Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə ilginc bir faktı ictimailəşdirib. "DİA-AZ" xəbər verir ki, NHMT sədri "Azəriqaz" İstehsalat Birliyi çalışanlarından birinin gileyini ictimailəşdirib. M.Qəhrəmanlının istinadla təqdim etdiyi müraciətdə deyilir:
"Azəriqaz İB Lənkəran Regional Qaz İstismar İdarəsinin baş mühəndisi 104 xidmətinə gələn sifarişləri 40 dəqiqə müddətində yerinə yetirməyən çilingərləri cəzalandırmağa başlayıb,
İşçi yazır ki, bəzən sifarişin biri 50 km, digəri başqa səmtdə 40 km məsafədə olduğu halda bunu 40 dəqiqə, yaxud bir saata on sifariş gələrsə, bunu 40 dəqiqə ərzində necə həll etmək olar?"
Qeyd edək ki, NHMT sədri bu gileyi ironik şəkildə şərh də edib: "Əgər yazılanlar həqiqətdirsə, bəlkə cənab baş mühəndis işçidən skuterdən istifadə etməyi tələb etsin?
"

***
"DİA-AZ" bildirir ki, M.Qəhrəmanlı eyni zamanda barəsində danışılan Lənkəran Regional Qaz İstismar İdarəsi ilə bağlı bir işçi sualını da açıqlayıb.
Açıqlamada deyilir:
"Sualımız Azəriqaz İB Lənkəran RQİİ-yə yeni təyin olunan rəisədir: Lənkəran RQİİ-də yeni ştat cədvəlində Rejimlərə nəzarət və dispetçer şöbəsində 2 mühəndis və 1 rəis ştatı mövcuddur. Belə olan halda bu ştat vahidlərini doldurmaqdan ötrü hal hazırkı strukturda Rejimlərə nəzarət şöbəsində olan 4 mühəndis imtahan verməli idi. Bu halda nəyə görə 3 yerə 4 hal hazırda işləyən mühəndislər və bir mühəndis də digər şöbədən ora imtahan verir? Digər şöbədən gizlin şəkildə imtahana salınmış mühəndisi yəqin ki Rəis verilməsini düşünürsünüz?"
***
Hər iki məsələ diqqətimizdədir...