"9 fevral tarixində Almaniyanın Berlin şəhərindəki "Marriott" otelə giriş ederken ABB kredit kartimdan terminal vasitəsi ilə 150 avro depozit çəkildi..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: " "Check out" günü avtomatik kartıma qaytarılacaq, dedilər. (12 fevral )
Mənimlə konfransda olan xarici qonaqların hamısına pul geri qayidib. Bir tək məndən basqa.
ABB yə zəng edirik, futbol topu kimi ora bura yönləndirir, nə bilim texnik dəstək belə getdi, filiala yaxınlaşın belə gəldi.
Texniki dəstək bir dürüst məlumat verə bilmir .
Bu arada onu da qeyd edim ki, Berlin cavab gönderib ki, pul "check out" günü qaytarılıb .
ABB, cavab vermənizi gözləyirəm. Pulumun geri qaytarılmasını tələb edirəm..."








