informasiya tək В«XuralВ»da deyil, digər müstəqil qəzetlərdə də dərc olunmuşdu. Hətta bir çox hallarda Akif Məmmədovun prezidenti olduğu В«KurortВ» ASC-də jurnalist araşdırmaları aparılmış və hüquq -mühafizə orqanları üçün maraqlı ola biləcək dəlillər də mətbuatda yer almışdı. Zamanında hüquq-mühafizə orqanlarının В«görməməzlikdənВ» gəlməsi Akif Məmmədovun daha В«möhkəmВ» kanallara sığındığından xəbər verirdi. Bu kanal isə məhz Səttar Mehbalıyevin, dolayısı ilə Əli Həsənovun tutduğu kanal idi.

Xanoğlan Muxtarova gəlincə isə o, Daxili İşlər naziri Ramil Usudovun restoranlar zəncirinin aparıcı adamlarındandır. Onun R.Usubovun restoran biznesinin В«inkişafВ»ında xüsusi xidmətləri var. R.Usubovun R.Mehdiyev haqqında В«XuralВ»da yazılar dərc edilməməsilə bağlı Əvəz Zeynallıdan etdiyi xahiş onu göstərir ki, onun R.Mehdiyevlə çox yaxın dostluq münasibətləri və ümumi maraqları var. O baxımdan da, Ə.Zeynallının uşaqlıq dostu, В«XəmsəВ» restoranının müdiri Mürvət Həsənovla bir yerdə işləyən Xanoğlan Muxtarovun da bu В«üzədurmaВ» əməliyyatına hansı kanallarla qatıldığı tam anlaşılandır.

Dördüncü В«üzəduranВ» Sumqayıt maşın bazarının müdiri, Milli Dövlətçilik partiyasının sədri Sabir Tarverdiyevdir. O, iş adamı olmaqla yanaşı həm də partiya sədri olduğundan bir vaxtlar mətbuatın maraq obyektində olub. Sabir Tarverdiyevin itihamları da əsassızdır. Prokurorluğun məlumatından elə başa düşülür ki, Sabir Tarverdiyevin Sumqayıt şəhəri ərazisindəki ofisi ardıcıl olaraq kimlərəsə gündəlik, həftəlik, aylıq, illik В«dolyaВ» vermək üçün xidmət göstərib. Başqa bir məqam. Əgər Əvəz Zeynallı həqiqətən də ondan hər həftə 100 manat (?!) rüşvət alırdısa, nədən В«XuralВ» qəzetinin 03 oktyabr 2011-ci il tarixində В«Sumqayıt Maşın bazarı vergidən yayınırВ» adlı məqalə dərc olunub? Məqalənin internet variantı В«XuralВ»ın http://www.xural.com/?p=7864 səhifəsindədir. Belə bir tənqidi araşdırma yazısının dərc olunması o zaman Ə.Zeynallının nəyinə lazım idi? Yəni iddia olunduğu kimi hər həftə В«XuralВ»a maddi yardım göstərən bir adamın əleyhinə yazmaq nə dərəcədə doğru olardı?

Maraqlıdır ki, Sabir Tarverdiyev Əvəz Zeynallıdan Yevlax rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində В«XuralВ» qəzetində məqalələrin dərcinin dayandırılması ilə bağlı xahişlər etdiyini də söyləyib. Baş prokurorluğun adını çəkmək istəmədiyi həmin vəzifəli şəxs hazırda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdir. Yevlax rayonu ilə bağlı В«XuralВ» qəzetində dərc olunan araşdırma yazılar zamanında icra başçısını narahat etmiş və o В«XuralВ» qəzetinə qarşı məhkəmə iddiası qaldırmışdı. В«XuralВ» qəzeti məhkəmə qərarını icra etmiş və bu iş də tamamlanmışdı. Buradan məntiqli bir sual yaranır – Əgər həqiqətən də Sabir Taprverdiyev Elmar Vəliyevlə Əvəz Zeynallının arasındakı münasibətləri В«düzəldirВ»disə, o zaman В«XuralВ»ın çəkdiyi В«cəzaВ» nə idi? Bir də bu məsələyə Elmar Vəliyevin özü aydınlıq gətirməlidir ki, В«XuralВ» onunla bağlı hansı məqalələri dərc etmişdi və Sabir Tarverdiyev həqiqətənmi onunla Əvəz Zeynallı arasında vasitəçi olub?

Digər bir məqam. Bütün Azərbaycan mətbuatı Sabir Tarverdiyevin hansı təfəkkürə sahib olduğunu yaxşı bilir. Belə bir təfəkkürdə olan adamla Əvəz Zeynallının nə kimi ortaq münasibətləri ola bilərdi?

Ən əsas sual. Əgər Əvəz Zeynallı həqiqətən də bu adamları təhdid edərək rüşvət tələb etmişdisə nədən 3-4 il sonra, Gülər Əhmədova ortaya salınandan sonra В«meydanaВ» çıxıblar, təhdid olunduqları indiyədək yada düşməyib? Bütün hadisənin görünən tərəfi birmənalı olaraq odur ki, Əvəz Zeynallı məhz Ramiz Mehdiyevin sifarişi əsasında həbs olunub. Məhz onun əli ilə baş prokurorluq plan cızıb və bu gün də cızır. Korrupsiyaya qarış Mübarizə İdarəsi də həmin planı В«baş-ayaqВ» yerinə yetirir. Növbəti addım da bəllidir. Gülər Əhmədovanı ortaya atmaqla Ramiz Mehdiyev öz adının hallandırılmasının qarşısını necə almağa çalışmışdısa, oyuna əlavə В«üzəduranlarВ» qatmaqla Gülər Əhmədovanın da adını həmin yolla çıxarmaq niyyətindədir.

Məsələ tam çılpaqlığı ilə faş olur.

В«XuralВ» qəzeti yarandığı gündən tərəf bilmədən müstəqil fəaliyyət göstərib. İstər müxalifət, istərsə də hakim düşərgədə olan neqativlikləri qələmə alıb və öz tənqidi fikirlərini çəkinmədən qəzet səhifələrinə çıxarıb. Bütün demokratik dövlətlərdə mətbuatın bu cür yanaşması hakimiyyət tərəfdən dəstəklə qarşılanır, 4-cü hakimiyyətin istiqamət verdiyi bütün məqamlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və cəmiyyət üçün təhlükə yaradan amillərin qarşısı vaxtında alınır. Lakin Azərbaycanda bu mexanizm nəinki işləmir, əksinə daha ağır fəsadlar törətmək üçün işə salınır. Hakim strukturların neqativ fəaliyyətini işıqlandıran В«XuralВ» qəzeti təbii ki, məmurların rəğbət bəslədiyi mətbu orqan ola bilməzdi. O zaman В«XuralВ» qəzeti 9 illik fəaliyyəti dövründə səhifələrinə çıxardığı vəzifə səlahiyyətlərini aşan bütün məmurlar В«üzədurmaВ» əməliyyatında yaxından və çox həvəslə iştirak etməyə başlayacaqlar.

Amma bu məmurlara sual verən tapılmayacaq ki, Əvəz Zeynallı onları niyə bu qədər narahat edir? Bu adamlar hansı qanunsuz hərəkətlərilə Əvəz Zeynallının obyektinə düşüblər? Onların iddia etdikləri kimi В«şəxsi və işgüzarВ» nüfuzlarına xələl gətirən və qəzet səhifələrinə çıxarmaq istəmədikləri əməlləri nədir ki, bunun müqabilində hətta rüşvət verməyə də hazır olublar?

Qeyd: Hüquqi, demokratik dövlətlərdə bir qəzetin baş redaktorunun üzərinə əsası olmayan ittihamlarla gəlməzdən əvvəl, ilk növbədə onun haqqında yazdığı məmurların fəaliyyəti dövlətin hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Əgər həqiqətən də həmin məmurların əməllərində cinayət yoxdursa, o zaman baş redaktor В«cəzalandırılırВ». Azərbaycanda isə göründüyü kimi tam əksinədir. Əvvəlcə qəzetin baş redaktoru həbs edilir, sonra isə əslində öz əməllərində cinayət olan məmurlar baş redaktorun üzünə В«dururlarВ».

XURAL-TAC








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lerik rayon Dövlət Arxivinin eks-müdiri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 08:24
Qorxu yaradırdınız: 300 min azərbaycanlı gəlir – Sona Qazaryan
Bu gün, 08:18
ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib - Tramp belə deyir...
Bu gün, 08:16
"Mən nə millət vəkiliyəm, nə nazir, nə də hansısa dövlət qurumunun rəhbəri..." - REPLİKA
Bu gün, 08:03
AzəriQaz-da KORRUPSİYA BUMU... - vətəndaşın canı ilə risqə gedirlər...
Bu gün, 07:59
PKK Türkiyə cəbhəsindən çəkilib İran sərhədlərinə toplandı - NƏ BAŞ VERİR?
Bu gün, 07:46
İspaniya Avropa Birliyindən qovulur? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:43
"Məni hansı hüquqi əsasla bloklamısınız?" - GİLEY
Bu gün, 07:41
AzəriQaz-da hesab-kitabı da bilmirlər? - GİLEY
Bu gün, 07:30
Gürcüstanda ali təhsil pulsuz olacaq... BİZDƏ İSƏ... - AXI NİYƏ?..
Bu gün, 07:21
"Hökumətdə iqtisadi mövzulara hərtərəfli baxış niyə zəifdir?" - ETİRAZ VAR!
Bu gün, 07:18
Qusarda sağ qalmaq üçün... - GƏRƏK YUXARIDA TANISIN OLA...
Bu gün, 07:10
"Pulunuz yoxdursa su üzünə həsrət qalmalısınız..." - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Kartdan karta köçürməyə QADAĞA: Məmur korrupsiyası... - BUNA GÖRƏ İMİŞ...
Bu gün, 06:51
10 il gizləndi, ancaq bu səhv onu ələ verdi – Ərdoğana sui-qəsd qrupunun son üzvü belə yaxalandı
Bu gün, 06:41
Azərbaycan ət niyə bahalaşır? - Deputat səbəbləri AÇIQLADI
Bu gün, 06:21
Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL - Narazı qalan türkiyəli qonaq çağırış etdi
Bu gün, 06:15
"Bir meymun var idi, konsertdə qəfəsin ağzını açıb tutuquşunu uçurtdu"
Bu gün, 06:10
"Brent" markalı neftin qiyməti 82 dollardan aşağı düşüb
Bu gün, 06:08
İranla danışıqlar bu gün bərpa olunacaq - Tramp belə deyir...
Bu gün, 06:05
Günün günorta çağı QARƏT... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 08:36
Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb - "Truth Social"
Dünən, 08:26
Suriya İraqa xəbərdarlıq etdi: - Hücum cavabsız qalmayacaq
Dünən, 08:24
Bu ölkə bizə Qara dənizdə kömək edə bilər - Zelenski
Dünən, 08:22
Müharibə Azərbaycan sərhədlərinə yaxınlaşır? – Tehran narahatdır…
Dünən, 08:21
AzəriQaz-da ABSURD BÜROKRATİYA... - Nəticədə vətəndaş yenə eyni sualı verir...
Dünən, 07:20
Vətəndə qəriblik... - Təbrizsiz elə hey belədir...
Dünən, 07:11
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Dünən, 07:06
"Bu savadsız qarını hardan tapdınız?" - ETİRAZ
Dünən, 07:04
Bayram Məmmədovun qardaşı tərəfindən qətlə yetirilən anasının - FOTOSU
Dünən, 06:50
Qızıl alıb-satmaqla qeyri-neft-qaz ixracının payı artır: İrəli getmək üçün geri addım atmaq - AKTUAL
Dünən, 06:48
"Biri sözümüzü ucaltdı, digəri səsi ilə milli ruhumuzu yaşatdı" - ANIM
Dünən, 06:41
Bakıda 14 yaşlı qızın uşaq dünyaya gətirməsinə görə - Qardaşı həbs olundu
Dünən, 06:37
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Dünən, 06:32
Rusiyada səfərbərlik vahiməsi – İnsanlar qaçmağa hazırlaşırlar
Dünən, 06:24
Sabirabad Olimpiya İdman Kompleksinin dövlətə vergi borcu üzə çıxdı - FOTOFAKT
Dünən, 06:19
Hörmüz boğazında Qətərdən maye qaz daşıyan tanker mərmi zərbəsinə məruz qalıb - "Bloomberg"
1-08-2026, 16:12
Göyçayın Təhsil Sektorunun müdiri vəzifəsindən azad olunub - BUNDAN SONRA...
1-08-2026, 16:04
Qusarda alternativ içməli su mənbəyi tikiləcək – 3,2 MİLYON MANATA
1-08-2026, 16:00
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır - MƏQALƏ
1-08-2026, 15:53
Bakıda ikinci telefon qalmaqalı: arvadın gizli əməli cinayətə səbəb oldu - TƏFƏRRÜAT
1-08-2026, 15:51
Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib - TƏFƏRRÜAT
1-08-2026, 13:27
"Sabah çörək qıtlığı yaransa..." - ÇAĞIRIŞ...
1-08-2026, 13:17
Bakıdakı bu universitet bağlandı: Diplomların taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
1-08-2026, 13:02
"Mənə qaranlığımdan qorxmayan insan lazımdır"
1-08-2026, 13:00
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu - FOTO
1-08-2026, 12:51
Rusiya Ermənistanı bazardan uzaqlaşdırmayacaq - ÇÜNKİ...
1-08-2026, 12:36
“Yeyintini edən Əli İsa və komandasıdır” - Şeyx Əbdül
1-08-2026, 12:26
Rusiya Ukrayna kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinən iki nəfəri saxladı - KİV
1-08-2026, 12:21
Xırdalan sakinlərini təngə gətirən üfunət: - Kanalizasiya küçəyə axır
1-08-2026, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru