"Heç kim sizi işdən azad edə bilməz!" .....                     "Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." .....                     Trampın gerçək Rusiya siyasəti... .....                     Hər yandan bir təhlükə gəlir... .....                     Pentaqon rəhbəri İranı hədələdi .....                     "Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." .....                     Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi .....                     Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub .....                     “Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” .....                     Universitetlər bu rayonlara köçürülə bilər .....                     Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü .....                     Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik .....                     "Süni şəkildə düşmənçilik yaradılır" .....                     "Edənlər nə qazandı ki, sən də qazanasan..." .....                     Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib .....                     Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi .....                     Yenicag.az saytının 19 yaşı tamam olur .....                     Cahid Şahbazovun DAHA BİR QURBANI... .....                     Kredit kartları ilə əməliyyatlar niyə azalıb? .....                     Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... .....                     Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı .....                     Ermənistanın “komplementar siyasəti” .....                     "Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir .....                     Səbrin də bir həddi var .....                     Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... .....                     Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir .....                     Adil Əliyev yaxşı başçı olsaydı... .....                     Anar Bayramovdan yeni təyinat .....                     "Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? .....                     Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi .....                     “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır .....                     Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... .....                     Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” .....                     “Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” .....                     Xark adasında İrana məxsus tanker hədəfə alınıb .....                     Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək .....                     Rusiya Azərbaycanın tərəfində olacaq .....                     “Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? .....                     "Ailəli qadınlar məndən açıq geyinirlər" .....                     Azərbaycanlı uşaq ögey atasını öldürdü .....                 

Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Tarix: Bu gün, 07:49 | Çap et

Rusiya Ermənistana təzyiq göstərmək üçün bir neçə ciddi rıçaqa malikdir. Bunu NEWS.am-a müsahibəsində siyasi texnoloq Armen Badalyan Rusiyanın Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Qırğızıstanın paytaxtında keçirilmiş son görüşünü şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, Kreml, məsələn, Rusiyadan Ermənistana pul köçürmələrinin qarşısını ala bilər. Söhbət 1-1,5 milyard dollardan gedir.

İkincisi, onlar hələ də öz bazarlarını bizim kənd təsərrüfatı məhsullarımız üçün açmayıblar. Beləliklə, Ermənistanın illik itkisi təxminən 1 milyard dollar təşkil edə bilər. Nikol Paşinyan sentyabrda, oktyabrda və ya ən geci noyabrda haradansa 1 milyard dollar tapmalı olacaq. Bu, bankların nəhayət fermer təsərrüfatlarına əvvəllər verdikləri kredit vəsaitlərini geri qaytara bilməsi üçün lazımdır”, – Badalyan izah edib.

Bundan başqa, siyasi texnoloqun iddiasına görə, Moskva Rusiyada işləyən və yaşayan yüz minlərlə Ermənistan vətəndaşını deportasiya edə bilər.

Bəzi qəzetlərdə 170 min nəfər rəqəmi göstərilib. Amma daha dəqiq desək, hazırda Rusiyada Rusiya vətəndaşlığı olmayan təxminən 800 min erməni yaşayır. Onları ölkədən çıxara bilərlər. Əlbəttə, hamısını yox, 300 min nəfər də kifayət edər. İndi belə bir vəziyyəti təsəvvür edin: respublikaya 300 min insan qayıdır və deyir: “Nikol Paşinyan, bizə çörək ver! Sənin ucbatından mən çörəyimi itirdim. Krasnodarda yaşayırdım və yaxşı yaşayırdım. Samarada yaşayırdım, Lipetskdə yaşayırdım, Moskvada yaşayırdım və öz biznesim var idi. İndi sənin ucbatından bütün bunları itirmişəm”. Sizcə, polis ortaya çıxıb “Hökumət binasından uzaqlaşın” deyəcək?” – ekspert bildirib.

