Kanalımıza müraciət edən Həsən Həsənov deyir ki, neft-qaz sektorunun işçisi olub. Şikayətçi qeyd edir ki, 2018-nci ildə qanunsuz olaraq onu işdən azad ediblər. Vətəndaş bildirir ki, səhhətində ciddi problemlər yarandığı üçün işlədiyi müəssədən bülleten alaraq Cəlilabad rayonunda xəstəxanaya yerləşib.
Həsənov iddia edir ki, idarə rəisi Zaur Bağırov haqqını tələb etdiyi üçün, o xəstəxanada olanda qərəzli şəkildə onu qanunsuz olaraq işdən azad edib. Vətəndaş deyir ki, idarə rəisi onunla eyni müəssisədə təmizlikçi işləyən həyat yoldaşını da səbəbsiz yerə işdən çıxarıb.
Evsiz, işsiz çətin vəziyyətdə qaldığını bildirən Həsənov aidiyyatı qurumlardan onun səsinə səs vermələrini xahiş edir.
Kanal 13
Daha ətraflı aşağıdakı VİDEODA:








