"SOCAR şirkətinin hüquqi şəxsləri çağırsınlar mən onlara sübut edim ki yalançı ixtisar adıyla mənim kimi yüzlərlə insanı işsiz qoydular..." "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində sözügedən qurumun işçisi olmuş Elmin Rəhimov qeyd edib.
O daha sonra müraciətini belə davam etdirir: "Hamını aldatdılar ki, idarə ixtisara düşüb... Özümüz də heç bilmirik nətər olacaq... bizi saxlayacaqlar yoxsa çıxaracaqlar - bu sözləri mənə şəxsən "Azəriqaz" istehsalat birliyinin təmir tikinti idarəsinin rəhbəri Kamran Cəfərov Loğman oğlu deyib. Tək mənə yox, bir neçə işçiyə - mən də olmaqla belə bildirdi və bizdə ixtisara könüllü olaraq birdəfəlik qol çəkərək azad olunmağımız barədə ərizə yazdıq.
Bununla bağlı dəfələrlə Ölkəmizin Prezidenti Cənab Ilham Əliyevə və Vitse-Prezidentimiz Mehriban Əliyevaya müraciət etdim... işlədiyim müddətdə olunan haqsızlıqlara son qoyulması üçün bunlar ancaq öz bildiklərini yenə də etdilər. Mən ümid edirəm ki, bu ədalətsizliyə son qoyacaq...."


