Badalyan əmindir ki, hər şeyini itirmiş, üstəlik, bədbəxt övladlarının ac üzlərinə baxmağa məcbur olan insanlar polis əməkdaşlarının arqument və tələblərinə qulaq asmayacaqlar.

Bütün bunlarla yanaşı, qaz məsələsi də var. Avropa İttifaqına getmək istəyirsiniz? O zaman Ermənistan üçün qazın qiyməti Aİ üzvü olan ölkələrdəki kimi olacaq. Hazırda sərhəddə qazın qiyməti 1000 kubmetr üçün 170,5 dollar olduğu halda, Avropada bu rəqəm təxminən 750 dollardır. Bu isə o deməkdir ki, son istehlakçı 1000 kubmetr qaz üçün 800-850 dollar ödəyəcək”, – ekspert əlavə edib.

Lakin onun sözlərinə görə, bu da hələ hamısı deyil. Badalyanın fikrincə, qazın bahalaşması dərhal elektrik enerjisinin qiymətinin də artmasına gətirib çıxaracaq. Bütün bunlar hamısı bir yerdə Ermənistanda istehsal olunan bütün məhsulların qiymətinin bahalaşmasına səbəb olacaq.

Sevinclə səslərini və dəstəklərini Nikol Paşinyana verən pensiyaçılar və seçicilər adi çörəyə artıq 220 dram yox, 1000 dram ödəyəcəklər. Hər şey dəfələrlə bahalaşacaq”, – siyasi texnoloq izah edib.

Bəs Badalyan öz proqnozlarında nə dərəcədə haqlıdır? Rusiya ilə əlaqələrin kəsilməsi halında Ermənistanı həqiqətən də bütün bu fəlakətlər gözləyə bilərmi?

Bununla bağlı Pressklub.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl əmindir ki, Badalyanın bu proqnozları həm Paşinyana, həm də iqtisadiyyatı idarə edən məmurlara daha ətraflı şəkildə çoxdan məlumdur.

Badalyanın sözlərində müəyyən qədər həqiqət var, amma bunun fəlakətə gətirib çıxaracaq dərəcədə olduğunu düşünmürəm. Badalyan bəzi məqamları bilərəkdən şişirdir. Xüsusilə də Rusiyadan 300 min erməninin deportasiya oluna biləcəyi barədə dedikləri o qədər də inandırıcı deyil. Rusiya Afrikadan, Şimali Koreyadan, Hindistandan və digər yerlərdən işçi qüvvəsi cəlb etdiyi halda, belə sayda insanı ölkədən deportasiya etməyəcək. Bir neçə yüz nəfərin deportasiya edilməsi mümkündür və son vaxtlar belə hallar da baş verib.

Koçaryan və Sarkisyanın hakimiyyəti dövründə Ermənistan iqtisadi baxımdan Rusiyadan çox asılı idi. Ölkə iqtisadiyyatının 48 faizi Rusiyanın nəzarətindədir. İxrac da əsasən Rusiyaya yönəlib. Paşinyan hökuməti Qərbyönümlü siyasi xətt seçməklə ölkəni Rusiyanın təzyiqindən azad etmək istəyir. Alternativ olaraq Avropa bazarlarına çıxmağa çalışır. Avropa İttifaqı da bunun üçün şərait yaratmaq öhdəliyini üzərinə götürüb. Avropaya, xüsusilə də sərhəd açıldıqdan sonra Türkiyə bazarına çıxış əldə edildikdən sonra Rusiyadan iqtisadi asılılıq azalacaq. Yeri gəlmişkən, yaxın günlərdə Ermənistanda türkiyəli iş adamlarının iştirakı ilə görüş keçirilməsi gözlənilir”, – ekspert qeyd edib.

Onun sözlərinə görə, Rusiya qazının qiymətinin artması tamamilə mümkündür və bunun baş verməsi halında Ermənistanın qazı İrandan alması ehtimalı var.

Azərbaycan qazının alınması məsələsini də müzakirə etmək olar.

Ermənistana Rusiyadan iqtisadi asılılığını tədricən azaltmaq üçün vaxt lazımdır. Məhz buna görə də Rusiya prezidenti faktiki olaraq referendumun mümkün qədər tez keçirilməsini tələb edir. Referendum siyasi prosesdir və parlament seçkilərində məğlub olmuş Rusiyayönümlü qüvvələr bu müddət ərzində yenidən təxribat xarakterli addımlar ata, Rusiya da vətəndaş müharibəsinə qədər gedib çıxan təxribatçı siyasət yürütməyə başlaya bilər.

Lakin Badalyan onu da qeyd etməli idi ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən Rusiya idxal-ixrac əməliyyatlarını İrəvan üzərindən həyata keçirir və Ermənistan hazırda Rusiya üçün bir növ oksigen pəncərəsidir. Bu pəncərə bağlanarsa, Rusiyanın da kifayət qədər ciddi problemləri yaranacaq”, – İsmayıl vurğulayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Bu gün, 08:50
"Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." - GİLEY
Bu gün, 08:42
Trampın gerçək Rusiya siyasəti... - AKTUAL
Bu gün, 08:34
Hər yandan bir təhlükə gəlir... - Beli sınan millət olacaq...
Bu gün, 08:22
Pentaqon rəhbəri İranı hədələdi
Bu gün, 08:17
"Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." - deputat
Bu gün, 07:53
Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Bu gün, 07:49
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Bu gün, 07:45
“Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Bu gün, 07:42
Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Bu gün, 07:39
Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
Dünən, 16:35
Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
Dünən, 16:33
"Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
Dünən, 16:24
"Edənlər nə qazandı ki, sən də qazanasan..."
Dünən, 16:17
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
Dünən, 16:13
Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
Dünən, 13:23
Yenicag.az saytının 19 yaşı tamam olur
Dünən, 13:21
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
Dünən, 13:15
Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
Dünən, 13:06
Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
Dünən, 13:03
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
Dünən, 13:01
Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
Dünən, 12:56
"Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
Dünən, 12:55
Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
Dünən, 12:52
Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
Dünən, 12:39
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
Dünən, 12:33
Adil Əliyev yaxşı başçı olsaydı... - Sakinlər deyir ki...
Dünən, 12:25
Anar Bayramovdan yeni təyinat - ƏMR
Dünən, 12:04
"Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? - AÇIQLAMA
Dünən, 12:02
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Dünən, 11:57
“Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
Dünən, 11:50
Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... - "Onlar ölkənizdə...”
Dünən, 11:47
Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” - “Arvadı deyirdi ki, Rənanı kinoya çəkmə”
Dünən, 11:36
“Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” - deputat
Dünən, 11:28
Xark adasında İrana məxsus tanker hədəfə alınıb - “Daneşcu”
Dünən, 11:16
Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək - Stepan Qriqoryan
Dünən, 10:58
Rusiya Azərbaycanın tərəfində olacaq - Mehman Əliyevdən PROQNOZ
Dünən, 10:55
“Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:52
"Ailəli qadınlar məndən açıq geyinirlər" - ETİRAZ
Dünən, 10:40
Azərbaycanlı uşaq ögey atasını öldürdü - TƏFƏRRÜAT
Dünən, 10:36
Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər - Yeni rəsmi bəyanat
Dünən, 10:29
ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər - KİV
Dünən, 08:47
“Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi - ARAŞDIRMA
Dünən, 08:41
ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
Dünən, 08:37
“Ermənistanda zəhərli ideologiya hələ də qalır” - FAKT BUDUR!
Dünən, 08:32
Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
Dünən, 08:28
Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? - İTTİHAM VAR...
Dünən, 08:25
Paşinyan hökuməti Rusiyadakı “şahinlərin” qəzəbindən ehtiyat edir - İNCƏLƏMƏ
Dünən, 08:22
Azad Rzayevin şirkəti dövlətə borclandı - 248 min manatdan çox...
Dünən, 08:20
Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər - "Politico"
Dünən, 08:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru