"Şikayətim "Birbank"dandır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Rauf Bağırov adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Kartıma daxil olan pula görə hesabı bloklamışdılar ve məsələni polislə bir yerdə yoluna qoyduq (Kripto alqı-satqısı).
Zərərçəkmiş tərəfə dəyən ziyan da ödənildi, polisdən banka kartın açılmağı ilə bağlı sorğu da göndərildi. Amma "Birbank" tərəfindən sadəcə "bir kart"ım blokdan açılıb, məsələ ilə aidiyyatı olmayan digər kartlarım hələ dye blokdadır. Hansı ki içərisində öz şəxsi vəsaitim var və hal-hazırda heç bir səbəb olmadan kartların bloku davam edir.
Banka gedib ərizə də yazmışam 10 gün əvvəl... Hər dəfə 3 iş günü ərzində baxılacaq, deyə-deyə uzadırlar. Boş və mənasız yerə, heç bir səbəb olmadan sadəcə vaxt uzadırlar və gec baxırlar müraciətlərə. Halbuki 5 dəqiqəlik işdir... Heç bir problem olmayan kartı blokdan açmaq nə çətindir..."
























