"Şikayətim "Birmarket"dəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Kamran Həsənov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Heç bir səbəb bildirilmədən, sifarişlərimi ləğv edib hesabımı blok ediblər. 25 avqustdan bu günə kimi bir neçə dəfə səbəb ilə bağlı özləri ilə əlaqə saxlamışam. Müraciəti qeydə alıblar, 72 saat ərzində geri dönüş edəcəklərini söz versələr də, hələ bu günə kimi heç bir geri dönüş yoxdu.
İndi isə əlimdə ordan aldığım geri qaytarmaq istədiyim defektli bir məhsul var, nə hesabıma giriş edə bilirəm nə də məhsulu geri qaytara bilirəm. Özlərinə zəng etdikdə isə standart şablon cavablar verir çağrı mərkəzi əməkdaşları.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi zəhmət olmasa, mümkün köməkliyinizi edərdiz..."
























