Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > «Etibarsız təchizatçı» elan olunan «Best Auto Service» MMC-yə büdcə pullarını KİM ÖTÜRÜR?
«Etibarsız təchizatçı» elan olunan «Best Auto Service» MMC-yə büdcə pullarını KİM ÖTÜRÜR?Bu gün, 16:10 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
«Best Auto Service» MMC (VÖEN: 1306258141) dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına əlavə edilib. "DİA-AZ" xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qərar verib. Məlumata görə, buna səbəb - «Best Auto Service» MMC-nin müqavilə öhdəliklərinə əməl etməməsi göstərilib. Nəticədə şirkətin dövlət satınalmalarında iştirakı 6 aylığına, yəni 2027-ci ilin fevral ayının 6-a qədər qadağan edilib. Qeyd edək ki, «Best Auto Service» MMC 2019-ci ilin avqust ayının 29-u dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əsgərov Nizam Məmmədşah oğlu olan şirkətin nizamnamə kapitalı 500 manatdır. Bildirək ki, bu şirkət müxtəlif dövlət qurumlarının avtomobillərinə texniki xidmət göstərir. Belə ki, bir il ərzində (25.12.2024/29.12.2025) şirkətlə dövlət qurumları arasında ümumi dəyəri 734 min 950 manat olan 6 satınalma müqaviləsi imzalanıb. Şirkətlə dövlət qurumları haqqında imzalanmış satınalma müqavilələri daha ətraflı:
Geri qayıt |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||