"Kapital Bank" yenə də müştərilərini heyrətləndirir. Özünün növbəti pulqoartma üsulu ilə... təbii ki...
"DİA-AZ" xəbər verir ki, "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında təqdim olunan vətəndaş müraciəti də bu qəbildəndir.
Narazı vətəndaş yuxarıdakı fotonu təqdim edərək, sual edir:
" "Birbank" kredit kartından bele bir çıxılmalar oldu. Bu çıxılmalar qanunidirmi?"
Qeyd edək ki, bu məsələyə digər sosial şəbəkə istifadəçiləri də maraqlı reaksiya verib.
Onlardan birinin şərhi isə diqqətçəkici olub:
"Deməli, kartı dələduzlara qarşı sığorta etməsək, "Kapital Bank" bütün kart məlumatlarını dələduzlarla paylasacaq, eləmi?"