“Aybəniz xanım dünyanın bütün gözəlliklərinə layiqdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şahnaz Haşımova bacısı, Əməkdar artist Aybəniz Haşımova ilə bağlı arzularından danışarkən deyib.
“Aybəniz xanım sənətdə sözünü deyib, tanınmış bir sənətkardır. Ona can sağlığı arzu edirəm. Allah onun övladı Aynişanı xoşbəxt etsin. Biz də onun xoşbəxtliyini görək. Aybəniz xanım anadan olanda həkim onu ilk mənim qucağıma verib. Elə bilirəm öz balamdır, onu qucağımda böyütmüşəm. Allah anamın canını sağ etsin. Mən Aybəniz xanımı bir ana kimi qucağımda bəsləyib, əzizləmişəm. Bu üzdən dünyanın bütün gözəlliklərini bacıma layiq görürəm”.
Şahnaz Haşımova əlavə edib ki, Aybəniz Haşımovanın bir arzusu var:
“Birinci növbədə Vətənimiz uca olsun, Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Biz bu sənətə, mədəniyyətə xidmət edirik, saysız-hesabsız tələbələrimiz var. Bu gün də tələbələr yetişdiririk. Çalışırıq ki, özümüzdən sonra musiqimizi, muğamatımızı aparan davamçılarımız olsun. Biz ikimiz də buna nail olmuşuq. Bizim tələbələrimiz Azərbaycan musiqisinə ləyaqətlə xidmət edir. Bir sənətkar üçün bundan gözəl nə ola bilər”.







