İrəvan sülh müqaviləsini imzalamağa meyilli görünmür .....                     Kəndlərin qaytarılması ilə bağlı son durum: Proses belə yekunlaşacaq? .....                     Əlçatmaz 300 manat... .....                     “Maşa və Ayı” cizgi filmi sanksiyaya məruz qaldı .....                     Tramp Yaxın Şərqdəki dost ölkələrin ABŞ-ni tək qoymasından .....                     Əldə silah, gözdə durbin, Baş Qərargah rəisi yoxlamada – Ermənistan ordusu Azərbaycan istiqamətində nə hazırlayır? .....                     ABŞ miqrantları Liberiyaya deportasiya etməyə başlayıb .....                     Bizim İrana qarşı əməliyyatdan başqa seçimimiz yox idi .....                     Şəhid ailəsi və qazilərə mənzil verilib, amma... .....                     "Belə bir imkan var idisə, nədən istehsalı özümüz təşkil etmədik?!" .....                     Tibbimiz Ucarda HOQQA VERİR... .....                     Rusiya Avropada ukraynalı agentlərdən istifadə edir .....                     "Ya pulumu geri qaytarın, ya da..." .....                     Peşə Mərkəzində 3 942 manatlıq qalmaqal .....                     Dünya tarixşünaslığı, şərqşünslığı elmdir, yoxsa İransoxdu dəyirmanı? .....                     Günün FOTOSU .....                     "Elə bilirdiniz Şaka qayıtmayacaq?" .....                     Keçmiş deputatdan xalqı təhqir edən yazıçıya SƏRT SÖZLƏR! .....                     Azərbaycana 6 ayda 188 milyon manat dəyərində günəş panelləri gətirilib .....                     Onkologiya Mərkəzi “Azəri Med”dən .....                     "Boulevard Hotel"də iş yoldaşını öldürənə .....                     “TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə gətirər?” .....                     Paşinyanın Azərbaycan kəndləri ilə bağlı tarixi etirafına deputatlardan reaksiyalar gəldi .....                     Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? .....                     Pünhan Əlizadəyə vəzifə verildi .....                     Qızlara yox, oğlanlara: Universitetin təqaüd qərarı MÜZAKİRƏ YARATDI .....                     Paşinyanın Azərbaycan kəndləri ilə bağlı tarixi etirafına deputatlardan reaksiyalar gəldi .....                     İranə Axundova müdir muavini TƏYİN OLUNDU .....                     "Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək .....                     Rubinyanın Qarabağ mesajında gizli məqam: .....                     Həkimlər Xalq artistinin ayağındakı problemlə bağlı son qərarlarını .....                     Şair İlham Qəhrəmanın AYB ilə çəkişməsi bitmir: Əslində kim qalib gəlib? .....                     Tanışının üzərinə “kislota” tökərək ağır xəsarət yetirən qadından xəbər var .....                     İsmayıllının icra başçısı şokda: Anım Günü tədbiri ilə bağlı tender ləğv edildi .....                     Paşinyan Qarabağdan danışdı: .....                     Müşfiqin muzeyi ilə yolu birləşdirən uçmuş körpünün taleyi necə olacaq? .....                     Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək .....                     Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? .....                     Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir? .....                     Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı .....                 

Əlçatmaz 300 manat... - Hökumət o vətəndaşları qoruya biləcəkmi?
Tarix: Bu gün, 06:36 | Çap et

Maliyyə Nazirliyi bu il üzrə orta illik inflyasiya proqnozunu 4,8%-dən 5,7%-ə qaldırdı. Rəsmi rəqəmlərin üstünə gələcək bu 0,9 faiz bəndi ilk baxışda kiçik görünə bilər, lakin gündəlik bazarlıq edən, sabit gəlirlə dolanan yüz minlərlə vətəndaş üçün bu, alıcılıq qabiliyyətinin daha da zəifləməsi deməkdir. Nəzərə alsaq ki, Azərbaycan reallığında real inflyasiya rəqəmləri hökumət qurumlarının açıqladığı və ya proqnoz etdiyi rəqəmdən daha yüksək olur.

Beləliklə, rəsmi və qeyri-rəsmi inflyasiya göstəricisi ilə marketlərdəki qiymətlər arasında yaranan və artmaqda davam edən fərqin əhalinin aztəminatlı qruplarına necə təsir göstərəcəyi maraq doğurur.

Ötən ilin sonlarında səngiyən inflyasiya tempi 2026-cı ilin ilk 7 ayında yenidən yüksəliş xəttinə qədəm qoydu. Rəsmi statistika illik inflyasiyanı təkrəqəmli göstərsə də, əhalinin real gündəlik xərc səbətində - xüsusilə əsas ərzaq məhsulları, xidmət və kommunal xərclərdə bahalaşma daha kəskin hiss olunur. Mütəxəssislərin fikrincə, istehlakçının hiss etdiyi faktiki ərzaq inflyasiyası 10-12%-i ötür.

Hökumət ilin əvvəlində pensiyaların indeksasiyası və bir sıra sosial ödənişlərin tənzimlənməsi ilə alıcılıq qabiliyyətini qorumağa çalışdı. Lakin ilin ortasına doğru enerjidaşıyıcılarının, xidmət sektorunun və idxal mallarının bahalaşması həmin artımların müsbət effektini faktiki olaraq sıfırladı.

Ölkədə rəsmi ehtiyac meyarı və yaşayış minimumu 300 manat müəyyən edilib. Rəqəmlərə diqqətlə nəzər salsaq, qiymət artımının ilk növbədə sosial baxımdan ən həssas təbəqəni vurduğunu görərik:

Ehtiyac meyarından aşağı gəliri olanlar:

177,5 min nəfər yaşa görə sosial müavinət alanlar (orta hesabla 220 AZN).

180 mindən çox yarımştat çalışanlar (rəsmi gəlirləri 400 manatdan aşağı düşür).

Bu qrup üçün 5,7%-lik rəsmi (və iki rəqəmli faktiki) inflyasiya çətin vəziyyət yaradır. Gəlirləri yaşayış minimumuna belə çatmadığı üçün artan qiymətlər birbaşa onların minimum ərzaq səbətinə zərbə vurur, keyfiyyətli qidalanma və dərman təminatını məhdudlaşdırır.

Ehtiyac meyarından bir qədər yuxarı gəlir əldə edənlər (300 – 400 manat):

Təqribən 100 min nəfər minimum pensiya alanlar (320 manat);

250-260 min nəfər isə minimum əməkhaqqı alanlardı (400 manat).

Beləliklə, təxminən 350 min nəfər vətəndaş tam olaraq bu "həssas zolaqdadır". Onların aylıq gəliri 300 manatlıq yaşayış minimumunu çətinliklə üstələyir. İnflyasiya bu kiçik fərqi sürətlə əridir və onları faktiki olaraq yoxsulluq həddinin altına sürükləyir.

Onu da qeyd edək ki, ölkədə rəsmi işləyən 1,81 milyon nəfərin yarısı (təxminən 900 min nəfər) median əməkhaqqından (670-700manat) aşağı gəlir əldə edir. Bu kateqoriyaya həm 400 manat alanlar, həm də 500–600 manat civarında maaşla dolananlar daxildir. Qiymət artımı bu təbəqənin də alıcılıq qabiliyyətini nəzərəçarpacaq dərəcədə aşağı salır, qənaət imkanlarını sıfırlayır.

Məsələ yalnız aşağı da olsa sabit gəliri olanlarla bitmir. Mənzərəni tamamlayan daha iki vacib amil var:

Rəsmi və qeyri-rəsmi işsizlər, eləcə də gündəlik mövsümi işlərlə dolananlar inflyasiya qarşısında tamamilə müdafiəsizdir. Gəlirlərin sabit olmaması qiymət artımı fonunda bu ailələrin sosial durumunu daha da ağırlaşdırır.

Son vaxtlar dövlət aparatında optimallaşdırma, agentlik və publik hüquqi şəxslərin birləşdirilməsi paralelliyində kütləvi ixtisarlar həyata keçirilir. Bu addımlar büdcə xərclərinə qənaət etsə də, əmək bazarına əlavə təzyiq yaradır. Sabit maaşını itirən şəxslərin işsizlər ordusuna qatılması sosial gərginlik riskini artırır.

Yaranmış iqtisadi reallıq göstərir ki, inflyasiyanın yüksəlməsi xüsusilə fiks olunmuş gəlirlə yaşayan yarım milyondan çox vətəndaşın gündəlik həyatını çətinləşdirir.

Hökumət operativ və kompleks sosial addımlar atmalıdır:

Minimum əməkhaqqı və minimum pensiya məbləğlərinə təcili şəkildə yenidən baxılmalıdır. Minimum əməkhaqqının ən azı 450–480 manat, minimum pensiyanın isə 360–380 manata qaldırılması həssas təbəqəni inflyasiya zərbəsindən qismən sığortalaya bilər. Yaşa görə 220 manat sosial müavinət alanların problem isə daha ciddidir. Hökumət yaşlı əhalini ehtiyac meyarından xeyli aşağı olan bu kiçik gəlirə möhtac etməməlidir.

Əlbəttə, 300 manatlıq ehtiyac meyarı da mövcud qiymət reallıqlarını əks etdirmir. Bu rəqəm real istehlak səbətinə uyğun olaraq artırılmalıdır.

Əsas tələbat mallarının (un, yağ, kərə yağı, uşaq qidaları və s.) daxili bazarında süni qiymət artımına qarşı anti-monopol nəzarət gücləndirilməli, vacib ərzaq məhsullarının idxalında ƏDV azaldılmalı və ya ləğv edilməlidir.

Paralel olaraq dövlət qurumlarında ixtisara düşən kadrların sürətli yenidən hazırlıq kurslarına cəlb olunması və onlara ödənilən işsizlik müavinətlərinin əhatə dairəsinin genişləndirilməsi vacibdir.

Nəticə olaraq, inflyasiya proqnozunun artırılması sadəcə iqtisadi hesabat deyil, həm də sosial siqnaldır. Sabit gəlirli və həssas təbəqənin alıcılıq qabiliyyətini qorumaq üçün vaxt itirmədən çevik iqtisadi-sosial qərarların qəbul edilməsi günün tələbidir.

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan sülh müqaviləsini imzalamağa meyilli görünmür - FAKT BUDUR!
Bu gün, 06:43
Kəndlərin qaytarılması ilə bağlı son durum: Proses belə yekunlaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:39
Əlçatmaz 300 manat... - Hökumət o vətəndaşları qoruya biləcəkmi?
Bu gün, 06:36
“Maşa və Ayı” cizgi filmi sanksiyaya məruz qaldı - TƏFƏRRÜAT
Bu gün, 06:34
Tramp Yaxın Şərqdəki dost ölkələrin ABŞ-ni tək qoymasından GİLEYLƏNİR
Bu gün, 06:30
Əldə silah, gözdə durbin, Baş Qərargah rəisi yoxlamada – Ermənistan ordusu Azərbaycan istiqamətində nə hazırlayır? - FOTOLAR
Bu gün, 06:25
ABŞ miqrantları Liberiyaya deportasiya etməyə başlayıb - “The Guardian”
Bu gün, 06:22
Bizim İrana qarşı əməliyyatdan başqa seçimimiz yox idi - Tramp belə deyir...
Bu gün, 06:19
Şəhid ailəsi və qazilərə mənzil verilib, amma... - REPLİKA
Bu gün, 01:56
"Belə bir imkan var idisə, nədən istehsalı özümüz təşkil etmədik?!" - partiya sədri
Bu gün, 01:51
Tibbimiz Ucarda HOQQA VERİR... - TƏBİB şefinin nəzərinə...
Bu gün, 01:44
Rusiya Avropada ukraynalı agentlərdən istifadə edir - “Reuters”
Bu gün, 01:37
"Ya pulumu geri qaytarın, ya da..." - GİLEY
Bu gün, 01:31
Peşə Mərkəzində 3 942 manatlıq qalmaqal - Kənan Həsənli direktoru necə qorudu?
Bu gün, 00:22
Dünya tarixşünaslığı, şərqşünslığı elmdir, yoxsa İransoxdu dəyirmanı? - ETİRAZ
Bu gün, 00:18
Günün FOTOSU - Bax... BU BİZİK!
Bu gün, 00:14
"Elə bilirdiniz Şaka qayıtmayacaq?" - deputat "Qarabağ"ı belə ÖYDÜ
Bu gün, 00:11
Keçmiş deputatdan xalqı təhqir edən yazıçıya SƏRT SÖZLƏR! - "Siz bunu dərk etmirsiniz!"
Bu gün, 00:06
Azərbaycana 6 ayda 188 milyon manat dəyərində günəş panelləri gətirilib
Dünən, 18:08
Onkologiya Mərkəzi “Azəri Med”dən - 50 milyonluq avadanlıq alır
Dünən, 18:07
"Boulevard Hotel"də iş yoldaşını öldürənə HÖKM OXUNDU
Dünən, 18:05
“TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə gətirər?” – Fotolar
Dünən, 18:03
Paşinyanın Azərbaycan kəndləri ilə bağlı tarixi etirafına deputatlardan reaksiyalar gəldi – “Anklavların yaxın perspektivdə…”
Dünən, 17:56
Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? - MÜRACİƏT
Dünən, 17:43
Pünhan Əlizadəyə vəzifə verildi - DOSYE
Dünən, 17:40
Qızlara yox, oğlanlara: Universitetin təqaüd qərarı MÜZAKİRƏ YARATDI - BU NƏDİ BELƏ?
Dünən, 17:38
Paşinyanın Azərbaycan kəndləri ilə bağlı tarixi etirafına deputatlardan reaksiyalar gəldi – “Anklavların yaxın perspektivdə…”
Dünən, 17:31
İranə Axundova müdir muavini TƏYİN OLUNDU - BUNDAN SONRA...
Dünən, 17:30
"Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 17:27
Rubinyanın Qarabağ mesajında gizli məqam: - Sülh, yoxsa yeni taktika?
Dünən, 17:24
Həkimlər Xalq artistinin ayağındakı problemlə bağlı son qərarlarını - AÇIQLADI
Dünən, 17:18
Şair İlham Qəhrəmanın AYB ilə çəkişməsi bitmir: Əslində kim qalib gəlib? – AYB-dən AÇIQLAMA
Dünən, 17:15
Tanışının üzərinə “kislota” tökərək ağır xəsarət yetirən qadından xəbər var - TƏFƏRRÜAT
Dünən, 17:10
İsmayıllının icra başçısı şokda: Anım Günü tədbiri ilə bağlı tender ləğv edildi - İLGİNC
Dünən, 17:01
Paşinyan Qarabağdan danışdı: - "Ermənistanı xilas etdim"
Dünən, 16:57
Müşfiqin muzeyi ilə yolu birləşdirən uçmuş körpünün taleyi necə olacaq? – Mədəniyyət Nazirliyindən açıqlama
Dünən, 16:54
Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək
Dünən, 16:51
Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR
Dünən, 16:43
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir? - BU NƏDİ BELƏ?
Dünən, 16:35
Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT
Dünən, 16:31
ABŞ Azərbaycanın önəmini anlayır: - Əməkdaşlıqdan strateji tərəfdaşlığa
Dünən, 16:26
Güclü iqtidarın zəif müxalifəti olmur - Tural Abbaslı
Dünən, 16:22
“Zolotaya Korona”nın Avropa bölməsi ödəniş operatoru lisenziyasından imtina edir
Dünən, 16:20
TƏBİB-in sabiq departament rəhbəri yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:18
Onkologiya Mərkəzi “Azəri Med”dən - 50 milyonluq avadanlıq alır
Dünən, 16:15
İranın “qonşuluq dönüşü” - Azərbaycan Tehranın yeni strategiyasının testinə çevrilir
Dünən, 16:14
Azərbaycanda 5,4, Gürcüstanda 1,6, Ermənistanda 0,5... – Hər 10 yol qəzasında ölənlərin sayı
Dünən, 16:12
Paşinyandan ŞOK ETİRAF: - Bu 3 kənd Azərbaycan ərazisidir
Dünən, 16:08
"Tiktok"da tanınan iş adamı İlyasın kafesi buna görə bağlanıbmış... - TƏFƏRRÜAT
Dünən, 15:50
8500 manat verdilər, ortada nə qəbul var, nə pul – “AİD Group” yenidən gündəmdə
Dünən, 15:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru