
Rusiya Federasiyasında xarici agent kimi tanınan jurnalist Kseniya Larinaya (əsl adı Oksana Barşeva) qarşı Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi ("Terror fəaliyyəti törətməyə açıq çağırışlar") ilə cinayət işi açılıb.
"Unikal" xəbər verir ki, bu barədə Moskva Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Barşeva messencer tətbiqində dərc olunmuş müsahibədə Moskvada terror aktlarına çağırış edib.
"İstintaq prokurorluğun nəzarəti altındadır", - deyə açıqlamada bildirilir.









