SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsində maraqlı olay yaşanıb. "DİA-AZ" xəbər verir ki, bu barədə məlumat paylaşan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı işçilərdən birinə istinadla belə bildirib:
"Belə ki, Lənkəran RQİİ-nin Biləsuvar xidməti Sahəsinin Qəza dispetçer xidmətinin rəisi vəzifəsinə əks istiqamət üzrə imtahan vermiş (kommersiya-satış istiqaməti) şəxs gətirilib.
Əsaslandırma da belə olub ki, Kompyuteri bilmir, "Azəriqaz"ın bəzi qaza aid olan proqramlarından başı çıxmır. Buna görə də həmin şəxs kommersiyada çalışa bilməz...."
"DİA-AZ" qeyd edir ki, eyni zamanda olayı şərh edən NHMT sədri bu təyinatla bağlı bunları deyib: "Aydındır... çalışa bilməz... Bacarıqsızdır! Digər ştata keçirilərdi də o zaman... daha rəis niyə təyin olunurdu ki?"