" "Leobank"ın işləyən vaxtı olacaq?.." "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Yusif Xan
adlı istifadəçi qeyd edir. Narazı vətəndaş daha sonra bunları yazır:
"Gün ərzində neçə dəfə xəta baş verir tətbiqə girəndə.... Pulköçürmə edə bilmirəm...
Son vaxtlar lap bərbad olub. Ümumiyyətlə, sizin proqram tərtibatçılırınız nə işə yarayır?
Hər dəfə şikayət, nəticə də yoxdur..."
Qeyd edək ki, müştəriləri son günlər "Leobank"ın tətbiqində yaranmış problemdən daha çox gileylənirlər. Hətta onlardan biri iddia edir ki, taksiyə minib, mənzil başına çatsa da, sürücüyə ödəməyə pulu və imkanı olmayıb. Pulu nəğd olmadığından və eyni zamanda müştərisi olduğu "Leobank"ın tətbiqi işləmədiyindən sürücü ilə problem yaşayıb.
"DİA-AZ" əlavə edir ki, problemin iki həftəyə yaxındır yaşandığı deyilir...