Təsərrüfatına gələn işıq qanunsuz kəsildiyi üçün Naxçıvandan olan sahibkar Nazim Qəribovun tonlarla balığı bir neçə saatda boğularaq ölüb. Onun sözlərinə görə, bununla ona 70-80 min manat ziyan dəyib. Halbuki işığa olan borcu cəmi min manat olub.
Sahibkar deyir ki, Azərişıq əməkdaşları borcu ödəmək üçün ona bir gün də möhlət vermək istəməyiblər. Balıqlar hovuzlara motorla vurulan oksigenin kəsilməsi nəticəsində tələf olublar.
"Gündəlik Naxçıvan"
Daha ətraflı aşağıdakı VİDEODA:








