“Azərbaycan İnvestisiya Holdinqi” PHŞ (VÖEN: 1702893761) “KPMG Audit Azərbaycan” MMC (VÖEN: 1402738501) ilə müqavilə imzalayıb.
"DİA-AZ" xəbər verir ki, müqaviləyə görə, şirkət 2025-ci il üzrə beynəlxalq standartlara uyğun tərtib edilmiş maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satışını həyata keçirəcək. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 56 min 640 manat təşkil edib.
Qeyd edək ki, “KPMG Audit Azərbaycan” MMC 2014-cü ildə yaradılıb. Nizamnamə kapitalı 10 min manat olan şirkətin qanuni təmsilçisi Vitaly Yakovlevdir.


















