Nazirliyin addımı: ət ucuzlaşacaq? .....                     TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? .....                     "ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var .....                     ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb .....                     Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal .....                     Gəncədə 33 yaşlı kişi bıçaqlanıb .....                     Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... .....                     AZERCELL cibə girməyə DAVAM EDİR... .....                     LEOBANK yenə də narazılıq yaratdı... .....                     Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? .....                     "Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." .....                     "Beşiktaş" üçün Bakı da doğma divarlardır... .....                     Bəli, nazir Əmrullayev düz deyir... .....                     Hər yanı korrupsiya... EY ANA VƏTƏN! .....                     Ermənilərlə müharibə yox, ticarət olmalıdır... .....                     Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... .....                     "İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." .....                     Maaş artımında sürücülər unudulub? .....                     Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? .....                     "Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." .....                     "Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." .....                     “Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək .....                     Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? .....                     Media hara gedir? .....                     Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! .....                     Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır .....                     Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi .....                     ASCO sədri ona yüksək vəzifə verdi .....                     Mətanət Əsədovadan İSMARIŞ: .....                     Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI .....                     8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb? .....                     Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" .....                     Bakıda evlər bahalaşacaq, amma hamısı yox .....                     Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, .....                     Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir .....                     “Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     Putin ailəsi haqda sirri açdı: .....                     Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi .....                     ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik .....                 

"Yeni Klinika"da skandal: Şəkər xəstəsini saatlarla ac saxlayıb qapıdan qovdular - TƏFƏRRÜAT
Tarix: 20-02-2026, 06:56 | Çap et

Vətəndaş iddia edir ki, “Yeni Klinika” həkimləri tərəfindən onun anasına qarşı kobud davranılıb.

Yenicag.az xəbər verir ki, jurnalist fəaliyyəti ilə məşğul olan Safiyar Müzəffər əməliyyat zamanı “Yeni Klinika” həkimlərinin onun anasına qarşı məsuliyyətsiz və kobud rəftar etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, endoskopiya üçün müraciət etdiyi xəstəxanada hələ girişdə saat problemi ilə qarşılaşıb. S. Müzəffər xəstəxanada baş verənləri belə izah edir:

“Bizə əvvəlcədən deyilmişdi ki, əməliyyat 40–50 dəqiqə çəkəcək. Lakin saat 12-yə işləmişə qədər gözlədim və artıq ciddi narahat olmağa başladım. İçəri daxil olub tibb işçilərindən məlumat aldım. Bildirdilər ki, guya bu gün narkoz vurulmayan xəstələrin günüdür, amma mənim anama narkoz lazımdır və narkoz həkimini gözləyirlər. ‘Biz gözləyirik, siz də gözləyin’ deyə cavab verdilər.

Əlavə 1 saat 30 dəqiqə də keçdi. Birdən gördüm ki, anam koridorda gəzir. Yaxınlaşdım, çox halsız idi. Dedi ki, ‘oğul, gözlə, həkim analiz cavabını versin, gedək’. Daha 2 saat da sənəd üçün gözlədik. Saat artıq 16:00-a yaxınlaşırdı.

Yaxınlaşıb soruşdum ki, bir kompüterdən çıxarılan cavabı vermək niyə bu qədər vaxt aparır? Bu vaxt gördüm anam ağlayır. Səbəbini soruşanda dedi ki, ‘doktor’ Ülviyyə Talıbovadan sənədi soruşanda onun üstünə qışqırıb. ‘Qapını ört çıx bayıra’ cavabını verib.

Bundan sonra Yeni Klinikanın mətbuat xidməti ilə əlaqə saxladım. Sağ olsunlar, səhv etmirəmsə adı Nərmin xanım idi, dərhal gəlib məsələni yerində həll etdi. Cəmi 3 dəqiqəyə bizə verilməli olan sənədi təqdim etdilər. Xanım əməkdaşa təşəkkür edib klinikanı tərk etdik.

Sonradan anam dedi ki, içəridə həkim onunla prinsip aparıb. Səbəb isə belə olub: gözləmə zamanı bir vətəndaş əsəbi halda ucadan danışırmış. Həkim elə bilib ki, həmin şəxs mənəm. Anama deyib ki, ‘oğlunuz çöldə səs-küy salır, ona tərbiyə vermək lazımdır’.

Anam növbədə birinci xəstə olduğu halda, barmaqlarına tibbi avadanlıqlar taxılıb hazır vəziyyətə gətirilibmiş. Lakin həkim göstəriş verib ki, avadanlıqlar çıxarılsın və bu xəstə gözləsin. Nəticədə növbədə birinci ola-ola digər xəstələr qəbul olunub, anam isə ən sonda əməliyyata salınıb.

Saat 12:30-da əməliyyatdan çıxmış, şəkər xəstəsi, ürək əməliyyatı keçirmiş və iki gündür qida qəbul etməmiş bir insanı sadəcə kompüterdən çıxan bir sənədə görə 2 saat ayaq üstə gözlətmək hansı vicdana, hansı insanlığa sığır? Tibbi xidmət alan vətəndaş hörmət və qayğı görməlidir, əlavə stress və təhqir yox. Bu hadisənin obyektiv araşdırılmasını və məsul şəxslərin davranışına hüquqi və etik qiymət verilməsini tələb edirəm.”

Məsələ ilə bağlı “Yeni Klinika”nın Mətbuat katibi Nərmin Kazımova saytımıza verdiyi açıqlamada müayinələrdə gecikmələr olduğunu bildirib:

“Yeni Klinikada endoskopik müayinələrin icrası gündəlik tibbi prioritetlərə uyğun şəkildə həyata keçirilir. 18.02.2026 tarixdə Endoskopiya şöbəsinə təcili müdaxiləyə ehtiyacı olan xəstələrin müraciəti qeydə alındığından, planlı müayinələrin icrasında müəyyən gecikmələr yaranıb.

Beynəlxalq klinik protokollara, habelə tibbi etika qaydalarına əsasən, həyati risk daşıyan və ya təxirəsalınmaz vəziyyətdə olan pasiyentlər prioritet qaydada qəbul edilir. Endoskopiya prosedurunun sedasiya (narkoz) ilə aparıldığı hallarda isə həkim-anestezioloqun iştirakı zəruridir. Qeyd olunan gecikmə məhz tibbi zərurətdən irəli gəlib və hər hansı şəxsi münasibətlə bağlı olmayıb.

Həkim-mütəxəssisin davranışı ilə bağlı səsləndirilən məqam araşdırılıb. Daxili qiymətləndirmənin nəticəsinə əsasən, tibbi personal tərəfindən pasiyentə qarşı kobud və ya etik çərçivədən kənar davranış faktı təsdiqini tapmayıb. Klinikamızda bütün pasiyentlərə bərabər, şəffaf və tibbi göstərişlərə əsaslanan xidmət təqdim olunur.”

Qeyd edək ki, şikayətçi saytımıza açıqlamasında “Yeni Klinika” barəsində hüquqi prosedurlara başladığını, məsələni məhkəmə yolu ilə həll edəcəyini bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirliyin addımı: ət ucuzlaşacaq? - AKTUAL
Bu gün, 07:05
TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? - GƏLİŞMƏ
Bu gün, 07:03
"ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 06:59
ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb - "Associated Press"
Bu gün, 06:57
Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal - FOTO
Bu gün, 06:53
Gəncədə 33 yaşlı kişi bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:50
Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:04
AZERCELL cibə girməyə DAVAM EDİR... - "Nə vaxta kimi belə davam edəcək?"
Bu gün, 05:56
LEOBANK yenə də narazılıq yaratdı... - MÜRACİƏT
Bu gün, 05:41
Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:26
"Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." - GİLEY
Bu gün, 05:23
"Beşiktaş" üçün Bakı da doğma divarlardır... - Elə "Hapoel" üçün də...
Bu gün, 05:11
Bəli, nazir Əmrullayev düz deyir... - AMMA...
Bu gün, 05:05
Hər yanı korrupsiya... EY ANA VƏTƏN! - REPLİKA
Bu gün, 05:00
Ermənilərlə müharibə yox, ticarət olmalıdır... - Bəs siz onların mallarını alarsınızmı?
Bu gün, 04:55
Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... - ÇÜNKİ...
Bu gün, 04:49
"İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." - İlqar Məmmədov
Bu gün, 04:46
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? - REPLİKA
Bu gün, 04:26
"Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." - ÇAĞIRIŞ
Bu gün, 04:20
"Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." - ETİRAF
Bu gün, 04:08
“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Dünən, 18:06
Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Dünən, 17:58
Media hara gedir? – Azər Ayxan yazır
Dünən, 17:51
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:45
Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Dünən, 17:38
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Dünən, 17:36
ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Dünən, 17:31
Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Dünən, 17:26
Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Dünən, 17:20
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Dünən, 17:14
Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Dünən, 17:10
Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Dünən, 17:06
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Dünən, 17:03
Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Dünən, 17:00
“Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Dünən, 16:56
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Dünən, 16:52
Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Dünən, 16:48
Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Dünən, 16:46
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Dünən, 16:26
Anar Əsədli barəsində qərar verilib - MƏHKƏMƏ
Dünən, 16:24
“Kanalizasiya yağış suyunu daşıya bilmir” - Bakıda selin əsas səbəbi açıqlandı
Dünən, 16:22
Moskva ilə İrəvan arasında dərinləşən böhran - “Sən kişisən, yoxsa qadın?”
Dünən, 16:20
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir - DETALLAR...
Dünən, 16:18
“Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” - Levon Köçəryan - erməni mətbuatı
Dünən, 16:16
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Dünən, 16:12
Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib - Ermənistan KİV
Dünən, 16:10
Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı - VİDEO
Dünən, 16:08
Ermənistanda 2 yeni “Rus evi” açılacaq - KİV
Dünən, 15:59
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır -“Blumberq”
Dünən, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru