Daha bir qadın estetik əməliyyatdan sonra öldü .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" .....                     "Dəfələrlə uzaq işıqla yol istədik..." .....                     Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                     Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                     Aytən Abdullayevaya yüksək vəzifə verildi .....                     Ramiz Mehdiyevin bankının binası əlindən alındı .....                     ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib .....                     Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? .....                     "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" .....                     Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! .....                     Ukraynadan möhtəşəm HƏRBİ yenilik .....                     "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." .....                     Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir .....                     Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb .....                     Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi .....                     "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." .....                     Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” .....                     "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Əlizamin Salayev azadlığa buraxıldı .....                     Yeni konstitusiyanın dərci gecikir: .....                     Daşnakların Kərki mərəkəsi .....                     Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var .....                     Paşinyan Anna ilə yenidən evlənib? .....                     Miqrantların üzərinə vintləri sıxın! .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib .....                     Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir .....                     Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ .....                     Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? .....                     Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... .....                     “ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” .....                     Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb .....                     Erməni spiker YENƏ həddini aşdı .....                     Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır .....                     Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: .....                     Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? .....                     Neft bahalaşdı .....                 

Azyaşlıların müdafiəsi üçün sərt nəzarət başlayır - ŞƏRH
Tarix: Dünən, 10:15 | Çap et

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.

Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda edilmiş dəyişiklikləri imzalayıb.

Dəyişikliklərə əsasən, platformalar istifadəçilərin yaşının texniki üsullarla yoxlanılmasını təmin etməli, 16–18 yaşlı istifadəçilərin təhlükəsizliyi üçün əlavə qoruyucu mexanizmlər tətbiq etməli, zərərli məzmunun yayılmasının qarşısını operativ şəkildə almalı, fərdi məlumatların yalnız yaşın yoxlanılması məqsədilə istifadəsini təmin etməli və dövlət qurumlarının sorğularını müəyyən edilmiş müddətdə cavablandırmalıdır. Həmçinin yetkinlik yaşına çatmayan şəxslərin paylaşdıqları məlumatların onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında silinməsi də təmin edilməlidir.

Bu tələblərin pozulmasına görə vəzifəli şəxslər üçün 6–10 min manat, hüquqi şəxslər üçün isə 15–50 min manat məbləğində cərimələr nəzərdə tutulur. Qanun rəsmi dərc edildiyi gündən 12 ay sonra qüvvəyə minəcək.

Sherg.az xəbər verir ki, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli yeni tələbləri uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi və sosial şəbəkə platformalarının məsuliyyətinin artırılması istiqamətində atılmış mühüm addım kimi dəyərləndirib.

Rəqəmsallaşmanın sürətlənməsi ilə sosial şəbəkələrin cəmiyyətin bütün təbəqələri üçün əsas ünsiyyət və informasiya məkanına çevrildiyini vurğulayan H. Heydərli bildirib ki, bu platformalardan uşaq və yeniyetmələrin istifadəsi də ildən-ilə genişlənir:

"İnternet mühitində zərərli məzmun, kibertəzyiq, kiberbullinq, şəxsi məlumatların qanunsuz toplanması, müxtəlif psixoloji təsirlər və onlayn təhlükələr də artmaqdadır. Məhz buna görə dünyanın bir çox ölkəsində azyaşlıların rəqəmsal təhlükəsizliyini təmin etmək üçün yeni hüquqi mexanizmlər tətbiq edilir və sosial şəbəkələrin məsuliyyəti artırılır.

Azərbaycanın da bu istiqamətdə yaşa görə sosial şəbəkə tələblərinin pozulmasına görə cərimələr müəyyənləşdirməsi qlobal çağırışlara uyğun atılmış mühüm addım kimi qiymətləndirilə bilər. Bu qərar ilk növbədə uşaqların və yeniyetmələrin hüquqlarının qorunmasına, onların internetdən təhlükəsiz istifadə etməsinə və rəqəmsal mühitdə daha sağlam inkişafına xidmət edir. Yaş məhdudiyyətlərinin tətbiqi sosial şəbəkələr üçün sadəcə formal tələb deyil. Bu, platformaların istifadəçilərin yaşını daha məsuliyyətli şəkildə yoxlamasını, azyaşlılar üçün xüsusi təhlükəsizlik mexanizmləri yaratmasını və onların qarşılaşa biləcəyi riskləri minimuma endirməsini təşviq edir. Cərimə mexanizminin mövcudluğu isə bu tələblərin real icrasını təmin edən mühüm vasitələrdən biridir. Əks halda, hüquqi öhdəliklər praktikada lazımi səviyyədə yerinə yetirilməyə bilər.

Azərbaycanda zaman-zaman "Meta" şirkətinə məxsus "Facebook" və "Instagram" platformalarında yerli xəbər resurslarının və informasiya səhifələrinin bloklanması, paylaşımların görünürlüğünün məhdudlaşdırılması, saxta və ya koordinasiyalı şikayətlər nəticəsində hesabların fəaliyyətinin dayandırılması ilə bağlı iddialar səsləndirilir. Belə hallarda qərarların əksəriyyətinin avtomatlaşdırılmış sistemlər və süni intellekt alqoritmləri vasitəsilə verilməsi, platformaların ölkədə yerli nümayəndəliyinin olmaması səbəbindən operativ izahat və ya hüquqi müdafiə imkanlarının məhdud qalması narahatlıq doğurur".

MŞ üzvü həmçinin qeyd edib ki, bu vəziyyət təkcə ayrı-ayrı istifadəçilər və media qurumları üçün deyil, həm də ölkənin informasiya təhlükəsizliyi baxımından müəyyən risklər yarada bilər:

"İctimai əhəmiyyət daşıyan məlumatların yayılmasına təsir göstərən qərarlar xarici platformalar tərəfindən qəbul edilir və həmin qərarların əsaslandırılması, onlardan şikayət verilməsi və ya məsuliyyət mexanizmləri hər zaman kifayət qədər şəffaf olmur. Nəticədə, yerli informasiya məkanına təsir imkanları genişlənir və milli maraqların qorunması ilə bağlı suallar yaranır.

Məhz bu baxımdan sosial şəbəkələrin fəaliyyətinə dair yeni hüquqi tələblərin müəyyənləşdirilməsi təkcə uşaqların qorunması məqsədi daşımır, həm də rəqəmsal platformaların məsuliyyətinin artırılmasına xidmət edir. Qanunvericilikdə nəzərdə tutulan məsuliyyət mexanizmləri sosial media şirkətlərini ölkənin hüquqi tələblərinə daha ciddi yanaşmağa, istifadəçilərin hüquqlarını qorumağa, qərarlarının əsaslandırılmasını təmin etməyə və qanunvericiliyin tələblərinə əməl etməyə təşviq edir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Bu gün, 15:28
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 15:12
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Bu gün, 14:50
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Bu gün, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Bu gün, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Bu gün, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Bu gün, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Bu gün, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Bu gün, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Bu gün, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Bu gün, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Bu gün, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Bu gün, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Bu gün, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46
Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35
"Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29
Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08
Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04
Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02
Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01
Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47
Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
Bu gün, 10:26
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
Bu gün, 10:22
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 10:20
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Bu gün, 10:18
Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır - Paşinyan
Bu gün, 10:15
Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: - “Telefon yazışmalarından xəyanət etdiyini öyrəndim”
Bu gün, 09:15
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? - Görünəni odur ki...
Bu gün, 09:12
Neft bahalaşdı
Bu gün, 09:09
İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33
Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48
Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29
Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru