"Mən 07.08.2025-il tarixində Gənclikdə yerləşən “Ak store” mağazasından “Just Cavalli” markalı qol saatı satın almışam. Saat üçün mənə 2 illik qarantiya kartı təqdim olunub". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Gulnar Hesenova adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Lakin qısa müddət ərzində saatın rəngi getmişdir. Qarantiya müddəti qüvvədə olduğu halda mağazaya müraciət etmişəm.
Mağaza sahibi isə məhsulun dəyişdirilməsindən və ya təmirindən imtina etmiş, hətta mənə “get hara istəyirsən şikayət elə” deyərək məsələni həll etməkdən yayınmışdır".
"DİA-AZ" bildirir ki, müraciətinin sonunda narazı müştəri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə xitab edərək duruma müdaxilə tələb edir.