"Naxçıvan Mədəniyyət Nazirliyində aparılan struktur dəyişikliyi və tender prosesləri ilə bağlı ciddi narazılıqlar var. İddialara görə, nazir səlahiyyətlərini icra edən Həsən Seyidov və aparat rəhbəri Kamandar Ələkbərov dövründə tenderlərdə yeyinti və alver halları müşahidə olunur..." "DİA-AZ" xəbər verir ki, bu barəıdə redaksiyamıza göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra deyilir: "Bildirilir ki, struktur dəyişikliyi zamanı işçilərin maaşlarından qanunsuz kəsintilər edilib, pul müqabilində kənar şəxslər vəzifələrə gətirilib, peşəkar və işini bilən kadrlar isə müddətli müqaviləyə keçirilib. Eyni zamanda, Kamandar Ələkbərovun həyat yoldaşının heç bir iş bacarığı olmadığı halda vəzifədə saxlanıldığı iddia olunur.
Bundan başqa, rəhbərliklə razılaşmayan işçilərin işdən çıxarılmaqla hədələndiyi, bəzilərinin isə təzyiq və qorxu yolu ilə müqavilələrə imza atmağa məcbur edildiyi bildirilir. Uzun illər çalışan əməkdaşların ucqar ərazilərə göndərilməsi də narazılığı daha da artırır..."
DAVAMI OLACAQ...








