Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... .....                     Orta Asiya zehni işğala son qoyur: .....                     Ukrayna ordusu Mariupolu vurdu .....                     Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? .....                     “PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat .....                     Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ .....                     Anar Bayramovdan yeni təyinat .....                     Ermənistan ordusunda nə baş verir? .....                     Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər .....                     Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... .....                     Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” .....                     "Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" .....                     Şəhidlərin adlarını orada görmək məyus etdi .....                     Paşinyan sülhə görə nə qədər pul alıb... .....                     30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? .....                     Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır .....                     Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz .....                     Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... .....                     Vuçiç belə asanlıqla gedənə bənzəmir... .....                     Belə pis gündə meydançada heç domino da oynamazlar... .....                     "Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" .....                     ""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" .....                     Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... .....                     Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı .....                     Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... .....                     Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ .....                     Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... .....                     “Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR .....                     Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! .....                     Hümbətov ailəsi necə milyonlar qazanır .....                     "Budaqov bunu sizin üçün həll etməyəcək axı..." .....                     "Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." .....                     Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib .....                     "Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." .....                     Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? .....                     "Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" .....                     "Heç kim sizi işdən azad edə bilməz!" .....                     "Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." .....                     Trampın gerçək Rusiya siyasəti... .....                     Hər yandan bir təhlükə gəlir... .....                 

Ermənistan ordusunda nə baş verir? - İLGİNC
Tarix: Bu gün, 09:50 | Çap et

Ermənistan ordusunda qeyri-döyüş itkiləri ilə bağlı vəziyyət getdikcə daha ciddi xarakter alır. Hərbi qulluqçuların ölüm hallarının böyük hissəsinin döyüşlə bağlı olmaması orduda intizam, psixoloji durum və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Musavat.com xəbər verir ki, ArmTribunal.com saytının məlumatına görə, 2026-cı ilin ilk yeddi ayında Ermənistan ordusunda 30 hərbçinin ölümü qeydə alınıb. Avqustun sonuna bu rəqəm 33-ə çatıb. Saytda dərc olunan materialda xüsusilə diqqət çəkən məqam isə orduda intiharların sayının ötən illə müqayisədə 38 faiz artmasıdır. Məlumata görə, hərbçilərin ölümü arasında cinayət nəticəsində baş verən hallar da artıb. 2024-cü ildə Ermənistan ordusunda qeyri-döyüş itkiləri bütün ölüm hallarının 90 faizini təşkil edib. Son iki il yarım ərzində isə döyüşdə ölüm faktının qeydə alınmadığı bildirilir. Sonuncu döyüş itkisi 2024-cü ilin fevralında baş verib.

Sayt orduda intiharların əsas səbəbləri sırasında hərbçilər arasında zorakılıq, təzyiq, təhqir və psixoloji problemləri göstərir.Məqalədə 20 yaşlı əsgər Narek Torosyanın ölümü nümunə kimi təqdim olunur. Bildirilir ki, o, əvvəlcə Çəmbərəkdə hərbi hissələrdən birində xidmət edib və ilk altı ay ərzində ciddi problem yaşamayıb. Daha sonra başqa hərbi hissəyə keçirilən əsgərin orada xidmət yoldaşlarının təzyiqinə məruz qaldığı, döyüldüyü və nəticədə intihara sürükləndiyi iddia edilir.Narek Torosyan iyulun 21-də intihar edib. Hadisə ilə bağlı iki hərbçi saxlanılıb. Onlardan biri – kiçik serjant – intihara çatdırma da daxil olmaqla üç maddə üzrə ittiham olunur.Mərhum əsgərin anası Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edərək ədalət tələb edib.Materialda Ermənistan ordusunda intihar hallarının bir-birinin ardınca baş verməsi də xüsusi vurğulanır. Avqustun 24-də Sisian şəhərində 37 yaşlı müqaviləli hərbçi Ayk Movsisyan intihar edib. Onun iki övladının olduğu və həyat yoldaşının üçüncü uşağa hamilə qaldığı bildirilir.Saytın məlumatına görə, bu hadisə Ermənistan ordusunda bir ay ərzində qeydə alınan artıq beşinci intihar olub.

Bununla yanaşı, avqust ayında hərbçilərin odlu silahdan açılan atəş nəticəsində ölümü ilə bağlı iki hadisə də baş verib. Avqustun 23-də Vaykda 22 yaşlı Edqar Gevorkyanın meyiti güllə yarası ilə aşkarlanıb. İstintaq hadisəni qətl kimi qiymətləndirib və şübhəli şəxs saxlanılıb.Avqustun 13-də isə Müdafiə Nazirliyi Qriqor Zakaryanın meyitinin aşkarlandığını açıqlayıb. Onun da odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilib.Orduda bütün ölümlər intihar və qətllərlə məhdudlaşmır. Avqustun 19-da Çəmbərək–Vahan yolunda gecə vaxtı qaçış edən hərbçilərdən ibarət qrupu “QAZ-53” markalı yük maşını vurub. Nəticədə cəmi bir ay əvvəl hərbi xidmətə çağırılmış 19 yaşlı Suren Vardanyan ölüb.Hadisə ilə bağlı batalyon qərargah rəisi saxlanılıb. Paşinyan isə sonradan həmin avtomobilin istismar edilməməli olduğunu bildirib.Ermənistanın müdafiə naziri Suren Papikyanın açıqlaması isə ordudakı vəziyyətlə bağlı yeni suallar doğurub. Avqustun 24-də Ayk Movsisyanın ölümü artıq mediada geniş yayıldığı halda Papikyan hadisədən xəbərsiz olduğunu deyib. Nazir etiraf edib ki, orduda ölümlərin artmasının səbəbini izah edə bilmir. Eyni zamanda Papikyan hərbçilərin ölümü ilə bağlı müdafiə nazirinin məsuliyyət daşımasının gündəmə gətirilməsini də qəbul etməyib.

Baş nazir Nikol Paşinyan isə iyulun 30-da ordudakı qeyri-döyüş itkiləri barədə danışarkən ölüm hallarının böyük hissəsinin birbaşa ordu ilə əlaqəli olmadığını bildirib. Onun sözlərinə görə, səbəblər arasında qumar oyunları, ailə və şəxsi problemlər, eləcə də postda yatmaqla bağlı yaranan münaqişələr var. Lakin hüquq müdafiəçiləri hesab edirlər ki, bu yanaşma problemin sistemli səbəblərini kölgədə qoyur. Hüquq müdafiəçisi Zara Ovanesyan orduda intizam mexanizminin qeyri-rəsmi cəzalandırma, təzyiq və təhqir sisteminə çevrildiyini bildirir. Onun fikrincə, hakimiyyət yalnız ayrı-ayrı ölümləri araşdırmaqla kifayətlənməməli, təkrarlanan hadisələrin ümumi səbəblərini müəyyən etməlidir.

Hərbi ekspert Karen Vrtanesyan isə problemin kökündə şəxsi heyətin çatışmazlığını və effektiv psixoloji yardım sisteminin olmamasını görür. Onun sözlərinə görə, əvvəllər fəaliyyət göstərən hərbi keşişlər institutu ləğv edilib, onların yerinə yaradılması nəzərdə tutulan hərbi psixoloqlar sistemi isə lazımi səviyyədə işləməyib.Beləliklə, Ermənistan ordusunda əsas sual getdikcə daha kəskin səslənir: əgər orduda artıq döyüş olmadığı halda hərbçilər intihar edir, qətlə yetirilir və təhlükəsizlik qaydalarının pozulması nəticəsində ölürlərsə, problem əsgərlərdədir, yoxsa ordunun özündə?

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...
Bu gün, 10:43
Orta Asiya zehni işğala son qoyur: - Moskva simvolik təsirini itirir
Bu gün, 10:20
Ukrayna ordusu Mariupolu vurdu
Bu gün, 10:15
Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? - AÇIQLAMA
Bu gün, 10:11
“PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:09
Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ - FOTO
Bu gün, 10:02
Anar Bayramovdan yeni təyinat - FOTO
Bu gün, 09:54
Ermənistan ordusunda nə baş verir? - İLGİNC
Bu gün, 09:50
Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər - KİV
Bu gün, 09:36
Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... - RƏSMİ
Bu gün, 08:40
Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” - TƏFƏRRÜAT
Bu gün, 08:38
"Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" - GİLEY
Bu gün, 08:34
Şəhidlərin adlarını orada görmək məyus etdi – Yolverilməzdir!
Bu gün, 08:25
Paşinyan sülhə görə nə qədər pul alıb... - KİV
Bu gün, 07:50
30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? - İNCƏLƏMƏ
Bu gün, 07:47
Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
Bu gün, 07:44
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bu gün, 07:41
Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... - REAKSİYA
Bu gün, 07:33
Vuçiç belə asanlıqla gedənə bənzəmir... - GƏLİŞMƏ
Bu gün, 07:29
Belə pis gündə meydançada heç domino da oynamazlar... - REPLİKA
Bu gün, 07:27
"Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" - partiya sədri
Bu gün, 07:21
""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" - ETİRAZ
Bu gün, 06:49
Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... - TƏFƏRRÜAT
Bu gün, 06:45
Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı - AKTUAL
Bu gün, 06:37
Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... - FAKT BUDUR!
Bu gün, 06:33
Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ - "Dini bilən insan..."
Bu gün, 06:28
Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... - şəhidlərinin adının əbədiləşdirilməsini!
Bu gün, 06:23
“Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR - Oğurluğu ifşa edirsən, gəlib yerdə qalanı da aparırlar...
Bu gün, 06:19
Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:02
Hümbətov ailəsi necə milyonlar qazanır - İLGİNC FAKTLAR
Bu gün, 05:59
"Budaqov bunu sizin üçün həll etməyəcək axı..." - ÇÜNKİ...
Bu gün, 05:45
"Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." - Nura Suri
Bu gün, 05:39
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib - “Exilenova Plus”
Dünən, 09:37
"Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." - ETİRAZ VAR!
Dünən, 09:31
Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? - Şəhid anası bütün Bərdəni boğaza yığıb, bu dəfə də…
Dünən, 09:13
"Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" - Partiya sədrindən ÇAĞIRIŞ
Dünən, 09:03
"Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Dünən, 08:50
"Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." - GİLEY
Dünən, 08:42
Trampın gerçək Rusiya siyasəti... - AKTUAL
Dünən, 08:34
Hər yandan bir təhlükə gəlir... - Beli sınan millət olacaq...
Dünən, 08:22
Pentaqon rəhbəri İranı hədələdi
Dünən, 08:17
"Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." - deputat
Dünən, 07:53
Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Dünən, 07:49
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Dünən, 07:45
“Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Dünən, 07:42
Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Dünən, 07:39
Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
5-09-2026, 16:35
Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
5-09-2026, 16:33
"Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
5-09-2026, 16:24
"Edənlər nə qazandı ki, sən də qazanasan..."
5-09-2026, 16:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru