Naxçıvanın Şahbuz rayonunda yerləşən “Badamlı” mineral sular zavodunda oğurluq hadisəsi baş verib.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, oğurluq əməlini törədən şəxs “Badamlı”nın öz əməkdaşı olub.
Məlum olub ki, 1995-ci il təvəllüdlü zavodda təftişçi vəzifəsində işləyən şəxs gecə saatlarında şirkətin maliyyə şöbəsinə qanunsuz daxil olaraq, mühasiblәrin iş otağındakı bağlı şkafı sındırıb və içәrisindә olan 7851 manat pulu gizli yolla talayıb.
Təqsirləndirilən şəxs heç nə olmamış kimi növbəti gün işə gedib. Oğurluq hadisəsinin baş verildiyini öyrənildikdən sonra “Badamlı”nın icraçı direktoru Azad Həsənov polisə məlumat verib.
Daha sonra zavod əməkdaşı oğurluğu özü etdiyini boynuna alıb. Maddi ziyan ibtidai araşdırma mәrhәlәsindә ödənildiyi üçün “Badamlı” rəhbərliyi işçisindən məhkəmədə şikayətçi olmayıb.
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs azadlığı 2 il 1 ay 24 gün müddətinə məhdudlaşdırılıb.










