Sevinc Babayevanın ölümündə Ramiz Mehdiyevin əli varmı? .....                     Fəaliyyəti narazılıq yaradan rektor BELƏ İLİŞDİ .....                     "Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkəti tenderdə qalib elan edib .....                     Təhsilin adına vurulan növbəti zərbə .....                     Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev çətin durumda .....                     Ramiz Mehdiyevin general oğluyla bağlı QƏRAR BƏLLİ OLDU .....                     İstiqamət Yaxın Şərqdir: Azərbaycan bölgədə təsirini artırır .....                     "Mən Səfurə İbrahimovanı sevirdim..." .....                     Starmer Trampa Ukrayna üzrə sülh planı hazırlamağı təklif etdi .....                     Professor Ramiz Mehdiyevi AMEA-dan uzaqlaşdıran o ərizəni göstərdi .....                     Görün övladlarımıza KİMLƏR BİLİK ÖYRƏDİR... .....                     İnşaat maqnatı Aqibət Əliyevin icra hakimiyyətləri ilə tender oyunu .....                     Ramiz Mehdiyev hansı evdə dustaq olacaq: "Başqa evə getsə, həbs olunacaq?" .....                     Ət alarkən ehtiyatlı olun: Yoluxa bilərsiniz .....                     "Onun köçürdüyü insanlara yazığım gəlir" .....                     MN-də milyonluq mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinin cəzası azaldılıb .....                     Paytaxtda icazə “yarışı”... .....                     "Ramiz Mehdiyevin baldızı ilə Moskvada bir yerdə işləmişəm, təmiz daşnak idi" .....                     Rəşad Abbasova vəzifə verildi .....                     Azərbaycanın Bəhreyndə səfirliyi təsis olunub .....                     Yekaterinburqda saxlanılan azərbaycanlılarla bağlı YENİ QƏRAR .....                     Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyulub .....                     “Hələ quzu əti 21 manatdır, şükür edin...” .....                     Məktəbəqədər müəssisə müdirlərinin diaqnostik qiymətləndirilməsi .....                     Məşhur Məmmədovun "Embafinans"ı borc içində .....                     Eşqi Bağırov icra başçısı olacaq? .....                     Müəllimlərin gözü qarşısında bıçaqlanma .....                     ətini görün niyə edirmiş .....                     “Bank of Baku”dakı hesabından oğurluq oldu, pulunu belə geri aldı .....                     PAŞA Sığorta şirkətində yeni təyinat .....                     Tramp-Putin görüşü niyə Budapeştdə keçiriləcək? .....                     BİLİRDİNİZMİ: Əti xaricdən 3,9, kərə yağını 11,7, düyünü 1,7 manta alırıq... .....                     Azərkosmosun yemək tenderinin qalibi BU ŞİRKƏT OLDU .....                     Hikmət Həsənovdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion fikirlər .....                     Ən böyük "Mehdiyev"çilərin adları MƏLUM OLDU .....                     Bakıdan gedən sərnişin aeroportda TUTULDU .....                     "Dostluq" kinoteatrının tarixi abidə statusu almasına müsbət rəy verilməyib .....                     “Fövqəladə Hallar Nazirliyi vətəndaşların çağırışlarını qulaqardına vurur...” .....                     Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü məsələsinə baxılır .....                     Paşinyan katolikosun ailəsinə hücum edir .....                 

Mehdiyevin adı yenidən “Tərtər işi”ndə - İLGİNC
Tarix: Dünən, 09:35 | Çap et

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin ev dustağı edilməsi və barəsində 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülməsi ətrafında ən müxtəlif iddialar səslənməkdədir.

Sabiq təhsil naziri Misir Mərdanov da Globalinfo.az-a açıqlamasında maraqlı iddia səsləndirib. Keçmiş nazir deyib ki, Ramiz Mehdiyevin həbsi “Tərtər işi”nin açılmasına müəyyən qədər köməklik göstərə bilər.

Mehdiyev 1995-2019-cu illərdə PA-ya rəhbərlik edib, 2019-2021-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olub. “Tərtər işi” Azərbaycanda 2017-ci ildə baş verən və hərbi qulluqçulara qarşı işgəncə, qanunsuz azadlıqdan məhrum etmə və digər hüquq pozuntuları ilə əlaqəli olan genişmiqyaslı cinayət işidir. İstintaq 2021-ci ildə yenidən başlanıb və bir çox yüksək rütbəli hərbi və hüquq-mühafizə orqanı əməkdaşları cinayət məsuliyyətinə cəlb olunub.

Bilirik ki, “Tərtər işi”nin təşkilatçılarından biri kimi Ramiz Mehdiyevin də adı hallanırdı. “Tərtər işi” üzrə dəfələrlə zərərçəkmişlərin dilindən səsləndirilib ki, baş verənlərdə Rusiya kəşfiyyat orqanının əli olma ehtimalı yüksəkdir və işgəncənin təşkilatçıları kimi irəli sürülən əsas adlara və kimliklərə baxdıqda onların dövlətimizə sızdırılmış rus emissarları olma ehtimalları güclənirdi.

Tərtərdə günahsız hərbçilərimizə divan tutulanda Ramiz Mehdiyev PA-nın rəhbəri idi. Media o zaman yazırdı ki, Tərtər işlərinə görə məhkəmə sistemindən uzaqlaşdırılan Kamal Əliyev 2021-ci ilin mayında Ramiz Mehdiyev tərəfindən AMEA-nın hüquq şöbəsinin müdiri təyin edilibmiş. Kamal Əliyev özü barədə olan açıq və bioqrafik məlumatlarda əsas bilgiləri gizlətsə də, məlum olmuşdu ki, o, hələ 2000-ci ildən Hərbi Məhkəmədə hakim kimi fəaliyyət göstərib. Eləcə də 2017-ci ildə Tərtər Hərbi Məhkəməsinin hakimi kimi bir neçə əsgər və zabitə ağır ittihamedici maddələr üzrə ədalətsiz hökmlər oxuyub.

Bir müddət əvvəl Kamal Əliyev sabiq deputat Elton Məmmədovu məhkəməyə vermişdi. Onun sözlərinə görə, sabiq deputatın “Tərtər işi” ilə bağlı ona qarşı irəli sürdüyü iddialar əsassızdır: “Mənə məhkəmədə dedi ki, sən Nəcməddin Sadıqovla birləşmisən”.

Qəribədir, 2017-ci ildə o xoşagəlməz cinayətdə uğursuz hakimlik edənlərdən biri niyə gəlib məhz Ramiz Mehdiyevə sığınsın? Niyə Ramiz Mehdiyev adıkeçən hüquqşünası illər sonra AMEA-nın hüquq şöbəsinin başına keçirsin?!

Yeri gəlmişkən, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da “Reytinq” qəzetinə müsahibəsində deyib ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq: “Azərbaycanda ziyalıların, azad fikirli insanların, müxalifətin hakimiyyətdə və parlamentdə təmsil olunmasının qarşısını alan yeganə qüvvə Mehdiyev idi. İşlədiyi dövrdə ölkədəki bütün həbslərin "memarı" da Mehdiyev olub. Qənaətimcə, “Tərtər işi”ni ciddi araşdırsaq, onun həyata keçirilməsinə, bunu edən insanlara da Mehdiyev tərəfindən tapşırıq verildiyini müəyyən etmək mümkündür. Mehdiyev Rusiyaya və özünə yaxın şəxsləri Azərbaycanda müxtəlif vəzifələrə yerləşdirmişdi. O cümlədən biznesin, iqtisadiyyatın ruspərəst qüvvələrin əlinə keçməsi üçün çalışıb, bu işdə müstəsna xidmətlər göstərib.

“Yeni Müsavat”a gözləntilərini şərh edən təhlükəsizlik eksperti İlham İsmayıl Mehdiyevin “Tərtər işi” ilə birbaşa əlaqəsini az ehtimal edir. Onun fikrincə, sabiq PA rəhbərinin dolayısı şəkildə bu hadisələrlə əlaqəsi ola bilər, lakin İ.İsmayıl Mehdiyevə cinayət işi açılmasından sonra Tərtər hadisələri ilə bağlı yeni təkan gözləmir: “Ola bilsin ki, Ramiz Mehdiyev Tərtər hadisələrində adı keçənlərdən kimlərisə vəzifələrə qoyub, amma bu iş Müdafiə Nazirliyi ilə bağlı məsələ idi. Ona görə də Ramiz Mehdiyevə açılan cinayət işinin Tərtərdəki olayların araşdırılmasına təkan verəcəyini gözləmirəm. Onsuz da "Tərtər işi" ilə bağlı kifayət qədər addımlar atılıb, bəraət alanlar da olub, tutulanlar da. Bu baxımdan, Ramiz Mehdiyevin bu hadisələrdə dolayısı ilə əlaqəsi istisna deyil, açığı, birbaşa bağlantısını görmürəm".

Hüquqşünas Qulamhüseyn Əlibəyli isə “Yeni Müsavat”a deyib ki, təkcə Tərtər hadisələri deyil, bir çox məsələlərə yenidən baxılmalıdır. Onun fikrincə, bu hadisələr Ramiz Mehdiyevin PA rəhbəri vəzifəsi tutduğu dövrlərdə baş verib: “Məlumdur ki, Azərbaycanda istintaq prosesləri müxtəlif formalarda aparılıb. Bu istintaq aparılarkən həmin dövrdə ikinci şəxsin əlaqəsi və ya prosesin onun nəzarətində olması şübhə doğurmur. Ona görə bu hadisələrə yenidən baxıla bilər. Düzdür, "Tərtər işi"nin təkrar istintaqı aparıldı, amma yenə də tam qapanmadı. “Tərtər qətliamı”nda Azərbaycan Ordusunun bir hissəsini işgəncə ilə məhv ediblər və burada Rusiyanın barmağının olması da, Kremlə bağlı birinin bağlantısı da tamamilə mümkündür. Ona görə bu məsələlərin yenidən nəzərdən keçirilməsi zəruridir".

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərinin aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sevinc Babayevanın ölümündə Ramiz Mehdiyevin əli varmı? - İLGİNC FAKTLAR
Bu gün, 07:40
Fəaliyyəti narazılıq yaradan rektor BELƏ İLİŞDİ - TƏFƏRRÜAT
Bu gün, 07:33
"Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkəti tenderdə qalib elan edib - AXI NİYƏ?..
Bu gün, 07:29
Təhsilin adına vurulan növbəti zərbə - Metodist Sənayesi...
Bu gün, 07:26
Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev çətin durumda -Fəaliyyəti yoxlanıla bilər...
Bu gün, 07:23
Ramiz Mehdiyevin general oğluyla bağlı QƏRAR BƏLLİ OLDU - Başqa YOLU YOX İDİ...
Bu gün, 07:20
İstiqamət Yaxın Şərqdir: Azərbaycan bölgədə təsirini artırır - İNCƏLƏMƏ
Bu gün, 07:18
"Mən Səfurə İbrahimovanı sevirdim..." - Xalq artisti
Bu gün, 07:10
Starmer Trampa Ukrayna üzrə sülh planı hazırlamağı təklif etdi - "Axios" portalı
Bu gün, 07:05
Professor Ramiz Mehdiyevi AMEA-dan uzaqlaşdıran o ərizəni göstərdi - İLK DƏFƏ
Bu gün, 07:03
Görün övladlarımıza KİMLƏR BİLİK ÖYRƏDİR... - MALƏSƏF...
Bu gün, 07:00
İnşaat maqnatı Aqibət Əliyevin icra hakimiyyətləri ilə tender oyunu - TƏFƏRRÜAT
Bu gün, 06:58
Ramiz Mehdiyev hansı evdə dustaq olacaq: "Başqa evə getsə, həbs olunacaq?" - AÇIQLAMA
Bu gün, 06:56
Ət alarkən ehtiyatlı olun: Yoluxa bilərsiniz - AKTUAL
Bu gün, 06:53
"Onun köçürdüyü insanlara yazığım gəlir" - BAKI OĞRUSU İŞ BAŞINDA...
Bu gün, 06:49
MN-də milyonluq mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinin cəzası azaldılıb
Dünən, 19:44
Paytaxtda icazə “yarışı”... - BELƏ HARA GEDİRİK...
Dünən, 19:24
"Ramiz Mehdiyevin baldızı ilə Moskvada bir yerdə işləmişəm, təmiz daşnak idi" - tanınmış alimdən sensasion ifşa
Dünən, 19:17
Rəşad Abbasova vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 18:44
Azərbaycanın Bəhreyndə səfirliyi təsis olunub - SƏRƏNCAM
Dünən, 18:35
Yekaterinburqda saxlanılan azərbaycanlılarla bağlı YENİ QƏRAR - TƏFƏRRÜAT
Dünən, 18:15
Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyulub - ADLAR
Dünən, 18:11
“Hələ quzu əti 21 manatdır, şükür edin...” -Bazarda qiymətlər əl yandırır
Dünən, 18:08
Məktəbəqədər müəssisə müdirlərinin diaqnostik qiymətləndirilməsi – Zəruri addım, yoxsa yeni stress dalğası?
Dünən, 18:05
Məşhur Məmmədovun "Embafinans"ı borc içində - Rəhbərinə "stop" qoyulub
Dünən, 18:02
Eşqi Bağırov icra başçısı olacaq? - İDDİA
Dünən, 17:56
Müəllimlərin gözü qarşısında bıçaqlanma - Şabrandakı hadisənin DETALLARI
Dünən, 17:45
ətini görün niyə edirmiş – İnanılmaz izah
Dünən, 17:41
“Bank of Baku”dakı hesabından oğurluq oldu, pulunu belə geri aldı - TƏFƏRRÜAT
Dünən, 17:35
PAŞA Sığorta şirkətində yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:32
Tramp-Putin görüşü niyə Budapeştdə keçiriləcək? – SƏBƏB
Dünən, 17:27
BİLİRDİNİZMİ: Əti xaricdən 3,9, kərə yağını 11,7, düyünü 1,7 manta alırıq... - SİYAHI
Dünən, 17:22
Azərkosmosun yemək tenderinin qalibi BU ŞİRKƏT OLDU - CƏDVƏL
Dünən, 17:18
Hikmət Həsənovdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion fikirlər - “Rusların təcrübəsi yoxdur”
Dünən, 17:15
Ən böyük "Mehdiyev"çilərin adları MƏLUM OLDU - ŞOK SİYAHI
Dünən, 17:12
Bakıdan gedən sərnişin aeroportda TUTULDU - üzərindən "metallom" çıxdı
Dünən, 17:09
"Dostluq" kinoteatrının tarixi abidə statusu almasına müsbət rəy verilməyib - BƏRPAYA YARARSIZDIR!
Dünən, 17:01
“Fövqəladə Hallar Nazirliyi vətəndaşların çağırışlarını qulaqardına vurur...” - TƏFƏRRÜAT
Dünən, 16:58
Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü məsələsinə baxılır - İsa Həbibbəyli
Dünən, 16:54
Paşinyan katolikosun ailəsinə hücum edir - “Nezavisimaya qazeta”
Dünən, 16:12
Gülər Əhmədova Ramiz Mehdiyevi siyasi timsah ADLANDIRDI
Dünən, 16:09
Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadə ilə şok söhbəti - Partiya sədri açıqladı
Dünən, 16:07
Yekun sülh müqaviləsi Avropa ölkələrindən birində, hətta ABŞ-də İMZALANA BİLƏR
Dünən, 16:02
Trampdan Putinə qarşı sürpriz həmlə: Azərbaycanın da adı çəkildi - “The Telegraph”
Dünən, 15:59
Sanksiyalarımızda Rusiya Prezidentinin səfərlərinə qadağa yoxdur - Aİ rəsmisi
Dünən, 15:57
“Azercell” bizi dünya üzrə BELƏ BİABIR EDİR... - TƏFƏRRÜAT
Dünən, 15:38
Əməkdar artist Yadigar Muradov əməliyyat olunacaq
Dünən, 15:33
Vüsal Aslanov rəisi işdən çıxardı - BUNDAN SONRA...
Dünən, 15:32
Mehdiyev işində ŞOK Qarabağ detalı: Hansı nazirlərlə əlbir olub? - SİYAHI
Dünən, 15:31
"Azərbaycan bandası" futbolçunu döyüb öldürmüşdü - evlərində axtarış aparıldı
Dünən, 15:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru