Narazı vətəndaş yazır: "Bu qədər pul xərcləməyimə baxmayaraq, amma bu günə qədər bir dəfə olsun heç nə qazanmamışam. 
Hər dəfə düşünürəm ki, bəlkə bu dəfə nəsə çıxar, amma yenə eyni nəticə — sıfır.
Adamı ümidləndirib sonra da heç nə verməmək, sadəcə insanların etibarından sui-istifadə etməkdir. Biz pul veririk, amma real olaraq soyuluruq. Mənim kimi nə qədər xəstə var və evinin ruzisini bunlara yedirir. Nə özüm, nə tanışlar, nə də ətrafda bir nəfər belə “mən udmuşam” deyə bilən yoxdur.
Bu şans oyunlarının hamısı bir-birinə oxşayır — reklam çox, nəticə isə yox.
Reklamlarına artıq inanmıram Sadəcə boş vədlər, göz boyamaq… Mənim üçün bu işin adına yalnız bir söz yaraşır: məyusedici və etibarsız.
Amma artıq gecdir. Çünki bu yolda külli miqdarda pulum gedib. İnanmayacaqsınız... Bir il ərzində 40 min manata yaxın pul xərcləmişəm "Azərlotoreya"a... Onun yarısı borcumdur indi... amma yenə də əl çəkə bilmirəm. Kimsə bu işi durdurmalıdır. Mənim kimi nə qədər insan var bu ölkədə. Bəlkə də ən yaxşı durumda olanı, ən az borcu olanı mənəm..."








