“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək .....                     Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? .....                     Media hara gedir? .....                     Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! .....                     Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır .....                     Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi .....                     ASCO sədri ona yüksək vəzifə verdi .....                     Mətanət Əsədovadan İSMARIŞ: .....                     Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI .....                     8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb? .....                     Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" .....                     Bakıda evlər bahalaşacaq, amma hamısı yox .....                     Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, .....                     Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir .....                     “Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     Putin ailəsi haqda sirri açdı: .....                     Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi .....                     ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik .....                     Anar Əsədli barəsində qərar verilib .....                     “Kanalizasiya yağış suyunu daşıya bilmir” .....                     Moskva ilə İrəvan arasında dərinləşən böhran .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     “Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” .....                     AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib .....                     Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı .....                     Ermənistanda 2 yeni “Rus evi” açılacaq .....                     Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır .....                     Rusiya Ermənistanda daha iki Rus Evi açır .....                     “Bu, ədalətli deyil!” .....                     İcra Hakimiyyəti bir milyonluq gül alır .....                     “Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” .....                     TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib .....                     Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? .....                     Telli aparıcıları yıxıb-sürüdü: .....                     Prokuror müğənni qardaşını öldürənə .....                     Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? .....                     "Boğulurdum, hələ belə ağrı görməmişdim" .....                     Bakıda qızını bıçaqlayan qadına hökm oxundu .....                 

İki ölkə Rusiya neftindən imtina edir - Azərbaycana təsiri
Tarix: 18-10-2025, 10:12 | Çap et

ABŞ Hindistan və Çinə Rusiya neftinin alışını dayandırmaq istiqamətində təzyiqləri artırır. Prezident Donald Tramp açıqlayıb ki, Hindistanın baş naziri Narendra Modi ona Rusiya neftinin alınmasını dayandırmağa hazır olduğunu bildirib: “Dostum Modi məni Rusiyadan neft almayacağına inandırdı. O bunu dərhal edə bilməz; bu, bir prosesdir. Amma bu, tezliklə başa çatacaq”.

Amerika lideri həmçinin əlavə edib ki, Vaşinqton Hindistanın Rusiya neftini almağa davam etməsindən məmnun deyil: “Çünki bu, Rusiyaya artıq bir milyon əsgərini itirdiyi müharibəni davam etdirməyə imkan verir”.

Trampın sözlərinə görə, “indi Çinin də eyni şeyi etməsi lazımdır”.

Reuters agentliyinin Ağ Ev rəsmisinə istinadən yaydığı məlumatda isə Hindistanın neft emalı zavodlarının Rusiya neftinin idxalını 50 faiz azaldacaqları qeyd olunur. Rəsminin dediyinə görə, bu qərar Yeni Dehli və Vaşinqton arasında ticarət danışıqlarından sonra qəbul edilib. O, əlavə məlumat verməyib.

Oktyabrın 16-da agentlik üç mənbəyə istinadən xəbər verib ki, ABŞ-ın artan təzyiqləri fonunda Hindistanın neft emalı zavodları dekabr ayından etibarən Rusiyadan xammal alışını azaltmağa hazırlaşır. Reuters-ə danışan treyderlər Hindistanın bir müddət vaxta ehtiyacı olacağını bildiriblər. Mənbələr həmçinin qeyd ediblər ki, bu məsələ ilə bağlı hələlik hökumətin sərəncamı yoxdur.

Oktyabrın 16-da Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caişval bildirib ki, Hindistan qeyri-sabit enerji vəziyyəti fonunda “istehlakçılarının maraqlarını qoruyur” və onun Rusiyadan neft alışı məhz bu məqsədə yönəlib. O, həmçinin qeyd edib ki, Yeni Dehli də Vaşinqtonla enerji əməkdaşlığı üzrə danışıqlar aparır, bu proses on ildir davam edir və Hindistanın enerji siyasətinin mürəkkəbliyini və çoxşaxəli xarakterini nümayiş etdirir.

Hələlik Hindistan ABŞ-ın təzyiqlərinə müəyyən qədər dirəniş göstərir. Lakin onun çox davam etməyəcəyi artıq hər kəsə aydındır. Məsələ burasındadır ki, Hindistan yalnız bir neçə il əvvəl - Ukraynadakı işğalçı müharibə başladıqdan sonra Rusiya neftinin ən böyük alıcılarından birinə çevrilib. Ondan əvvəl, uzun onilliklər ərzində Rusiyanın enerji resursları Hindistanın idxalının bir faizindən də azını təşkil edirdi, ona görə də nüvə sənayesi istisna olmaqla, iki ölkə arasında enerji əlaqələrinin uzun tarixindən danışmaq mümkün deyil.

Digər tərəfdən, Hindistanın enerji sahəsində strateji məqsədi tədarükləri və enerji resurslarının özünü diversifikasiya etməklə enerji təhlükəsizliyini təmin etməkdir. 2022-ci ilə qədər əsas tədarükçülər Yaxın Şərq ölkələri idi, lakin bu gün Yeni Dehli həm bərpa olunan mənbələri, o cümlədən dünyanın ən böyük günəş elektrik stansiyalarını, həm də kömür kimi ənənəvi mənbələri birləşdirən maksimal dərəcədə əhatəli enerji qarışığı yaratmağa çalışır. Rusiya Avropa bazarından qovulduqdan sonra neftinə ciddi endirim(hazırda Brentlə müqayisədə Urals neftinə 7 faizlik endirim var -red.) tətbiq edib. Hindistan bu endirimdən bəhrələnərək, ucuz xammal hesabına əldə etdiyi emal məhsullarını əsasən Avropaya olmaqa, xaricə satıb böyük gəlirlər əldə edib. Analitiklərin hesablamalarına görə, Hindistan 2022-ci ilin fevralından 2025-ci ilin avqustuna qədər bu yolla təxminən 17 milyard dollara qənaət edib.

Hindistan üçün daha bir üstünlük var: Rusiyanın neft gəlirləri kapital axını ilə bağlı problemlər səbəbindən uzun müddət Hindistan banklarında ilişib qalıb. Məbləğ müxtəlif vaxtlarda bir neçə milyondan bir neçə milyard dollara qədər dəyişib. Bu pulun bir hissəsi suveren qiymətli kağızların alınması üçün istifadə olunur ki, bu da Hindistanın iqtisadi artımını sürətləndirir.

Lakin avqustdan Avropa İttifaqı Rusiya neftindən emal olunan yanacaqların idxalını qadağan edib, bir neçə gün əvvəl Böyük Britaniya da eyni addımı atıb. Hər iki mərkəz Hindistanda “Rosneft”ə məxsus Nayara Energy şirkətinə sanksiya tətbiq edib.

Yəni Hindistan ucuz aldığı Rusiya neftindən emal etdiyi yanacaqları sata bilməyəcəksə, üstəlik, ABŞ-a ixracına yüksək rüsumlar qalacaqsa, aydın məsələdir ki, Rusiyadan neft alışını ən azı kəskin şəkildə azaltmalı olacaq.

Müqayisə etdikdə, Hindistanın Rusiya neftindən imtina etməməsinin ölkəyə daha böyük zərər yetirdiyini görmək olur. Belə ki, Hindistanın GTRI analitik mərkəzinə görə, ABŞ-ın 50 faiz tarifləri ölkənin ABŞ-a ixracını 2026-cı ildə 86,5 milyard dollardan 50 milyard dollara endirə bilər. ABŞ Hindistanın ən böyük ticarət tərəfdaşıdır. Tekstil, qiymətli daşlar və zərgərlik məmulatları, karides və xalçalar ən çox zərər görəcək: ixrac 70 faiz azala bilər. Yüz minlərlə iş risk altındadır. Standard Chartered xəbərdarlıq edir ki, yeni tariflər Hindistanın ÜDM artımının 1 faizini azaldacaq.

2024-cü ildə Rusiyanın Çinin neft idxalında payı 20 faiz, Hindistanın idxalında payı isə 41 faiz olub. Bu iki ölkə Rusiya neftinin 82 faizini alıb. Hindistanın alışları dayandırması Rusiya üçün bir neçə böyük risk yaradır. Əsas risk yeni bazarlar tapmaq üçün Urals-ın qiymətinə əlavə endirimlər və əlavə logistika xərcləridir. Yeni bazarlar tapmaq sanksiyalara məruz qalan əsas istehsalçı üçün daha çətindir, nəinki böyük alıcı üçün yeni təchizatçılar tapmaq. Bu baxımdan, Hindistan öz zavodları üçün xammalı daha asan tapacaq, nəinki Rusiya öz nefti üçün alıcıları. Çünki Rusiya nefti sanksiyalar altındadır, onun daşınması, sığortalanması da həmçinin.

Rusiya ekspertləri bildirirlər ki, Hindistan Rusiya neftinin alışını dayandırıb Yaxın Şərq neftini almağa başlasa, bazarda qıtlıq və qiymət artımı olacaq. Hətta 200 dollarlıq qiymətdən bəhs edənlər də var. Lakin reallıq tamam fərqlidir: Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2025-ci ilin iyununda Səudiyyə Ərəbistanı, İraq, BƏƏ və Küveytdə artıq neft hasilat gücü gündəlik 3,9 milyon bareldən bir qədər çox olub. Bu, 90 gün ərzində neft hasilatının artırılması üçün texniki potensiala aiddir. Bu o deməkdir ki, Yaxın Şərqin ən böyük neft istehsalçıları Çin və Hindistan bazarlarında Rusiya neftini əvəz etmək potensialına malikdir və OPEC+ kvotaları artdıqca bu imkan daha da artacaq. Bundan əlavə, ABŞ, Qayana və Braziliyanın getdikcə artan hasilatı da bazarda ciddi bir çatışmazlıq olmayacağından xəbər verir.

Hazırda dünya bazarında ciddi neft artıqlığı var. Qiymətlər 62 dollar səviyyəsinə qədər düşüb. Rusiyanın daxildə emal potensialına Ukraynanın vurduğu dron zərbələri onun da hasil etdiyi neftin daha çox hissəsini ixrac etməsini zərurətə çevirib. Bu şəraitdə Hindistanın aldığı gündəlik 1,6-1,7 milyon barel neft dayansa, Rusiya hasilatı azaltmağa məcbur olacaq. Bu isə sonrakı bərpa xərclərini də nəzərə aldıqda, çox nəhəng itkilər vəd edir.

Sentyabr ayında Hindistan Rusiyadan neft alışını ötən illə müqayisədə 14,2 faiz azaldaraq sutkada 1,62 milyon barelə salıb. Beləliklə, Rusiyanın bu ölkənin neft idxalında payı ilin əvvəlindəki 41 faizdən 36 faizə qədər geriləyib, əvəzində ABŞ neftinin payı artıb. Aprel-sentyabr aylarında Rusiya xam neftinin Hindistan bazarına ixracı 2024-cü ilin səviyyəsi ilə müqayisədə 8,4 faiz azalıb. Agentlik bildirir ki, buna endirimlərin azalması və tədarükün məhdud olması səbəb olub.

Ümumilikdə Hindistan keçən ay gündəlik 4,88 milyon barel idxal edib ki, bu da illik müqayisədə 3,5 faiz artım deməkdir.

Rusiya neftinin ikinci böyük alıcısı olan Çin sentyabrda alışları 8,7 milyon tona salıb. Bu, avqustla müqayisədə 17 faiz azalma deməkdir.

Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına görə, sentyabrda Rusiyanın neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir avqust ayı ilə müqayisədə 240 milyon dollar, 2024-cü ilin sentyabr ayı ilə müqayisədə isə 0,73 milyard dollar az olmaqla 13,35 milyard dollar təşkil edib.

Bu arada fiziki ixrac həcmi avqust ayı ilə müqayisədə sutkada 210 min barel artaraq 7,44 milyon barelə çatıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixracat sutkada 90 min barel çox olub. Ölkənin əsasən qazoyl və mazutdan ibarət(benzin və dizel ixracı qadağan olunub-red.)neft məhsullarının ixracı avqust ayında sutkada 170 min barel azalaraq 2,37 milyon barel olub ki, bu da əvvəlki illə müqayisədə sutkada 290 min barel aşağıdır. Bu, 2020-ci ilin aprel ayı istisna olmaqla, ilk növbədə qazoyl və mazut hesabına onillikdə ən aşağı səviyyədir.

Eyni zamanda, xam neft ixracı sentybarda sutkada 370 min barel artaraq 5,07 milyon barel olub (keçən ilin sentyabr ayı ilə müqayisədə sutkada 380 min barel az).

Neft vergilərinin hesablanması üçün əsas olan Urals markalı xam neftin orta qiyməti 2025-ci ilin sentyabrında 56,82 dollar təşkil edib. Avqustda bu göstərici 57,55 dollar, ötən ilin sentyabrında isə 63,57 dollar olub.

Qeyd edək ki, neft hasilatçısı, iqtisadiyyatı bu məhsuldan böyük ölçüdə asılı olan Azərbaycan üçün Rusiya neftinin dünya bazar yolunun daralması əlverişli şərtlər formalaşdıra bilər: bazardan böyük həcmdə xammalın çıxması qiymətləri yuxarı çəkə bilər. Hazırda Azərbaycan neftinin orta satış qiyməti 63 dollar civarındadır. Halbuki bu ilin dövlət büdcəsində hesablama 70 dollarlıq qiymət əsasında aparılıb. Bu baxımdan, qiymətlərin yüksəlməsi ölkəmiz üçün müsbət amil olar.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Bu gün, 18:06
Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Bu gün, 17:58
Media hara gedir? – Azər Ayxan yazır
Bu gün, 17:51
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 17:45
Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Bu gün, 17:38
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Bu gün, 17:36
ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 17:31
Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Bu gün, 17:26
Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Bu gün, 17:20
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Bu gün, 17:14
Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Bu gün, 17:10
Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Bu gün, 17:06
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Bu gün, 17:03
Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Bu gün, 17:00
“Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Bu gün, 16:56
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Bu gün, 16:52
Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Bu gün, 16:48
Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Bu gün, 16:46
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Bu gün, 16:26
Anar Əsədli barəsində qərar verilib - MƏHKƏMƏ
Bu gün, 16:24
“Kanalizasiya yağış suyunu daşıya bilmir” - Bakıda selin əsas səbəbi açıqlandı
Bu gün, 16:22
Moskva ilə İrəvan arasında dərinləşən böhran - “Sən kişisən, yoxsa qadın?”
Bu gün, 16:20
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir - DETALLAR...
Bu gün, 16:18
“Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” - Levon Köçəryan - erməni mətbuatı
Bu gün, 16:16
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 16:12
Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib - Ermənistan KİV
Bu gün, 16:10
Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı - VİDEO
Bu gün, 16:08
Ermənistanda 2 yeni “Rus evi” açılacaq - KİV
Bu gün, 15:59
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır -“Blumberq”
Bu gün, 15:29
Rusiya Ermənistanda daha iki Rus Evi açır
Bu gün, 15:16
“Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Bu gün, 15:13
İcra Hakimiyyəti bir milyonluq gül alır - DETALLAR
Bu gün, 15:11
“Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Bu gün, 15:03
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Bu gün, 14:55
Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Bu gün, 13:12
Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Bu gün, 13:07
Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Bu gün, 13:04
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Bu gün, 12:58
"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Bu gün, 12:57
Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Bu gün, 12:52
208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Bu gün, 12:48
Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Bu gün, 12:47
Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Bu gün, 12:41
Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Bu gün, 12:39
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 12:35
Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:32
“Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Bu gün, 12:27
Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 12:23
“Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Bu gün, 12:18
AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru