Uşaq bağçasında BÖYÜKLƏR HOQQA VERİR .....                     Bakı nefti 100 dolları keçdi, amma bazar aşağı baxır .....                     BTQ Korsika Assambleyasının qondarma "Artsax"la bağlı qanunvericilik təşəbbüsünü pisləyib .....                     Lerik rayon Dövlət Arxivinin eks-müdiri azadlığa buraxıldı .....                     Qorxu yaradırdınız: 300 min azərbaycanlı gəlir .....                     ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib .....                     "Mən nə millət vəkiliyəm, nə nazir, nə də hansısa dövlət qurumunun rəhbəri..." .....                     AzəriQaz-da KORRUPSİYA BUMU... .....                     PKK Türkiyə cəbhəsindən çəkilib İran sərhədlərinə toplandı .....                     İspaniya Avropa Birliyindən qovulur? .....                     "Məni hansı hüquqi əsasla bloklamısınız?" .....                     AzəriQaz-da hesab-kitabı da bilmirlər? .....                     Gürcüstanda ali təhsil pulsuz olacaq... BİZDƏ İSƏ... .....                     "Hökumətdə iqtisadi mövzulara hərtərəfli baxış niyə zəifdir?" .....                     Qusarda sağ qalmaq üçün... .....                     "Pulunuz yoxdursa su üzünə həsrət qalmalısınız..." .....                     Kartdan karta köçürməyə QADAĞA: Məmur korrupsiyası... .....                     10 il gizləndi, ancaq bu səhv onu ələ verdi .....                     Azərbaycan ət niyə bahalaşır? .....                     Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL .....                     "Bir meymun var idi, konsertdə qəfəsin ağzını açıb tutuquşunu uçurtdu" .....                     "Brent" markalı neftin qiyməti 82 dollardan aşağı düşüb .....                     İranla danışıqlar bu gün bərpa olunacaq .....                     Günün günorta çağı QARƏT... .....                     Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb .....                     Suriya İraqa xəbərdarlıq etdi: .....                     Bu ölkə bizə Qara dənizdə kömək edə bilər .....                     Müharibə Azərbaycan sərhədlərinə yaxınlaşır? .....                     AzəriQaz-da ABSURD BÜROKRATİYA... .....                     Vətəndə qəriblik... .....                     Gedişhaqqı artırılır? .....                     "Bu savadsız qarını hardan tapdınız?" .....                     Bayram Məmmədovun qardaşı tərəfindən qətlə yetirilən anasının .....                     Qızıl alıb-satmaqla qeyri-neft-qaz ixracının payı artır: İrəli getmək üçün geri addım atmaq .....                     "Biri sözümüzü ucaltdı, digəri səsi ilə milli ruhumuzu yaşatdı" .....                     Bakıda 14 yaşlı qızın uşaq dünyaya gətirməsinə görə .....                     Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi .....                     Rusiyada səfərbərlik vahiməsi .....                     Sabirabad Olimpiya İdman Kompleksinin dövlətə vergi borcu üzə çıxdı .....                     Hörmüz boğazında Qətərdən maye qaz daşıyan tanker mərmi zərbəsinə məruz qalıb .....                 

Bakı aeroportunda GÖMRÜK MƏNGƏNƏSİ... - AXI NİYƏ?..
Tarix: 8-05-2025, 10:17 | Çap et
Bakı aeroportunda GÖMRÜK MƏNGƏNƏSİ...
İqtisadçı ekspert Natiq Cəfərli “Teleqraf” İnformasiya Agentliyinin suallarını cavablandırıb. "DİA-AZ" həmin müsahibəni təqdim edir:

- Bakı aeroportunda Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının ölkəyə gələn insanlarla nəzakətsiz rəftarı, kütləvi yoxlanışlar, bəzən çamadanlardan şəxsi əşyaların, çirkli paltarların yerə boşaldılması halları müşahidə olunur. İnsanlar çamadanlarının, əl baqajlarının yoxlanılmasından əlavə, üstlərində olan geyim, aksessuar və zinət əşyalarının yeni olub-olmaması ilə bağlı sorğu-sual edilmələrindən narazılıq edirlər. Sizcə, bu, nə qədər etik və qanunidir?

- Bakı aeroportuna gələn insan başqa hava limanında yoxlanışdan keçərək təyyarəyə minir. Yəni baqajlarda hansısa qeyri-qanuni əşyanın olması öncədən təsbit oluna bilər. Azərbaycanın Dövlət Gömrük Komitəsi ona istinad edə bilər ki, hər ölkədə qaydalar fərqlidir. Məsələn, indi vətəndaşlarımıza bir telefon gətirməyə icazə verilir. İkinci telefon artıq gömrük rüsumuna cəlb olunur. Amma hamını yoxlamaqdansa, yalnız şübhə yaradan insanların baqajları və əl çantaları yoxlanılsa, məncə, daha məntiqli olar. Dünyada da belə praktika var. Kimsə özünü şübhəli apararsa və ya əvvəllər adı hansısa siyahılarda olubsa, həmin şəxslərin yoxlanılması normaldır. Əslində müvafiq dövlət qurumlarında problemli insanlarla bağlı siyahı var. Onların ciddi yoxlanılmasını, çamadanlarının boşaldılmasını, üstlərində olan geyim və bahalı aksessuarların təzə olub-olmadığının soruşulmasını anlamaq olar. Amma bunu kütləviləşdirmək olmaz. Səlahiyyətlərdən sui-istifadə yolverilməzdir. Aeroporta gələn hər kəsə ucdantutma “şübhəli şəxs” kimi yanaşmaq olmaz.

- Əksər hallarda belə yoxlamaların nəticəsi olaraq gömrük işçilərinin “axtardıqları” tapılmır. Vətəndaş təhqir olunmuş, incidilmiş ovqatla aeroportu tərk edir. Belə vəziyyətdə vətəndaşın hüquqları nədən ibarətdir?

- Əgər aeroportda hansısa əməkdaş insanlara qarşı qeyri-etik, qeyri-qanuni hərəkətlər edirsə, buna qarşı tədbirlər görülməlidir. Vətəndaşın da ixtiyarı var ki, bununla bağlı foto-video görüntüləri qeydə alsın və əlaqədar orqanlara şikayət etsin.

- Sizcə, şikayətlərə obyektiv baxılacaqmı?

- Burada problem sırf inzibati qaydalarla bağlıdır. Əgər vətəndaş gömrük orqanlarından şikayət edirsə, həmin şikayət Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə göndərilir. Faktiki olaraq qurumun özündən özünə şikayət olunur. Bu da doğru yanaşma deyil. Ən azından burada koorporativ maraqlar var. Gömrük işçiləri həmkar olaraq bir-birini dəstəkləyirlər. Beləliklə, bu cür şikayətlərin müsbət nəticəsi olmur.

- Bəs sizcə, çıxış yolu nədən ibarətdir?

- Burada tək şikayətlə deyil, vətəndaş məmnuniyyətini önə çəkməklə problemi həll etmək olar. Heç kim demir ki, aeroportda gömrük işçiləri və digər müvafiq orqanların əməkdaşları öz səlahiyyətlərini yerinə yetirməsin. Amma səlahiyyəti yerinə yetirərkən insanlara qarşı daha həssas, nəzakətli və mədəni davranmaq olar. Heç nə tapılmadıqda vətəndaşın vaxtının alındığına görə ondan üzr istəmək, nəzakətli davranış nümayiş etdirmək daha məqbuldur.

- Belə qurumlarda işləyən məmurlar hansı kriteryalarla işə götürülməlidir?

- Onlar ilk növbədə anlamalıdırlar ki, vətəndaşların ödədiyi vergi əsasında maaş alırlar. Ən azı vətəndaşın, yəni vergi ödəyicisinin qarşısında məsuliyyətlərinin olduğunu dərk etməlidirlər. Bunu dərk etsələr, belə hallar ortaya çıxmaz. Mən özüm də aeroportda bu cür halların şahidi olmuşam. Elə olub ki, qadını qucağında körpə uşağı ilə saxlayıb “əl baqajını yoxalayacayıq” deyə tələblər irəli sürüblər. Biz demirik ki, bu olmamalıdır. Amma bunu etməyin mədəni üsulları da var. Dövlət qurumlarının əməkdaşları insanları qıcıq edəcək davranışlardan, addımlardan çəkinməlidirlər.

- Son vaxtlar hətta hava limanını tərk edərək dayanacağa qədər getmiş adamları çöldə dayanmış gömrük əməkdaşları tutub geri qaytarırlar ki, sizi yoxlamaq istəyirik...

- Bu, həmin qurumların əməkdaşlarının öz işlərini yarımçıq görmələrindən qaynaqlanır. İş vətəndaş məmnuniyyəti nəzərə alınmaqla, görülməlidir. Hansısa bir şübhə, əməliyyat məlumatı, bir insanın eyni reyslə tez-tez gedib-gəlməsi diqqət çəkə bilər. Amma bunun daxili qanunvericilik çərçivəsində yoxlanılması və həyata keçirilməsi də mümkündür.

- Necə düşünürsünüz, bu vəziyyət ölkəyə turist axınına mənfi təsir edə bilər?

- Sözsüz ki, hər bir ölkənin imici ora gedən-gələn insanların söylədikləri əsasında formalaşır. TV və internet məkanında yayılanlardan əlavə, ağızdan-ağıza ötürülən, dostdan-dosta deyilən fikirlər insanların psixologiyasına daha çox təsir edir. Bir ölkə haqqında bir insanın yaxın çevrəsinin dediyi söz onun yaddaşına həkk olunur.

Azərbaycanın turist ölkəsi olmasını, daha çox turist cəlb etməsini istəyiriksə, bu cür neqativ hallar birmənalı aradan qaldırılmalıdır. Çünki bu turist axınına mənfi təsir göstərir. Təbii ki, aeroport əməkdaşlarının kobud və qanundan kənar davranışları tez-tez təkararlanacaqsa, sistemli hal alacaqsa, bu, tədricən turist axınına təsir edəcək. Ona görə də problem indi təsbit edilib aradan qaldırılmalıdır.

- Bir maraqlı məqam: sosial şəbəkələr “buyer” səhifələri ilə doludur. Müştərilərə brend markaların məhsulları (mağaza çeki, etiket və s. üzərində olmaqla) təklif olunur. Və o mallar ölkəyə əsasən hava limanından daxil olur. Necə olur ki, həmin buyerlər və ya alverçilər rahat şəkildə öz baqajlarını aeroportdan çıxara bilirlər, amma sadə vətəndaşlar saxlanılır və onlarla xoşagəlməz formada rəftar edilir?

- Yəqin ki, burada hansısa koorporativ maraqlar var və bu, istisna olunmur. Bu, necə baş verir, təbii ki, dəqiq bilinmir. Amma bir daha deyirəm ki, bir nömrəli amil burada insan məmnuniyyətidir. İnsanla rəftar həmin qurumun və ölkənin imicinə təsir göstərən amillərdəndir.

- Bəs mövcud vəziyyəti düzəltmək üçün hansı tədbirlər görülə bilər? Müvafiq qanunlarda hansı yeniliklər, əlavə və düzəlişlər edilə bilər?

- Bu, məmurların davranışlarına aid məsələdir. Yaxşı olardı ki, onlarla treninqlər keçirsinlər. İnsanlarla ünsiyyət qurmaq bacarıqlarını təkmilləşdirmək üçün müəyyən mütəxəssislərdən təlimlər almaq olar. Hansısa məmurun davranışında nöqsan varsa, qarşısı alınmalı, müəyyən cəzalandırma mexanizmi olmalıdır. Bunu daxili audit vasitəsi ilə həyata keçirmək mümkündür və ayrıca qanunun və ya əsasnamənin qəbuluna ehtiyac yoxdur. Mövcud qanunvericilik kifayət qədər normaldır və beynəlxalq standartlara uyğundur. Sadəcə, Gömrük Komitəsindəki üst qurumlar bu məsələlərə ciddi nəzarət etməlidirlər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uşaq bağçasında BÖYÜKLƏR HOQQA VERİR - İTTİHAM VAR...
Bu gün, 10:21
Bakı nefti 100 dolları keçdi, amma bazar aşağı baxır – ABŞ–İran danışıqları qiymətləri BELƏ DƏYİŞƏCƏK
Bu gün, 10:16
BTQ Korsika Assambleyasının qondarma "Artsax"la bağlı qanunvericilik təşəbbüsünü pisləyib - BƏYANAT
Bu gün, 10:14
Lerik rayon Dövlət Arxivinin eks-müdiri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 08:24
Qorxu yaradırdınız: 300 min azərbaycanlı gəlir – Sona Qazaryan
Bu gün, 08:18
ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib - Tramp belə deyir...
Bu gün, 08:16
"Mən nə millət vəkiliyəm, nə nazir, nə də hansısa dövlət qurumunun rəhbəri..." - REPLİKA
Bu gün, 08:03
AzəriQaz-da KORRUPSİYA BUMU... - vətəndaşın canı ilə risqə gedirlər...
Bu gün, 07:59
PKK Türkiyə cəbhəsindən çəkilib İran sərhədlərinə toplandı - NƏ BAŞ VERİR?
Bu gün, 07:46
İspaniya Avropa Birliyindən qovulur? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:43
"Məni hansı hüquqi əsasla bloklamısınız?" - GİLEY
Bu gün, 07:41
AzəriQaz-da hesab-kitabı da bilmirlər? - GİLEY
Bu gün, 07:30
Gürcüstanda ali təhsil pulsuz olacaq... BİZDƏ İSƏ... - AXI NİYƏ?..
Bu gün, 07:21
"Hökumətdə iqtisadi mövzulara hərtərəfli baxış niyə zəifdir?" - ETİRAZ VAR!
Bu gün, 07:18
Qusarda sağ qalmaq üçün... - GƏRƏK YUXARIDA TANISIN OLA...
Bu gün, 07:10
"Pulunuz yoxdursa su üzünə həsrət qalmalısınız..." - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Kartdan karta köçürməyə QADAĞA: Məmur korrupsiyası... - BUNA GÖRƏ İMİŞ...
Bu gün, 06:51
10 il gizləndi, ancaq bu səhv onu ələ verdi – Ərdoğana sui-qəsd qrupunun son üzvü belə yaxalandı
Bu gün, 06:41
Azərbaycan ət niyə bahalaşır? - Deputat səbəbləri AÇIQLADI
Bu gün, 06:21
Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL - Narazı qalan türkiyəli qonaq çağırış etdi
Bu gün, 06:15
"Bir meymun var idi, konsertdə qəfəsin ağzını açıb tutuquşunu uçurtdu"
Bu gün, 06:10
"Brent" markalı neftin qiyməti 82 dollardan aşağı düşüb
Bu gün, 06:08
İranla danışıqlar bu gün bərpa olunacaq - Tramp belə deyir...
Bu gün, 06:05
Günün günorta çağı QARƏT... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 08:36
Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb - "Truth Social"
Dünən, 08:26
Suriya İraqa xəbərdarlıq etdi: - Hücum cavabsız qalmayacaq
Dünən, 08:24
Bu ölkə bizə Qara dənizdə kömək edə bilər - Zelenski
Dünən, 08:22
Müharibə Azərbaycan sərhədlərinə yaxınlaşır? – Tehran narahatdır…
Dünən, 08:21
AzəriQaz-da ABSURD BÜROKRATİYA... - Nəticədə vətəndaş yenə eyni sualı verir...
Dünən, 07:20
Vətəndə qəriblik... - Təbrizsiz elə hey belədir...
Dünən, 07:11
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Dünən, 07:06
"Bu savadsız qarını hardan tapdınız?" - ETİRAZ
Dünən, 07:04
Bayram Məmmədovun qardaşı tərəfindən qətlə yetirilən anasının - FOTOSU
Dünən, 06:50
Qızıl alıb-satmaqla qeyri-neft-qaz ixracının payı artır: İrəli getmək üçün geri addım atmaq - AKTUAL
Dünən, 06:48
"Biri sözümüzü ucaltdı, digəri səsi ilə milli ruhumuzu yaşatdı" - ANIM
Dünən, 06:41
Bakıda 14 yaşlı qızın uşaq dünyaya gətirməsinə görə - Qardaşı həbs olundu
Dünən, 06:37
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Dünən, 06:32
Rusiyada səfərbərlik vahiməsi – İnsanlar qaçmağa hazırlaşırlar
Dünən, 06:24
Sabirabad Olimpiya İdman Kompleksinin dövlətə vergi borcu üzə çıxdı - FOTOFAKT
Dünən, 06:19
Hörmüz boğazında Qətərdən maye qaz daşıyan tanker mərmi zərbəsinə məruz qalıb - "Bloomberg"
1-08-2026, 16:12
Göyçayın Təhsil Sektorunun müdiri vəzifəsindən azad olunub - BUNDAN SONRA...
1-08-2026, 16:04
Qusarda alternativ içməli su mənbəyi tikiləcək – 3,2 MİLYON MANATA
1-08-2026, 16:00
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır - MƏQALƏ
1-08-2026, 15:53
Bakıda ikinci telefon qalmaqalı: arvadın gizli əməli cinayətə səbəb oldu - TƏFƏRRÜAT
1-08-2026, 15:51
Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib - TƏFƏRRÜAT
1-08-2026, 13:27
"Sabah çörək qıtlığı yaransa..." - ÇAĞIRIŞ...
1-08-2026, 13:17
Bakıdakı bu universitet bağlandı: Diplomların taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
1-08-2026, 13:02
"Mənə qaranlığımdan qorxmayan insan lazımdır"
1-08-2026, 13:00
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu - FOTO
1-08-2026, 12:51
Rusiya Ermənistanı bazardan uzaqlaşdırmayacaq - ÇÜNKİ...
1-08-2026, 12:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru