Ötən gün Sabunçu rayonu, Nardaran qəsəbəsində meyiti yaşadığı evin qarajında tapılan Qiyas Babayevin futbolçu olduğu müəyyənləşib.
Xitab24.az-ın məlumatına görə, o, həvəskar futbolçu kimi bir sıra komandalarda çıxış edib.
Q.Babayev yerli turnirlərdə, o cümlədən Bakıətrafı qəsəbə və bölgələrin yarışlarında mübarizə aparıb.
Qeyd edək ki, 22 yaşlı Qiyasın hansı səbəbdən öldüyü bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.









