Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... .....                     Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” .....                     "Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" .....                     Şəhidlərin adlarını orada görmək məyus etdi .....                     Paşinyan sülhə görə nə qədər pul alıb... .....                     30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? .....                     Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır .....                     Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz .....                     Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... .....                     Vuçiç belə asanlıqla gedənə bənzəmir... .....                     Belə pis gündə meydançada heç domino da oynamazlar... .....                     "Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" .....                     ""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" .....                     Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... .....                     Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı .....                     Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... .....                     Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ .....                     Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... .....                     “Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR .....                     Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! .....                     Hümbətov ailəsi necə milyonlar qazanır .....                     "Budaqov bunu sizin üçün həll etməyəcək axı..." .....                     "Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." .....                     Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib .....                     "Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." .....                     Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? .....                     "Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" .....                     "Heç kim sizi işdən azad edə bilməz!" .....                     "Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." .....                     Trampın gerçək Rusiya siyasəti... .....                     Hər yandan bir təhlükə gəlir... .....                     Pentaqon rəhbəri İranı hədələdi .....                     "Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." .....                     Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi .....                     Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub .....                     “Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” .....                     Universitetlər bu rayonlara köçürülə bilər .....                     Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü .....                     Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik .....                     "Süni şəkildə düşmənçilik yaradılır" .....                 

30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? - İNCƏLƏMƏ
Tarix: Bu gün, 07:47 | Çap et

“Avropa İttifaqı (Aİ) və Azərbaycan münasibətlərin yeni mərhələsinə qədəm qoyur”. Bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyunziç Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi tərəfindən "LINKS Europe" Fondu ilə birgə təşkil edilmiş dəyirmi masada bildirib. "Biz münasibətlərimizin yeni mərhələsinə qədəm qoyuruq. Onlar intensivləşib", - o qeyd edib.

M.Kuyunziçin sözlərinə görə, bu il Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar başlayıb: "Danışıqlar sentyabrın sonunda davam edəcək. Biz həmçinin Tərəfdaşlıq Prioritetlərini müzakirə etdik. Sənədin mətni ilkin olaraq razılaşdırılıb".

Diplomatın sözlərinə görə, bu iki sənəd "təmiz enerji" və ticarət kimi sahələrdə əməkdaşlıq üçün müasir və iddialı əsas təmin edəcək.

M.Kuyunziç qeyd edib ki, bu il Azərbaycan və Aİ arasındakı münasibətlərin 30 ili tamam olur. O vurğulayıb ki, Azərbaycan Aİ-nin mühüm və etibarlı enerji tərəfdaşına çevrilib, Avropa İttifaqı isə Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.

Səfir, həmçinin yüksək səviyyəli əlaqələrin aktivləşməsinə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycandakı fəaliyyətinin ilk 10 ayında ölkəyə üç avrokomissar, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi (Kaya Kallas), iyulun 1-də isə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen səfər edib. "Bu, münasibətlərimizin necə dinamikləşdiyini göstərir", - o vurğulayıb.

Səfirin açıqlamaları Bakı və Brüssel arasında zahirən intensiv dialoqun göstəricisi olsa da, 30 illik diplomatik tarixin pərdəarxası daha mürəkkəb dinamikadan xəbər verir. Belə ki, 1996-cı ildə imzalanmış ilk Tərəfdaşlıq və Əməkdaşlıq Sazişindən bu günə qədər keçən dövrü üç əsas mərhələyə bölmək olar:

Enerji tərəfdaşlığı - Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə Azərbaycan Aİ-nin kritik enerji təhlükəsizliyi sütununa çevrildi;

44 günlük Vətən müharibəsindən və Rusiyanın Ukraynaya təcavüzündən sonra Bakının həm enerji xətti, həm də Orta Dəhliz (Şərq-Qərb nəqliyyat marşrutu) çərçivəsində geostrateji çəkisi kəskin artdı;

Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ölkə iqtisadiyyatına ən çox birbaşa sərmayə yatıran təşkilat statusunu saxlayır.

Səfirin vurğuladığı kimi, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Aİ Şurasının prezidenti Antonio Koşta və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya ard-arda səfərləri Aİ-nin Cənubi Qafqaz geopolitikasında Bakıya nə qədər ehtiyacı olduğunu göstərir. Bu yüksəksəviyyəli diplomatik heyətin Bakı danışıqlarında masada olan əsas mövzular aşağıdakılardır:

Avropa Komissiyası rəhbəri Ursula fon der Lyayenə görə, əsas prioritet Azərbaycan qazının Avropaya ixracının 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılmasına dair 2022-ci il memorandumunun icrasını sürətləndirməkdir. Eyni zamanda, Qara dənizin dibi ilə çəkiləcək "Yaşıl Enerji Kabeli" layihəsi üzrə konkret addımlar və Avropanın bərpa olunan enerjiyə ehtiyacının Bakı vasitəsilə ödənilməsi strategiyası müzakirə olunub.

Aİ Şurası prezidenti Antonio Koştanın diqqət mərkəzində isə Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması olub. Koşta Brüsselin sülh prosesində vasitəçilik marağını saxladığını vurğulamaqla yanaşı, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz layihəsində Bakının tranzit imkanlarının genişləndirilməsini müzakirə edib.

Aİ-nin xarici siyasət üzrə baş diplomatı Kaya Kallasın Bakı təmaslarında əsas xətt Cənubi Qafqazda hərbi-siyasi sabitlik, Rusiyanın beynəlxalq sanksiyalardan yayınma mexanizmlərinin qarşısının alınması və Xəzər-Qara dəniz hövzəsində təhlükəsizlik arxitekturasının formalaşdırılması olub.

Danışıqların sentyabrın sonunda bərpa olunacağı bildirilsə də, illərdir uzanan yeni İkitərəfli Tərəfdaşlıq Sazişinin imzalanmasını ləngidən ciddi fikir ayrılıqları mövcuddur. Tərəflər strategiyada razılaşsalar da, şərtlərdə çarpaz mövqelərdədirlər:

Aİ nə istəyir?

Brüssel ticarət bölməsində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasını, gömrük rüsumlarının azaldılmasını və Avropa şirkətləri üçün daxili bazara geniş çıxış tələb edir. Azərbaycan hökuməti isə yerli istehsalı, kənd təsərrüfatını və qeyri-neft sektorunu qorumaq üçün ÜTT-yə tələsik üzvlükdən çəkinir və Aİ ilə xüsusi, çevik ticarət rejimi irəli sürür.

Siyasi vektora gəlincə, Avropa Parlamentinin və bəzi Aİ strukturlarının təzyiqi ilə Brüssel sənədə vətəndaş cəmiyyəti, məhkəmə-hüquq islahatları və siyasi azadlıqlarla bağlı sərt monitorinq mexanizmləri daxil etməyə çalışır. Bakının mövqeyi isə belədir: Azərbaycan daxili işlərinə müdaxilə xarakteri daşıyan hər hansı siyasi şərti qəbul etmir və münasibətlərin yalnız "bərabərhüquqlu tərəfdaşlıq və suverenliyə hörmət" prinsipi ilə qurulmasını tələb edir.

Enerji və "Yaşıl keçid" sahəsi üzrə fikir ayrılığı yoxdur. Qara dənizin dibi ilə çəkiləcək "Yaşıl enerji kabeli" və Avropaya bərpa olunan elektrik enerjisinin ixracı hər iki tərəfin kommersiya və strateji maraqlarına cavab verir.

Beləliklə, səfir Kuyunziç Aİ-nin ən yüksək rəhbərlərinin - Ursula fon der Lyayen, Antonio Koşta və Kaya Kallasın Bakıya gəlişini xüsusi qabartsa da, diplomatik müstəvidə fərqli bir mənzərə var.

Onu da xatırladaq ki, Bakıdan Brüsselə səfərlər əsasən Xarici işlər naziri Ceyhun Bayramov və Energetika naziri Pərviz Şahbazov səviyyəsində Aİ-Azərbaycan Əməkdaşlıq Şurası çərçivəsində reallaşır. Prezident İlham Əliyev isə bir neçə il əvvəl Aİ Şurasının təşkil etdiyi üçtərəfli sammitlər çərçivəsində Brüsseldə olub. Son dövrlər Avropa Parlamentinin anti-Azərbaycan qətnamələri və bəzi Aİ institutlarının İrəvana birtərəfli dəstək verməsi Bakının rəsmi Brüsselə qarşı ehtiyatlı və məsafəli mövqe tutmasına səbəb olub.

Yekun olaraq vurğulayaq ki, Aİ və Azərbaycan bir-biri üçün "vazkeçilməz" tərəfdaşlardır. Brüssel Rusiyadan kənar etibarlı qaz və logistika dəhlizinə, Bakı isə iqtisadiyyatı şaxələndirmək üçün Avropa kapitalına və texnologiyasına ehtiyac duyur. Sentyabrın sonunda bərpa olunacaq danışıqlar Brüsselin Bakının "qırmızı xətlərini" nə dərəcədə nəzərə alacağını göstərəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... - RƏSMİ
Bu gün, 08:40
Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” - TƏFƏRRÜAT
Bu gün, 08:38
"Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" - GİLEY
Bu gün, 08:34
Şəhidlərin adlarını orada görmək məyus etdi – Yolverilməzdir!
Bu gün, 08:25
Paşinyan sülhə görə nə qədər pul alıb... - KİV
Bu gün, 07:50
30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? - İNCƏLƏMƏ
Bu gün, 07:47
Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
Bu gün, 07:44
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bu gün, 07:41
Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... - REAKSİYA
Bu gün, 07:33
Vuçiç belə asanlıqla gedənə bənzəmir... - GƏLİŞMƏ
Bu gün, 07:29
Belə pis gündə meydançada heç domino da oynamazlar... - REPLİKA
Bu gün, 07:27
"Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" - partiya sədri
Bu gün, 07:21
""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" - ETİRAZ
Bu gün, 06:49
Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... - TƏFƏRRÜAT
Bu gün, 06:45
Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı - AKTUAL
Bu gün, 06:37
Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... - FAKT BUDUR!
Bu gün, 06:33
Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ - "Dini bilən insan..."
Bu gün, 06:28
Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... - şəhidlərinin adının əbədiləşdirilməsini!
Bu gün, 06:23
“Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR - Oğurluğu ifşa edirsən, gəlib yerdə qalanı da aparırlar...
Bu gün, 06:19
Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:02
Hümbətov ailəsi necə milyonlar qazanır - İLGİNC FAKTLAR
Bu gün, 05:59
"Budaqov bunu sizin üçün həll etməyəcək axı..." - ÇÜNKİ...
Bu gün, 05:45
"Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." - Nura Suri
Bu gün, 05:39
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib - “Exilenova Plus”
Dünən, 09:37
"Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." - ETİRAZ VAR!
Dünən, 09:31
Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? - Şəhid anası bütün Bərdəni boğaza yığıb, bu dəfə də…
Dünən, 09:13
"Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" - Partiya sədrindən ÇAĞIRIŞ
Dünən, 09:03
"Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Dünən, 08:50
"Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." - GİLEY
Dünən, 08:42
Trampın gerçək Rusiya siyasəti... - AKTUAL
Dünən, 08:34
Hər yandan bir təhlükə gəlir... - Beli sınan millət olacaq...
Dünən, 08:22
Pentaqon rəhbəri İranı hədələdi
Dünən, 08:17
"Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." - deputat
Dünən, 07:53
Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Dünən, 07:49
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Dünən, 07:45
“Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Dünən, 07:42
Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Dünən, 07:39
Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
5-09-2026, 16:35
Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
5-09-2026, 16:33
"Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
5-09-2026, 16:24
"Edənlər nə qazandı ki, sən də qazanasan..."
5-09-2026, 16:17
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
5-09-2026, 16:13
Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
5-09-2026, 13:23
Yenicag.az saytının 19 yaşı tamam olur
5-09-2026, 13:21
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
5-09-2026, 13:15
Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
5-09-2026, 13:06
Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
5-09-2026, 13:03
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
5-09-2026, 13:01
Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
5-09-2026, 12:56
"Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
5-09-2026, 12:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru