ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu .....                     Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər .....                     “Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” .....                     Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır .....                     Nazirliyin addımı: ət ucuzlaşacaq? .....                     TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? .....                     "ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var .....                     ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb .....                     Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal .....                     Gəncədə 33 yaşlı kişi bıçaqlanıb .....                     Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... .....                     AZERCELL cibə girməyə DAVAM EDİR... .....                     LEOBANK yenə də narazılıq yaratdı... .....                     Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? .....                     "Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." .....                     "Beşiktaş" üçün Bakı da doğma divarlardır... .....                     Bəli, nazir Əmrullayev düz deyir... .....                     Hər yanı korrupsiya... EY ANA VƏTƏN! .....                     Ermənilərlə müharibə yox, ticarət olmalıdır... .....                     Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... .....                     "İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." .....                     Maaş artımında sürücülər unudulub? .....                     Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? .....                     "Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." .....                     "Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." .....                     “Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək .....                     Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? .....                     Media hara gedir? .....                     Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! .....                     Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır .....                     Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi .....                     ASCO sədri ona yüksək vəzifə verdi .....                     Mətanət Əsədovadan İSMARIŞ: .....                     Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI .....                     8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb? .....                     Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" .....                     Bakıda evlər bahalaşacaq, amma hamısı yox .....                     Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, .....                     Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir .....                     “Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” .....                 

İcra başçısının müavini ilə dalaşan şəxs yenidən məhkəmə qarşısında... - ”Zəng edib, təzyiq göstərirlər”
Tarix: 8-02-2026, 11:03 | Çap et

Qəbələ Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının müavini Arif Allahverdiyev tərəfindən boğulduğunu iddia edən rayon sakini İqrar Əhmədov onunla bağlı verilən qərardan narazı qaldığı üçün Şəki Apellyasiya Məhkəməsinə müraciət edib.

O, bununla bağlı Musavat.com-a açıqlamasında bildirib ki, hadisənin iştirakçıları məhkəmədə şahid qismində göstərilir ki, bu da yolverilməzdir: “İş üzrə əsas fiqur olan Arif Allahverdiyev şahid deyil, birbaşa hadisənin iştirakçısıdır. Məhz o, mənə qarşı fiziki zor tətbiq etməyə cəhd göstərib, məni boğmaq istəyib. Bu baxımdan onun şahid qismində göstərilməsi hüquqi baxımdan yolverilməzdir və işin obyektiv araşdırılmasına ciddi maneə yaradır.

Hadisənin baş verdiyi ərazidə yerləşən təhlükəsizlik kameralarının görüntüləri mütləq açılmalı və məhkəmədə araşdırılmalıdır. Kameraların açılmaması hadisənin real gedişinin gizlədilməsinə və sübutların qəsdən ört-basdır edilməsinə xidmət edir. Xüsusilə bildirirəm ki, aktda imzası olan 3 nəfərin hamısı Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşlarıdır. Rəsmi qəbul prosesinin təşkili zamanı isə faktiki olaraq yalnız bir icra əməkdaşı – vətəndaşların qeydiyyatını aparan və növbə ilə içəri buraxan məsul şəxs olur. Bu, icra hakimiyyətlərində qəbul prosesinin standart və dəyişməz qaydasıdır. Bu baxımdan, qəbul zamanı eyni vaxtda 3 icra əməkdaşının bir yerdə olub hadisəni müşahidə etməsi həm faktiki, həm də təşkilati baxımdan mümkün deyil. Bu hal aktda göstərilən məlumatların formal, sifarişli və saxta xarakter daşıdığını açıq şəkildə sübut edir. Qeyd edirəm ki, Arif Allahverdiyevin rəsmi qəbul günü yalnız həftənin ikinci günüdür. Hadisənin baş verdiyi tarix isə həftənin beşinci gününə (cümə) təsadüf edir. Bu halda ciddi sual yaranır: əgər həmin gün Arif Allahverdiyevin rəsmi qəbul günü deyildisə, o, hansı hüquqi əsasla qəbul aparıb? Bu qəbul kim tərəfindən və hansı göstəriş əsasında təşkil edilib? Bu fakt hadisənin sonradan süni şəkildə qurulduğunu göstərir.

Əgər iddia edildiyi kimi, guya mən “çöldə qəbul olunmuşamsa”, bu halda aşağıdakı suallar açıq qalır: nə üçün dövlət məmuru vətəndaşı rəsmi qəbul otağında deyil, çöldə qəbul edib? Əgər qəbul çöldə baş veribsə, icra hakimiyyətinin əməkdaşlarının hamısı nə üçün həmin vaxt çöldə olub? Rəsmi qəbul prosesinin binanın daxilində aparılması məcburi olduğu halda, prosesin çöldə keçirilməsi hansı normativ hüquqi aktla əsaslandırılır? Bu ziddiyyətlər bir daha göstərir ki, hadisənin real gedişi qəsdən təhrif olunur və süni ssenari qurularaq ört-basdır edilir.

Xüsusilə vurğulayıram ki, ümumi şöbənin müdiri Fuad Zəkəriyev hadisənin yeganə real və birbaşa şahididir. Aktlarda imzası olan digər şəxslər hadisəni faktiki olaraq görməmiş, sonradan formal qaydada sənədlərə imza atmış şəxslərdir”.

İ. Əhmədov iddia edir ki, A. Allahverdiyev sabahkı məhkəmədə geri çəkilmək üçün ona dəfələrlə zəng edib: “Əgər mən həqiqətən təqsirli şəxs olmuşamsa, bu halda dövlət məmuru tərəfindən mənə zəng edilməsi hansı hüquqi zərurətdən irəli gəlib?

Hadisədən sonra Fuad Zəkəriyev tərəfindən də mənə dəfələrlə telefon zəngləri edilib və bu zənglər zamanı məndən məhkəməyə getməməyim, ərizə və şikayətlərimdən geri çəkilməyim təkid olunub. Bu hallar açıq şəkildə məhkəmə prosesinə qanunsuz təsir göstərmək, şahid və zərərçəkmiş qismində olan şəxsə təzyiq etmək və ədalət mühakiməsinə müdaxilə cəhdi kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Qəbələ Rayon İcra Hakimiyyətində baş verib. İ. Əhmədov iddia edib ki, qəbul zamanı icra başçısının müavini Arif Allahverdiyev ilə mübahisə edərkən qarşı tərəf onu boğmağa cəhd edib. Qəbələ Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Əhmədov İqrar Sədr oğlu RİH-nin qəbul otağına gələrək əsassız yerə yüksək səslə rayon icra hakimiyyətinin vəzifəli şəxslərini təhqir edərək, nalayiq ifadələr işlədib. Hadisə müvafiq qaydada aktlaşdırılaraq aiddiyyəti üzrə rayon Polis Şöbəsinə təqdim edilib. Nəticədə İ. Əhmədov 10 sutkalıq inzibati həbs cəzası alıb.

Musavat.com iddialarla bağlı qarşı tərəfin fikrini dərc etməyə hazırdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu - MÜRACİƏT
Bu gün, 07:51
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər – 3 SAATLIQ
Bu gün, 07:35
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
Bu gün, 07:32
Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır - belə deyirlər...
Bu gün, 07:27
Nazirliyin addımı: ət ucuzlaşacaq? - AKTUAL
Bu gün, 07:05
TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? - GƏLİŞMƏ
Bu gün, 07:03
"ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 06:59
ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb - "Associated Press"
Bu gün, 06:57
Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal - FOTO
Bu gün, 06:53
Gəncədə 33 yaşlı kişi bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:50
Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:04
AZERCELL cibə girməyə DAVAM EDİR... - "Nə vaxta kimi belə davam edəcək?"
Bu gün, 05:56
LEOBANK yenə də narazılıq yaratdı... - MÜRACİƏT
Bu gün, 05:41
Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:26
"Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." - GİLEY
Bu gün, 05:23
"Beşiktaş" üçün Bakı da doğma divarlardır... - Elə "Hapoel" üçün də...
Bu gün, 05:11
Bəli, nazir Əmrullayev düz deyir... - AMMA...
Bu gün, 05:05
Hər yanı korrupsiya... EY ANA VƏTƏN! - REPLİKA
Bu gün, 05:00
Ermənilərlə müharibə yox, ticarət olmalıdır... - Bəs siz onların mallarını alarsınızmı?
Bu gün, 04:55
Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... - ÇÜNKİ...
Bu gün, 04:49
"İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." - İlqar Məmmədov
Bu gün, 04:46
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? - REPLİKA
Bu gün, 04:26
"Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." - ÇAĞIRIŞ
Bu gün, 04:20
"Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." - ETİRAF
Bu gün, 04:08
“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Dünən, 18:06
Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Dünən, 17:58
Media hara gedir? – Azər Ayxan yazır
Dünən, 17:51
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:45
Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Dünən, 17:38
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Dünən, 17:36
ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Dünən, 17:31
Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Dünən, 17:26
Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Dünən, 17:20
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Dünən, 17:14
Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Dünən, 17:10
Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Dünən, 17:06
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Dünən, 17:03
Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Dünən, 17:00
“Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Dünən, 16:56
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Dünən, 16:52
Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Dünən, 16:48
Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Dünən, 16:46
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Dünən, 16:26
Anar Əsədli barəsində qərar verilib - MƏHKƏMƏ
Dünən, 16:24
“Kanalizasiya yağış suyunu daşıya bilmir” - Bakıda selin əsas səbəbi açıqlandı
Dünən, 16:22
Moskva ilə İrəvan arasında dərinləşən böhran - “Sən kişisən, yoxsa qadın?”
Dünən, 16:20
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir - DETALLAR...
Dünən, 16:18
“Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” - Levon Köçəryan - erməni mətbuatı
Dünən, 16:16
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Dünən, 16:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru