Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu HƏBS OLUNDU .....                     Rüfət Nasosnudan valideynlərə ÇAĞIRIŞ: .....                     “Yüksək vəzifəli məmurla tək nə danışacağam ki?.. Bu, şəxsi faciəmdir” .....                     Əliağa Kürçaylının nəvəsinə məxsus şirkətin əmlakına həbs qoyuldu .....                     Kilosu 100 manata olan “At əti” .....                     Fermer 3 litr süddən cəmi 45 qəpik... .....                     Koçaryan və Tsarukyanın pulları alınmalıdır .....                     Azərbaycanın Köçəryan və Sarkisyana ciddi sualları ola bilər .....                     Ərdoğandan daha bir ölkə haqda anons .....                     Ermənistanda hökumətin 5 illik proqramı qəbul edildi .....                     Rusiyadakı Azərbaycan icmasına və diaspor liderlərinə təzyiq açıq siyasi şantaj alətinə çevrilib .....                     “Caspian Equipment Company” səhmdarlarını toplayır .....                     Taksilərdə gediş haqqı 60 qəpik artıb .....                     “Mərmər İnşaat” əvvəlki kimi qazanmır .....                     Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest verib .....                     Qarşıda kəndləri daha ciddi problem gözləyir .....                     Ermənistan ordusunda ölüm halları artıb: .....                     İran ABŞ-a xəbərdarlıq etdi: .....                     Alen Simonyan eyni gündə ABŞ və Rusiya diplomatları ilə regional məsələləri müzakirə edib .....                     Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib .....                     Anasının sevgilisini öldürənin məhkəməsi başlayır .....                     “Fantastik qonorar versələr də, o rolu heç vaxt oynamaram” .....                     Ermənistan seçimini etdi: Rusiyanın cavabı nə olacaq? .....                     İran banklarının Azərbaycandakı fəaliyyəti dayandırıla bilərmi? .....                     TƏBİB-in sabiq departament müdirinə vəzifə verildi .....                     Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib .....                     Eldar Hacıbalayev vəzifəsindən AZAD EDİLDİ .....                     Quşencənin içməli su böhranı ETİRAF OLUNDU .....                     Deputat: “Pik saatlarda avtomobillərə nömrələr üzrə məhdudiyyətlər qoyula bilər” .....                     Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb .....                     YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA .....                     Sərnişin qatarının fəaliyyəti Gürcüstana gedənlərin sayına necə təsir edib? .....                     Bakının məşhur tələbi Ermənistanın ən böyük planı seçildi .....                     Köçəryan və digərlərindən bir-bir qisas alacağıq .....                     Paşinyan Rusiyanın İrəvandakı dayaqlarını silkələdi .....                     Britaniya şirkəti Azərbaycanda və Xəzər regionunda .....                     Şəhid ailəsi 33 ildir ev gözləyir .....                     Gələn həftədən bankların üzərinə yeni öhdəlik qoyulacaq .....                     Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşı vəfat etdi .....                     Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olunub .....                 

Pezeşkian hədəfdə - NƏ BAŞ VERİR?
Tarix: 19-10-2025, 00:45 | Çap et

İran Prezidenti hərdən səlahiyyətlərində istifadə edərək, “ayağını cızıqdan kənara qoyur”. Bu isə ona təzyiqlərə səbəb olur. İranda bir çoxları Prezidenti ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xameneinin sözçüsü kimi görmək istəyir. Belə olduqda isə hökumət başçısının bütün istiqamətlərdə səlahiyyət azadlığı məhdudlaşır.

Ona görə də səlahiyyət müddəti başa çatdıqdan sonra prezidentlər barəsində “ali rəhbərə xəyanət etdi”, “özünü ölkənin başçısı sayır”, “İranın maraqlarının satdı” kimi fikirlər yayılır.

Hələ ötən il İranın keçmiş prezidenti Həsən Ruhani “hökumət başçılarının azadlığı yoxdur” deyə etirazını bildirmişdi.

İndiki Prezident Məsud Pezeşkian isə 2024-cü ilin avqustunda, yəni hökumət başçısı səlahiyyətlərinin icrasına başlayandan bir ay sonra “Mənə işləməyə imkan vermirlər” deyərək, idarəetməsinə maneələrin olduğunu demişdi.

O, hakimiyyət daxilində müəyyən bir qruplaşmanın onu ləkələməyə çalışdığını və işləməyə mane olduğunu vurğulamışdı: “Ölkədə motivasiya yoxdur, bizə çalışmağa imkan vermir, oyuna buraxmırlar. Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər. Çünki bu kadrlar işə cəlb olunduqları halda, hakimiyyətdaxili bəzi problemli qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər”.

Yenicə Prezident olmuş Pezeşkianın sözlərinə görə, dəyişiklik üçün yeni plan hazırlanmalıdır. O, ölkədə insanların çətinlik içərisində yaşadıqlarını vurğulamışdı: “Xalq bizim sözlərimizdən uzaqdır, söz vermişik, amma yerinə yetirmirik və bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan vədlərə görə bizdən narazıdır”.

O, HƏMAS lideri İsmayıl Həniyənin İranda qətlə yetirilməsinə görə uyğun qurumları tənqid etmişdi.

Pezeşkian hökumətin ayırdığı pulların hara xərcləndiyinin də bəlli olmadığını bildirmişdi.

Bu çıxışdan öncə o, İsraillə müharibəyə qarşı olduğunu da qeyd etmişdi. O, ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xameneidən gərginliyi arzuolunmaz müharibəyə çevirməmək üçün İranın İsrailə istənilən birbaşa hücumunun qarşısını almağı xahiş etmişdi.

Pezeşkian xəbərdarlıq edirdi ki, İsrailin İranın milli infrastrukturuna və enerji resurslarına qarşı sərt cavab hücumu təşkil etmək qərarı ölkə iqtisadiyyatını çökdürə, potensial olaraq İslam Respublikasının tənəzzülünə səbəb ola bilər.

Onun prezidentlik dönəminin başlaması ilə İran-İsrail münaqişəsi də gərginləşdi.

Səbəb isə HƏMAS-ın Siyasi Bürosunun baş katibi İsmayıl Haniyənin İranda qətlə yetirilməsi oldu. Bu qətl, İsmayıl Haniyə Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında baş vermişdi. SEPAH-ın məlumatına görə, Haniyə təxminən 7 kq döyüş başlığı olan qısamənzilli mərminin atəşi nəticəsində öldürülüb.

Bu, Məsud Pezeşkianın İsraillə bağlı proqnozlarının düz çıxdığını təsdiqləyirdi.

Hakimiyyətdaxili qüvvələr Prezidentin səlahiyyətlərindən istifadə etməsini əngəlləməyi davam etdirirlər. Onlar Pezeşkianın İsraillə müharibə etməmək, qərblə danışıqlar aparmaq kimi çıxışlarını qorxaqlıq, yaxud “Xameneiyə qarşı çıxış” kimi dəyərləndrirlər.

Bu günlərdə parlamentin 42 deputatı Məsud Pezeşkiana rəsmi çıxışlarında və beynəlxalq bəyanatlarında daha ehtiyatlı olmağı tövsiyə edib. Məsələ ilə bağlı parlamentin Rəyasət Heyətinin üzvü Əhməd Nadiri məlumat verib.

Deputatın sözlərinə görə, məclis üzvləri Pezeşkiana rəsmi səviyyədə daha diqqətli və sayğılı davranması ilə bağlı xəbərdarlıq məktubu göndəriblər. Ancaq o, konkret hansı çıxışlara və ya fikirlərə irad bildirildiyini açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl də Pezeşkianın amerikalı jurnalistə verdiyi bir müsahibə, onun dilindən səslənən bəzi fikirlər səbəbi ilə 24 deputatın etiraz bəyanatı ilə qarşılanmışdı. Pezeşkian isə həmin reaksiyalara cavabında bildirib ki, rəsmi protokolları bəyənmir.

Pezeşkian ötən il Tehranda Güney Azərbaycanla bağlı tədbirlərdən birində ana dilində türkcə danışan zaman kimsə ona “dövlət dili farscadır” ifadəsini pıçıldamaqla xəbərdarlıq etmişdi. Pezeşkian dərhal çıxışını farsca davam etdirmişdi.

Ötən ilin payızında İranın rəsmi dövlət teleradio şirkətinin eksperti regional vəziyyətlə bağlı çıxışında Məsud Pezeşkianı ziddiyyətli çıxışına görə tənqid edərək, demişdi: “Prezidentin xaricdə çıxışına görə xəcalət çəkirik. O deyir ki, biz Amerika ilə qardaşıq. Biz ərəb dilli ölkələrdən üzr istəyirik”.

Ancaq belə ekspertlər İran TV və radiosunda ali rəhbərin ünvanına tənqidi fikir söyləyə bilməzdi. Belə çıxır, prezident vəzifəsi belə münasibətlər, tənqidlər üçün nəzərdə tutulub.

Bir neçə ay öncə İranla ABŞ arasında danışıqlar İslam Respublikası cəmiyyətində geniş müzakirə mövzusu olmuşdu.

Məsud Pezeşkianın danışıqların mümkün bərpasına qarşı olanları tənqid edərək, hökumətlə ali rəhbər Seyid Əli Xameneinin mövqeyinin tam koordinasiyada olduğunu bəyan etməsi geniş əks-səda doğurmuşdu: “Dialoq təslim olmaq demək deyil. Danışıqlar aparmırıqsa, müharibə etmək istəyirsiniz? Yaxşı, müharibə oldu və keçdi. Gəlin, yenidən düzəldək, bu yenə baş verəcək. Biz emosiyalara qapılmamalıyıq. Hökumət rəhbərliyin razılığı və koordinasiyası olmadan, hətta mənim fikrimlə ziddiyyət təşkil etsə belə, heç bir addım atmayacaq”.

Məsud Pezeşkian onda fikrini davam etdirərək demişdi ki, müstəqillik istəyirsinizsə, bir çox problemlə barışmalı olacaqsınız: “Mən müharibə ilə nəyəsə nail olacağımızı düşünmürəm. Onlar deyirlər: düşmənin təklif etdiyi sülhü rədd etməyin. Danışıqlara getməyimiz təslim olmaq demək deyil. Ümumiyyətlə, təslim olmaq bizim təbiətimizdə yoxdur, amma kim deyib ki, danışıqlardan qorxmalıyıq? Mən danışıqlar aparmıram. Bəs siz nə etmək istəyirsiniz, vuruşmaq? Biz danışıqlar aparmamalıyıq deyənlər, nəyi təklif edir? Bu məsələlər emosional həll olunası məsələlər deyil”.

Bu kimi faktlar 42 deputatın Prezidentə xəbərdarlıq məktubunun mahiyyətinə aydınlıq gətirməyə imkan verir.

Pezeşkianın çıxış və davranışlarını xatırlasaq, parlament üzvlərinin ona hansı məsələlərdə irad tutduqlarını ehtimal etmək olar:

- ABŞ ilə münasibətlərin normallaşmasına cəhd etməsi;

- Guya Xameneinin siyasi kursundan kənara çıxması;

- İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) iradəsinə qarşı çıxması;

- Qərblə anlaşmaya meyillənmə;

- Nüvə silahı ilə bağlı razılaşdılmamış açıqlama verməsi;

- Türk olduğunu göstərmək üçün ana dilində çıxışlara çox yer verməsi;

- Azərbaycanla çox yaxınlaşması;

- İsraillə anlaşmaya getməyi təklif etməsi;

- Danışıqlar təklif etməklə təslimçilik aşılaması və s.

Bu və başqa bu kimi ehtimallar, mülahizələr, olaylar İran Prezidentinin vəziyyətinin göstəricisidir. Ona görə İslam Respublikasında xalqın seçdiyi hökumət başçısının, necə deyərlər, saqqalla bığ arasında qaldığı açıq-aydın görünür. Deyəsən, bu ifadə təkcə hökumət başçısının deyil, həm də İslam Respublikasının indiki vəziyyətini əks etdirir…

Sədrəddin Soltan - pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu HƏBS OLUNDU - Məhkəmənin qərarı ilə...
Bu gün, 17:43
Rüfət Nasosnudan valideynlərə ÇAĞIRIŞ: - “Övladınız qəbul olmayıb deyə onları…”
Bu gün, 17:41
“Yüksək vəzifəli məmurla tək nə danışacağam ki?.. Bu, şəxsi faciəmdir” – Baba Vəziroğlu
Bu gün, 17:38
Əliağa Kürçaylının nəvəsinə məxsus şirkətin əmlakına həbs qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 17:31
Kilosu 100 manata olan “At əti” — Bazara nə vaxt açıq şəkildə çıxarıla bilər?
Bu gün, 17:21
Fermer 3 litr süddən cəmi 45 qəpik... - Vasitəçi isə 2 manat 55 qəpik qazanır
Bu gün, 17:16
Koçaryan və Tsarukyanın pulları alınmalıdır - Paşinyan
Bu gün, 17:07
Azərbaycanın Köçəryan və Sarkisyana ciddi sualları ola bilər - Erməni politoloq
Bu gün, 17:02
Ərdoğandan daha bir ölkə haqda anons – “ABŞ dəstəkləyir, İsrailin xoşuna gəlməyəcək”
Bu gün, 16:58
Ermənistanda hökumətin 5 illik proqramı qəbul edildi
Bu gün, 16:54
Rusiyadakı Azərbaycan icmasına və diaspor liderlərinə təzyiq açıq siyasi şantaj alətinə çevrilib - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 16:51
“Caspian Equipment Company” səhmdarlarını toplayır
Bu gün, 16:47
Taksilərdə gediş haqqı 60 qəpik artıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:42
“Mərmər İnşaat” əvvəlki kimi qazanmır - HESABAT
Bu gün, 16:32
Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest verib - DETALLAR
Bu gün, 16:28
Qarşıda kəndləri daha ciddi problem gözləyir - Nazirlik tədbir görməsə, vəziyyət ötənilkindən daha pis olacaq
Bu gün, 16:26
Ermənistan ordusunda ölüm halları artıb: - Mənəvi-psixoloji uçurum
Bu gün, 16:23
İran ABŞ-a xəbərdarlıq etdi: - Ritorikanı dəyiş!
Bu gün, 16:01
Alen Simonyan eyni gündə ABŞ və Rusiya diplomatları ilə regional məsələləri müzakirə edib - KİV
Bu gün, 15:56
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
Bu gün, 15:50
Anasının sevgilisini öldürənin məhkəməsi başlayır - 8 il SONRA
Bu gün, 15:38
“Fantastik qonorar versələr də, o rolu heç vaxt oynamaram” - Aktyorun QIRMIZI XƏTTİ
Bu gün, 15:30
Ermənistan seçimini etdi: Rusiyanın cavabı nə olacaq? - AKTUAL
Bu gün, 15:26
İran banklarının Azərbaycandakı fəaliyyəti dayandırıla bilərmi? – ABŞ sanksiyaları fonunda gözləntilər
Bu gün, 15:22
TƏBİB-in sabiq departament müdirinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 15:19
Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib - TƏFƏRRÜAT
Bu gün, 15:12
Eldar Hacıbalayev vəzifəsindən AZAD EDİLDİ - FOTO
Bu gün, 15:01
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
Bu gün, 14:59
Deputat: “Pik saatlarda avtomobillərə nömrələr üzrə məhdudiyyətlər qoyula bilər” - Çin rejiminə keçirik?
Bu gün, 14:52
Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb - Ermənistan mediası
Bu gün, 14:48
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
Bu gün, 14:38
Sərnişin qatarının fəaliyyəti Gürcüstana gedənlərin sayına necə təsir edib? - ARAŞDIRMA
Bu gün, 14:05
Bakının məşhur tələbi Ermənistanın ən böyük planı seçildi – 36 illik qayda pozulur
Bu gün, 14:01
Köçəryan və digərlərindən bir-bir qisas alacağıq - Parlament sədri
Bu gün, 13:59
Paşinyan Rusiyanın İrəvandakı dayaqlarını silkələdi - Onun da qapısı döyüldü
Bu gün, 13:42
Britaniya şirkəti Azərbaycanda və Xəzər regionunda əməliyyatlarını genişləndirəcək
Bu gün, 13:16
Şəhid ailəsi 33 ildir ev gözləyir - “Sanki ölməyimizi gözləyirlər...”
Bu gün, 13:13
Gələn həftədən bankların üzərinə yeni öhdəlik qoyulacaq - TƏFƏRRÜAT
Bu gün, 13:07
Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşı vəfat etdi - FOTO
Bu gün, 12:58
Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 12:50
““Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?” sualını tamamilə haqlı ictimai sual hesab edirəm” - deputat
Bu gün, 12:40
Rusiyadan Ermənistana xəbərdarlıq: - Bədəli ağır olacaq
Bu gün, 12:36
Azərbaycanda lizinq şirkətinin biznesi kiçilir, gəlirləri azalır
Bu gün, 12:23
Cəbrayılda xəstəxana tikintisinin davamına daha 9,8 milyon manat sərf olunacaq
Bu gün, 12:21
Türkiyədə polis deputatı döyərək xəstəxanalıq etdi - FOTO
Bu gün, 12:19
"Qəsdən dəyişdilər ki, fırıldaq etsinlər..." - NARAZILIQ VAR...
Bu gün, 12:10
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
Bu gün, 11:52
“İki dəfə insult keçirmişəm, bacım da xəstədir, özümə gələndən sonra İlhamənin mahnılarını...”
Bu gün, 11:45
Qanunsuz orden-medallar təsis edən QHT rəhbərləri ilə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 11:42
Paşinyanın etirafı və İrəvanın əsas sınağı - İNCƏLƏMƏ
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru