Emin Əmrullayev nazir təyin olunduqdan sonra öz yaxın şəriklərini və tərəfdarlarını Təhsil Nazirliyində mühüm vəzifələrə yerləşdirməklə köhnə sistemin dayaqlarını möhkəmləndirdi. Nazir postuna gəlişindən sonra o, özünə yaxın şəxsləri müxtəlif idarə və şöbələrdə rəhbər vəzifələrə gətirdi.
Məlumatlara görə, Elnur Əliyev də bu prosesdə xüsusi rol oynayıb. O, "Kaspi" təhsil müəssisələrindən uzaqlaşdıqdan sonra bu qurumu “yiyəsiz” buraxmamaq üçün rəhbərliyi öz qardaşı Elşən Əliyevə tapşırıb. Bu addım, əslində, təhsil sahəsində ailəvi və şəxsi maraqların dövlət siyasətindən üstün tutulduğunu açıq şəkildə göstərir.
İddialara görə, Mehdiyev-Həsənov şəbəkəsinin qurduğu “hörümçək toru” illərlə ölkənin təhsil sisteminə sızaraq milyonlarla dövlət vəsaitinin mənimsənilməsinə və bu pulların xarici banklara köçürülməsinə səbəb olub. Eyni sxemlərin Elnur Əliyevin fəaliyyəti dövründə də davam etdiyi, onun bu şəbəkənin mühüm halqalarından biri olduğu bildirilir.
Mütəxəssislər hesab edirlər ki, Elnur Əliyevin fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır. Onun idarəçilik tərzi və qərarları təhsil sistemində şəffaflığı pozur, ictimai etimadı zəiflədir və təhsilin keyfiyyətinə ciddi zərbə vurur.
Cəmiyyət arasında belə bir fikir də getdikcə güclənir ki, Elnur Əliyev Ramiz Mehdiyevin illərlə davam edən təhsil siyasətini davam etdirərək, sistemli şəkildə təhsilin süqutuna və dövlətin zəifləməsinə xidmət edən addımlar atır.