"Məmmədli kəndində uzun illərdir ki, mövcud olan göllər qanunsuz olaraq torpaqla doldurularaq satılır, bu torpaqların üzərində fərdi yaşayış evləri tikilir..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Göl ərazilərinin qurudularaq satılması ekotarazlığı pozmaqla yanaşı, bu ərazidə inşa edilən evlərin taleyini də sual altında qoyur. Belə ki, göl əraziləri tələm-tələsik doldurularaq inşaat meydançasına çevrildiyi üçün qış aylarında yağan yağışlar bu ərazidəki qurunt sularının yendən üzə çıxmasına səbəb olur. Nəticədə, həmin ərazi yaşayış üçün mümkünsüz hala gəlir.
Məlum tendensiya ilə bağlı narahatlıq doğuran məqamlardan biri də sözügedən prosesin bələdiyə sədri Ceyhun Ələsgərovun bilavasitə xeyir-duası ilə gerçəkləməsiylə bağlıdır. Bələdiyyə sədri Rövşən və Sahib kimi şəxslərin vasitəsi ilə su hövzələrinin doldurulmasını və tikintisini həyata keçirir ki, bu da adıçəkilən şəxslərə böyük pullar qazandırır. İtirən isə təbiət və vətəndaş olur.
Ümid edirik ki, bütün əlaqədar qurumlar, o cümlədn Baş Prokurorluq və DTX bu məsələni araşdıracaq və məlum qanunsuzluqların qarşısını almaq üçün konkret addımlar atacaqlar..."








