İçkiyə pulu olmadı, qonşusunun evini soydu .....                     Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? .....                     Ölkədə orta maaş 1176,7 manatdır .....                     "Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" .....                     Xumar Qədimovanın adından yalan elan yayıldı .....                     Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı .....                     Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? .....                     100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır .....                     "PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi .....                     Pulsuzluq, vaxt azlığı, yoxsa... .....                     "Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" .....                     Azərbaycanda da süni intellekt fermerin yerinə qərar verəcək .....                     “Mabel Matiz atamın mahnısını anonim oxuyub, bu artıq oğurluq sayılır” .....                     Gümrüdəki 102-ci bazanın taleyi: .....                     Dövlət müəssisələrinin 1 milyon manatdan artıq pulunu mənimsəyən şəxslərdən .....                     “Mərcan” brendinin məxsus olduğu şirkətdə .....                     İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin QALMAQALLI İŞLƏRİ .....                     Zaxarovadan Merzə sərt ittiham: .....                     Gəncə Avtomobil Zavodunun rəhbərliyində yeni təyinat .....                     SOCAR-da YENİ KADR TƏYİNATI .....                     Mühacir jurnalistə ağır itki .....                     Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... .....                     “Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı .....                     Azərbaycan polisi Amerika qitəsində böyük əməliyyatlara başlayır .....                     Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     Azərbaycanlı dənizçi ittihamları RƏDD ETDİ: Finlandiyada kabel QALMAQALI .....                     Yağış sahibkarın nə qədər pulunu “yuyub”? .....                     Bağçaya növbəyə yazılma prosesinə başlanılır .....                     NDU-dan məzun olan türkiyəlilərə ölkələrində ETİMAD GÖSTƏRİLMİR .....                     Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib .....                     Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər .....                     “Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...” .....                     Kirayə qaldığı evdə otaq yoldaşına 16 bıçaq zərbəsi endirdi .....                     Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil .....                     "Paşinyan qorxduğu üçün..." .....                     Qriqoryan Rusiyaya səfir getməkdən imtina etdi .....                     Anar Bayramov direktor müavinini işdən çıxardı .....                     “Suraxanı Avtomotoservis” şirkətinin ötən il gəlirləri azalıb .....                     Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi .....                 

Goranboyun büdcəsinin “ORTAĞI”: “Star Təmir Construction”... – 20 manatlıq şirkətə axıdılan milyonlar…
Tarix: 22-12-2025, 12:12 | Çap et

Goranboy Rayon İcra Hakimiyyəti və onun Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bu il abadlıq, əsaslı təmir və yol işləri adı altında eyni şirkətlə – Zaur Marif oğlu Əsgərova məxsus “STAR TƏMİR CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yüz minlərlə manatlıq müqavilələr imzalayıb. Rəsmi məlumatlara görə, bu MMC-nin nizamnamə kapitalı cəmi 20 manat olduğu halda, ona həvalə olunan dövlət sifarişlərinin ümumi məbləği bir neçə milyon manata yaxınlaşır. Bu fakt özü-özlüyündə həm satınalma proseslərinin şəffaflığı, həm də icra olunan işlərin real dəyəri ilə bağlı ciddi suallar doğurur.

Təkcə Goranboy rayonu üzrə rəqəmlərə baxanda mənzərə daha aydın görünür. 12 noyabr 2025-ci il tarixində Goranboy Rayon İcra Hakimiyyəti Goranboy şəhərində abadlıq işlərinin satın alınması üçün “STAR TƏMİR CONSTRUCTION” MMC ilə 182.834,04 AZN məbləğində müqavilə bağlayıb. Bundan cəmi bir neçə gün öncə 4 noyabr 2025-ci ildə isə Goranboy RİH başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi eyni təyinatlı Goranboy şəhərində abadlıq işləri üçün eyni şirkətlə 294.792,16 AZN dəyərində daha bir müqavilə imzalayıb. Yəni, qısa zaman kəsiyində eyni profilli işlər üzrə eyni şirkətə ümumilikdə 477 min manatdan artıq (daha dəqiq: 477.626,20 AZN) sifariş verilib.

Bu məbləğlərə əlavə olaraq, 10 oktyabr 2025-ci ildə Goranboy şəhəri S.Vurğun küçəsi 15 və 17 ünvanlarında yerləşən çoxmənzilli yaşayış binalarının əsaslı təmiri üçün yenə “STAR TƏMİR CONSTRUCTION” MMC ilə 155.780,95 AZN məbləğində müqavilə bağlanıb. Bundan əvvəl, 22 avqust 2025-ci ildə Goranboy şəhərində yolların əsaslı təmiri üçün eyni şirkətə 485.332,97 AZN həcmində daha bir iri sifariş verilib. Beləliklə, yalnız 2025-ci il ərzində Goranboy şəhərində abadlıq, bina təmiri və yol işləri adı ilə “STAR TƏMİR CONSTRUCTION” MMC-yə yönləndirilmiş məbləğ təxminən 1.118.940,12 AZN təşkil edir. Bu rəqəm cəmi 20 manat nizamnamə kapitalı olan bir şirkət üçün qeyri-adi, hətta absurda çatan disbalansı ortaya çıxarır.

Bu sxemə nəzər salanda bir neçə məqam xüsusi diqqət çəkir. Birincisi, müxtəlif təyinatlı iri həcmli işlərin həm ümumi abadlıq, həm çoxmənzilli binaların əsaslı təmiri, həm də yolların bərpası kimi fərqli infrastruktura aid layihələrin sistemli şəkildə eyni MMC-yə verilməsi rəqabətin real olub-olmadığı barədə şübhələr yaradır.

İkincisi, dövlət satınalmalarında iştirak edən şirkətin maliyyə, texniki və kadr potensialının belə nəhəng sifarişləri icra etməyə yetərli olub-olmaması sual altındadır: nizamnamə kapitalı cəmi 20 manat olan bir şirkət necə olur ki, bir rayonda bir ilin içində 1,1 milyon manatdan çox dəyəri olan müqavilələrin əsas benefisiarına çevrilir?

Rəqəmlərin ardıcıllığı da maraqlıdır: əvvəlcə yolların əsaslı təmiri üçün 485.332,97 AZN, ardınca binaların əsaslı təmiri üçün 155.780,95 AZN, sonra isə ümumi abadlıq işləri üçün biri 294.792,16 AZN, digəri 182.834,04 AZN olmaqla iki ayrıca müqavilə. Görünən odur ki, Goranboy şəhərinin faktiki olaraq bütün iri təmir-abadlıq spektri yollar, binalar, ümumi abadlıq demək olar ki, bir şirkətin əlində cəmlənib. Bu cür konsentrasiya həm də korrupsiya riskini artıran amillərdən hesab olunur: tender şərtlərinin “şirkətə uyğun” tərtib edilməsi, formal rəqabət, yaxud ümumiyyətlə rəqibsiz prosedurlar ehtimalı istisna edilmir.

Hüquqi baxımdan bu məlumatlar özlüyündə birbaşa qanun pozuntusunu sübut etmir. Lakin açıq rəqəmlərin müqayisəsi göstərir ki, Goranboy Rayon İcra Hakimiyyəti və onun şəhər üzrə nümayəndəliyi büdcə vəsaitlərinin xeyli hissəsini çox aşağı kapitala malik bir şirkət vasitəsilə yönləndirir.

Bu isə həm ictimai nəzarət, həm də müvafiq dövlət qurumları üçün yoxlanmalı mövzuya çevrilir: işlər həqiqətən göstərilən məbləğlərə uyğun keyfiyyətdə və həcmdə görülübmü, satınalma prosedurları qanunun tələblərinə tam uyğun təşkil olunubmu, eyni şirkətin ardıcıl qalib gəlməsinin məntiqi, obyektiv izahı varmı?

Təbii ki, rayon icra hakimiyyəti bir ildəki bütün karlı tenderləri bir şirkətə verirsə, bundan icra başçısının xəbərsiz olması mümkünsüzdür. Elə bu səbəbdəndir ki, Məhərrəm Quliyevin adı son vaxtlar DTX-nin “qonaq gedəcəyi” icra başçıları arasında hallanır.

Rayonda illərlə eyni şirkətin nizamnamə kapitalı 20 manat olan “kağız MMC-lərin” yüz minlərlə manatlıq dövlət sifarişi alması, amma əvəzində rayonun özündə ciddi dəyişiklik hiss olunmaması artıq təsadüf yox, idarəetmə modelidir. Bu modelin adı sadə dildə belədir: büdcə pulları “abadlıq”, “təmir”, “yol çəkilişi” adı ilə kağız üzərində xərclənir, faktiki isə rayon sakinləri kasad infrastruktur, bərbad yollar, işsiz gənclik və perspektivsiz həyatla baş-başa qoyulur.

Belə bir şəraitdə icra başçısının “mən bilmirəm”, “mənim xəbərim yoxdur” demək lüksü yoxdur. Əgər bilirsə və susursa bu, iştirakçılıq deməkdir. Bilmirsə bu, səriştəsizlik və vəzifəyə yararsızlıqdır. Hər iki halda Məhərrəm Quliyev üçün nəticə eynidir: Goranboyun bu gün düşdüyü duruma görə birbaşa cavabdeh odur.

Nəticə çox sadədir: Goranboyun küçəsində, məktəbində, xəstəxanasında, parkında görünməyən hər qəpik kağız üzərində bağlanmış həmin tenderlərin kölgəsində itib-batan pullardır. Və bu kölgənin arxasında duran əsas şəxs isə Məhərrəm Quliyevdir.

yenicag.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Bu gün, 13:14
Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Bu gün, 13:11
Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Bu gün, 13:09
"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Bu gün, 13:01
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Bu gün, 12:59
Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Bu gün, 12:57
Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Bu gün, 12:53
100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Bu gün, 12:41
"PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Bu gün, 12:40
Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Bu gün, 12:33
"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Bu gün, 12:23
Azərbaycanda da süni intellekt fermerin yerinə qərar verəcək - EKSPERTDƏN IZAH
Bu gün, 12:22
“Mabel Matiz atamın mahnısını anonim oxuyub, bu artıq oğurluq sayılır” - Habil Əliyevin qızından AÇIQLAMA
Bu gün, 12:17
Gümrüdəki 102-ci bazanın taleyi: - həll olunmamış tənlik
Bu gün, 12:14
Dövlət müəssisələrinin 1 milyon manatdan artıq pulunu mənimsəyən şəxslərdən XƏBƏR VAR
Bu gün, 12:10
“Mərcan” brendinin məxsus olduğu şirkətdə YENİ BİRLƏŞMƏ
Bu gün, 12:08
İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin QALMAQALLI İŞLƏRİ - TƏFƏRRÜAT
Bu gün, 12:01
Zaxarovadan Merzə sərt ittiham: - Kölədir...
Bu gün, 11:58
Gəncə Avtomobil Zavodunun rəhbərliyində yeni təyinat - ƏMR
Bu gün, 11:46
SOCAR-da YENİ KADR TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 11:44
Mühacir jurnalistə ağır itki
Bu gün, 11:42
Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... - Burda su yerinə SUALLAR AXIR...
Bu gün, 11:35
“Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı – 10,4 milyonluq SİYAHI
Bu gün, 11:26
Azərbaycan polisi Amerika qitəsində böyük əməliyyatlara başlayır - Narkotrafik və kiberşəbəkələrə qarşı QLOBAL İTTİFAQ
Bu gün, 11:21
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb
Bu gün, 11:17
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 11:11
Azərbaycanlı dənizçi ittihamları RƏDD ETDİ: Finlandiyada kabel QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Yağış sahibkarın nə qədər pulunu “yuyub”? - ARAŞDIRMA
Bu gün, 10:43
Bağçaya növbəyə yazılma prosesinə başlanılır - DİQQƏT
Bu gün, 10:39
NDU-dan məzun olan türkiyəlilərə ölkələrində ETİMAD GÖSTƏRİLMİR - “Naxçıvanda diplomu rüşvətlə almısan”
Bu gün, 10:37
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 10:29
Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər - NARAZILIQ VAR...
Bu gün, 10:26
“Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...” - Əməkdar artistdən kövrək AÇIQLAMA
Bu gün, 10:11
Kirayə qaldığı evdə otaq yoldaşına 16 bıçaq zərbəsi endirdi – MƏHKƏMƏ
Bu gün, 10:08
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
Bu gün, 10:06
"Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama
Bu gün, 10:01
Qriqoryan Rusiyaya səfir getməkdən imtina etdi - “Joqovurd”
Bu gün, 09:58
Anar Bayramov direktor müavinini işdən çıxardı - ƏMR
Bu gün, 09:55
“Suraxanı Avtomotoservis” şirkətinin ötən il gəlirləri azalıb
Bu gün, 09:54
Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi - TƏFƏRRÜAT
Bu gün, 09:50
Bağban olub, qəzet paylayıb - “Sabah”ın məşqçisinin inanılmaz həyat hekayəsi
Bu gün, 09:44
Azərbaycanda buğda bahalaşacaq? - Rusiyanın yeni rüsum oyunu
Bu gün, 09:35
Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
Bu gün, 09:32
Paşinyanın Orta Asiya ölkələrini TRİPP-ə cəlb etməkdə məqsədi nədir? - İNCƏLƏMƏ
Bu gün, 09:31
Paşinyan Fransaya səfərə yola düşüb
Bu gün, 09:26
Tramp 9-10 sentyabr tarixlərində Respublikaçıların qurultayında çıxış edəcək
Bu gün, 08:59
Putin kifayət qədər güzəştə gedə bilər
Bu gün, 08:30
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
Bu gün, 08:28
Müğənni kiçik oğlunu xaricə yolladı
Bu gün, 08:20
Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var - NƏ BAŞ VERİR?
Bu gün, 08:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru