Ölkə.az xəbər verir ki, o, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
M.Rüstəmov 67 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Rüstəmov Müzəffər Rüstəm oğlu Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. O, uzun illər “AzInTelekom”da işləyib. M.Rüstəmovun adı “Rabitə işi” adlandırılan cinayət işində keçirdi. Əməkdar mühəndis həmin iş üzrə şahid kimi istintaq və məhkəmdə ifadə vermişdi.
“Rabitə işi”ndə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliiyev və “Optik Qurğular” İdarəsinin sabiq rəisi Namazalı Məmmədov cinayət məsuliyyətinə cəlb olunmuşdular.


























