Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                     Bağçalara elektron sənəd qəbulu dayandırılır .....                     Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                     114 nömrəli avtobusun bitməyən problemləri... .....                     Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı .....                     Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü .....                     62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI .....                     Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK .....                     Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı .....                     Bakıxanov qəsəbəsində ağaclar kəsilib? .....                     Alim Qasımov "Eurovision"a gedə bilər? .....                     Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır .....                     "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" .....                     Azərbaycanlı xanım məhkəməni uddu .....                     Metropoliten rəhbərinə irad: .....                     Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar .....                     “Azercell” istehlakçıları aldadır? .....                     Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: .....                     Şoyqu nə dedi... niyə dedi... necə dedi... .....                     Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                     Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                     Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                 

“Boz kardinal”ın Təhlükəsizlik Şurasından və partiyadan çıxarılması an məsələsidir - GƏLİŞMƏ
Tarix: 18-10-2025, 08:53 | Çap et

Prezident Administrasiyasının 3 gün öncə həbs olunan sabiq rəhbəri Ramiz Mehdiyev Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində aparılan istintaq çərçivəsində növbəti dəfə ifadə verib. Hazırda ev dustaqlığında olan Ramiz Mehdiyev oktyabrın 16-da 7 saata yaxın müstəntiqlərin suallarını cavablandırıb.

Bu haqda Gununsesi.info məlumat yayıb. Sayt yazır ki, Mehdiyevi dövlət tərəfindən təqdim edilən vəkil Zaur Abıyev müşayiət edib. Məlumatda o da bildirilir ki, Ramiz Mehdiyev istintaqa gələrkən əlində əsa olub.

Məzlum obrazında ifadə verməyə gələn Mehdiyevin vəkili olsa da, onun ictimai müdafiəsi faktiki olaraq yox səviyyəsindədir. Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, Ramiz Mehdiyevin ictimai müdafiəsiz qalması təbii qarşılanmalıdır: “Ramiz Mehdiyevi bilirsiz kimlər müdafiə etməlidir? Ramiz Mehdiyevin kabinetindən keçib deputat, səfir olanlar, hansılar ki, bu gün parlamentdə oturublar. Dövlətdən bu gün də hər ay 10-20 min manat təqaüd, maaş alırlar. Hansılar ki, Ramizin qapısında saatlarla gözləyib onunla birgə kitab yazıblar! İndi müxalifətdədirlər, amma Ramiz Mehdiyevin yaxın silahdaşlarıdır. Onlar da gedib Ramizi müdafiə etsinlər”.

Hüquq müdafiəçisi deyib ki, Ramiz Mehdiyev hazırda təcridxanada yox, evində dustaqdır deyə, onun hüquqlarını qorumağa da ehtiyac yoxdur: “Əgər təcridxanada olsaydı, və ya cəza alıb türməyə göndərilsə idi, orada onunla pis rəftar olunsaydı, bu halda onu müdafiə etmək olardı. İndiliksə Ramiz Mehdiyev özünün imarətində oturub, ona kim təzyiq edəcək? 30 il Prezident Adminstarsiyasında əyləşib, orada dövlətin gücündən kimə qarşı istəyibsə, ona qarşı da istifadə edib. İndi də istintaq gedir. Nəticəsini gözləyək. Ramiz Mehdiyev türməyə göndəriləcəksə, o zaman bu məsələlərə qayıtmaq olar”.

Bu arada keçmiş deputat Gülər Əhmədova Mehdiyevlə bağlı açıqlama verib. O, Ramiz Mehdiyevin əmri, tapşırığı, fitvası ilə ailəsinin bədbəxt edildiyini deyib: “Bu adamın əmri ilə, gecə-gündüz bilmədən sifarişlə yazdığınız şər-böhtanı təkzib etməyi? Mənim illərlə gördüyüm işləri, Respublika Uşaq Təşkilatında, ”Mərkəz" qəzetində, millət vəkili kimi yorulmadan çalışmağımı bir anda unudub, məhz bu siyasi timsahın əmri ilə məndən, şərəfsiz, namussuz, qatil, oğru, dələduz yaratdığınız üçün mənim də dəyişib siyasi buqələmun olacağımı gözləyirsiniz? Səhv edirsiniz, yanılırsınız!"

Gülər Əhmədova Modern.az-a Ramiz Mehdiyevi ilk dəfə harada tənqid etməyindən də danışıb: “Mən Ramiz Mehdiyevi ilk dəfə Gənclərin ikinci forumunda tənqid etmişəm. Həmin forumda rəhmətlik Ulu öndər, cənab Prezident İlham Əliyev və 2000 nəfər forum iştirakçısı vardı. Məhz ”təhlükəli" çıxış etdiyim üçün zalda ölü bir sükut hökm sürürdü. Mən çıxışımı bitirəndə 1-2 saniyə sonra Ulu öndər və o zaman gənc olan cənab Prezident əl çaldı və zalı alqış sədaları bürüdü. Daha sonra, 2001-ci ildə bizi Respublika Uşaq Təşkilatının qərargahından çıxarmaq istəyərkən, mən cənab Prezident İlham Əliyevlə görüşdüm və ona çox şeyi danışdım. Hələ dahası da var... Amma bu söhbətlərə indi ehtiyac yoxdur".

Sabiq deputat Ramiz Mehdiyevi “siyasi timsah” adlandırıb: “Ramiz Mehdiyevin mənə və ailəmə nələr yaşatdığını sizlər çox yaxşı bilirsiniz. Sadəcə, onları yazın. Zamanında onun fitvası ilə yazdığınız şər-böhtanı yadınıza salın. Sirus Təbrizlini, Alqış Musayevi, Musa Musayevi, məni - Gülər Əhmədovanı və daha neçə-neçə əsl Əliyevçini işsiz qoyan, siyasi karyerasını məhv edən, çərlədib öldürən, xəstə edən bu siyasi timsahı mənə tanıtmağa da ehtiyac yoxdur. Gedin gah iqtidar, gah müxalifət olan, onun başına pərvanə kimi dolanan, indi əlində ”p.. yemişəm" qaşığı ilə gəzənlərdən fikir soruşun. Mən kiməm ki? Mən zindanda, məzlum olarkən, səcdədə onu Allaha həvalə etmişəm. Mənə və ailəmə çəkdirdiklərinin 1000 qatını özü və ailəsi çəkəcək, inşallah!"

Bu arada Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyev Ramiz Mehdiyevin şurada qalıb-qalmayacağı məsələsinə aydınlıq gətirib. “Hər şey qanun çərçivəsində öz həllini tapacaq. Bir nəfər vaxtilə Şuranın üzvü olub, o da təbii ki, qanunla çıxarılacaq. Bizim ölkəmiz hazırda dünya miqyasında cənab Prezidentin sayəsində ən önəmli yerini tutub. Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Hər bir şəxsə qanunun gücü tətbiq olunub və olunacaq. Buna hər kəs əmin ola bilər. O, bir sıra təşkilatların, YAP-ın da üzvüdür. Zamanla və qanunun aliliyi çərçivəsində hər şey həllini tapacaq”, - deyə Mədət Quliyev əlavə edib.

Bir neçə gün qabaq isə YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasından da çıxarılacağını açıqlayıb.

Xatırladaq ki, oktyabrın 14-də Səbail Rayon Məhkəməsində Ramiz Mehdiyev haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü - dövlətə xəyanət, 278-ci - hakimiyyəti zorla ələ keçirmə və ya saxlama, 193-1.3.2-ci - cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb. İttihamlar təsdiqini taparsa, Ramiz Mehdiyevi 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Bu gün, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Bu gün, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Bu gün, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Bu gün, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Bu gün, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Bu gün, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Bu gün, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Bu gün, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Bu gün, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Bu gün, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Bu gün, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Bu gün, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Bu gün, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Bu gün, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Bu gün, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01
Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59
Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54
“Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48
Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru