" "Siyəzənneft"də işçi qıtlığı olduğu dövrdə işdə olmayıb əli müyyən sahə rəisləri və briqada rəislərinin cibində olan, idarənin gələcəyi veclərinə olmayan, ayın sonunda bankomatın yanında işçi kimi peyda olanların adları var məndə..." "DİA-AZ" xəbər verir ki, bu iddia ilə sözügedən qurumun işçisi Zamiq Əliyev çıxış edib.
"Siyəzənneft" əməkdaşı özünün sosial şəbəkə hesabında daha sonra belə davam edir:
"Kimlərə hansı məbləğdə iş saatı gün yazılır...
Bura qanunları qeyd etməyəcəyəm... ancaq onu qeyd edə bilərəm ki bu məlumatları toplayıb elə burdan idarənin gələcəyi naminə birbaşa DTX-nə - dövlət vəsaitinin qara yollarla israf edildiyi talan edildiyi barədə onun bunun cibinə getdiyi barədə sapı özümüzdən (özü də Zağlı sahəsinin ağaclarının sapından olan) baltalar haqqında şikayət edəcəyəm toplu şəkildə vercəyəm sizi güdaza..."








