Xocavənddə traktor minaya düşüb .....                     ABŞ generalı Odessaya səfər edib .....                     “Atəşgah” Sığorta Şirkətində təyinat olub .....                     Azərbaycanda elektron pul təşkilatına yeni rəhbər təyin edildi .....                     “Falcon Finance”ın cəmi gəliri AZALIB .....                     “Deyir xalqa xidmət edirəm, ay yetim, toyda oxuyub pul qazanmısan da” .....                     Xalq artisti “Bolt”dan şikayətçidir .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi... .....                     Seyran Hüseynova general-mayor rütbəsi verildi .....                     Afaq Gəncəlidən ETİRAF: .....                     “Loğmanı işdən çıxarıblar, onun dəstəyini görməmişəm” .....                     Afaq Gəncəlidən ETİRAF: .....                     Dərslər 1 sentyabrda BAŞLAYIR? .....                     ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır .....                     Dərslər 1 sentyabrda BAŞLAYIR? .....                     Paşinyanın “4 ərazi” açıqlamasının sirri .....                     Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir .....                     Bakıda qol saatına görə QAN TÖKÜLDÜ: .....                     Erməni məhbuslar Bakıda DƏRS ALIR: .....                     Şirkətə 726 minlik ziyan vurmaqda təqsirləndirilən iş adamının bəraət hökmü .....                     Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır? .....                     "Müğənnilər pul xərcləmir, həvəsləri yoxdur" .....                     Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı son seçim: .....                     Mənzil bazarında bahalaşma: Kirayələr nə qədər artıb? .....                     CNN-ə qarşı iddia: informasiya etibarlılığı uğrunda mübarizədə presedent .....                     30 illik İmişli Balıq Zavodu .....                     Azərbaycan Rusiyaya çatır .....                     "Zəngəzur" elektrik ötürmə xəttində işlərin birinci mərhələsi yekunlaşır .....                     Vüsal Nəsirli onu rəhbər təyin etdi .....                     Arsenyan Rusiyadan geri çağırılır .....                     Rusiya seçkilərində .....                     İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi .....                     Bu şəxslər üzlərini dəyişdirib, gizlicə Azərbaycana girə bilərlər? .....                     İranın Zəngəzur “sancısı” BUNA GÖRƏ imiş... .....                     Ermənistanın AES təhlükəsi: .....                     Kəngərlidə 37-ci il AB-HAVASI... .....                     Rusiyada adam oğurluğunda ittiham edilən azərbaycanlı ilə bağlı .....                     “İbrahim Tatlısəs məni Türkiyəyə dəvət etdi, .....                     Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən .....                     Şahbaz Xuduoğlu Əlisa Nicatı müdafiə etdi: .....                 

“Deyir xalqa xidmət edirəm, ay yetim, toyda oxuyub pul qazanmısan da” – Seyran Səxavət
Tarix: Bu gün, 17:36 | Çap et

“Nə vaxt istəsən, gəl. Yazıçılar Birliyində olacağam. Amma danışdığımız vaxtdan çox gecikmə”.

Müsahibədən əvvəl telefonda belə deyir. Mən isə hər ehtimala qarşı həmin gün yenidən zəng edəcəyimi bildirirəm. Özünəməxsus şəkildə yarızarafat-yarıciddi cavablayır:

“Mən yaddaşımı itirməmişəm, bütün romanlarımı sənə əzbər danışaram. Unutqanlığım yoxdur, sözüm də sözdür”. (gülür)

Elə bu qısa telefon danışığından da hiss olunurdu ki, qarşıdakı söhbət sıradan müsahibələrdən olmayacaq. İllərin yazıçısı yaddaşına da, sözünə də arxayın idi. Beləliklə, onunla söhbətimiz hələ görüşməmişdən, telefonun o başından başlayır.

Müsahibə günündə fotoqrafımızla Yazıçılar Birliyinin binasına çatırıq. Otağında əyləşib nəsə yazır. Məni görəndə təəccübünü gizlətmir. Salamlaşırıq.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Seyran Səxavətin Lent.az-a müsahibəsini təqdim edirik:

-Təəccübləndiniz. Danışdığımız vaxtdan 20 dəqiqə tez gəlmişəm.

-Mən də sənin gələcəyini unutmadım (gülür). Yaradıcılığımdan çox danışmışam. Yəqin, sualların artıq bu istiqamətdə olmaz.

Konfrans zalı daha yaxşıdır, burada da işləyənlərə mane olmarıq. Sən get, aparatı qaydaya sal - əli ilə fotoqrafımıza işarə edir. Onun ardınca da özümüz asta-asta zala doğru yol alırıq. Yolda məni tanımağa çalışır.

-Sən haralı idin?

-Gədəbəy.

-Bakıda nə işin var, ay bala? Adam da elə gözəlliyi qoyub bura gələr? (gülümsəyir)

-Albert Aqarunov demişkən, doğulmuşam burada, yaşayıram burada.

-Amma sənə deyim ki, bu ölkənin hər yerində olmuşam, Gədəbəydən başqa.

-Daha deyin ki, Azərbaycanı gəzməmişəm də.

-Azərbaycanın ən gözəl yeri birinci Qarabağdır, ikinci Gədəbəy.

-Yerlibazlıq da bir şey deyil, Seyran müəllim.

-Mən neçə ildən sonra Qarabağa gedirəm, bu həsrət neçə il sonra bitdi.

-Elədir, Qarabağ azad edildikdən sonra tez-tez getdiyinizi görürəm.

-Həftə 8 - mən 9 oradayam elə.

-Bakını sevmirsiniz?

-İmkanım olsa, elə gedib orada da qalaram.

-Ona görə nəsri özünüzə daha yaxın hiss etrmisiniz?

-Hə. Nəsri kənd uşağı adlandırıram.

-Bilirəm. Elə ona görə soruşdum.

-Bir oturuma 8-10 şeir yazmışam. Dünyanın ilkin yaşayış maketi mənim üçün kənddir. Şəhər mənim üçün bic yerdir. Yüngül iş axtaranlar… Məsələn, başına bir papaq qoy, “sıvarka” elə. Amma kənd torpaq işidir. Torpaq əsl kişidir. Ona görə də nəsr torpaq işidir.

60 ildir şəhərdə yaşayıram, hələ də elə bilirəm ki, ezamiyyətə gəlmişəm. Bu dəqiqə heç evə dəymədən Qarabağda yaşamağa gedərəm. Sonra da arvad-uşağı çağıraram.

-“Qaçaqaç”dakı kimi deyəsən, siz də buradan qaçmaq istəyirsiniz. Bəs bu gün insanlar hansı hisslərdən qaçırlar?

-İnsanlar bütün dəyərlərdən qaçıb qutarıblar. İndi bir-birindən qaçırlar.

-Sizcə niyə?

-İnsan get-gedə harınlayır, qudurur. Bəşəriyyət də qocalır. Bəşəriyyət vahid orqanizmdir. Hamımızın nənə-babamız bir olub: Adəm və Həvva. Azıx mağarası da onların otağı olub. Yer üzünə adamlar oradan yayılıb.

-Deyirsiniz ki, bəşəriyyət Azərbaycanda yaranıb?

- Bəli.

-Dediniz yaradıcılıqdan çox danışmısınız. Keçmişdən sual vermək fikrim yoxdur. Amma indi yaydır. Nə yazıb pozursunuz?

-“80+20 ?” kitabım Tovuz Xeyriyyə Cəmiyyəti tərəfindən yubiley hədiyyəsi olaraq yaxın günlərdə çap olunacaq.

-Gənc yazıçılarla aranız necədir? Yazdıqlarını oxuyursunuz?

-Gənc yazıçıları oxuyuram, həmişə də müdafiə edirəm. Müdafiə etdiyim üçün də həmişə ziyanını çəkmişəm.

-Niyə?

-Bəziləri keçmiş yazıçıları çox tənqid edir.

-Gündəm üçün.

-Bəli. Onlar bununla gündəmdə qalmaq istəyirlər.

“Nekroloq”u “dirilər üçün yazılmış” adlandırmısınız. Bu gün ətrafınızda həmin “dirirlər” azalıb ya çoxalıb?

-Əksinə, bir az daha artıb.

-Cəmiyyətdən çox narazılıq edirsiniz.

-Sevdiyimdəndir. Bir dəfə televiziyada canlı veriliş gedirdim. Döşədim ey qadasını aldığım Azərbaycan xalqına. Axırda aparıcı dedi ki, bu xalqa qarşı nifrət haradandır? Elə ona da eyni cavabı verdim – Sevgidən. Bütün bunları bu xalq sevdiyim üçün deyirəm. Yoxsa getsin, özünü qayadan atsın, nə vecimə. Bu xalqdan istedadlı, gözəl cəhətləri çox olan başqa xalq da görməmişəm. Eyni zamanda bu qədər eybəcər və istedadsız xalq da görməmişəm. Qarışıq vəziyyətdir.

-Sizcə, bu gün yazıçılar xalqa təsir edə bilir?

-Mən eqoistəm. Danışaraq yükümü yerə qoyuram. Mən 65 ilə yaxındır ki, yazıçılıqla məşğulam. Heç vaxt da düşünməmişəm ki, mənim xalqa xidmət etmək missiyam var. Mən xalqa xidmət eləmirəm. Xalqın boynuna niyə minnət qoyum? Bu sözü ən çox musiqiçilər deyir. 40 ildir xalqa xidmət edirəm – Ə, xalqa xidmət edirəm, nədir, ay yetim? Toyda oxumusan, pulunu qazanmısan da. Sən özünə xidmət eləmisən də.

-Belə baxanda hamı özünə xidmət edir də.

-Hə də. Bunun nəyi pisdir? Hamı özünə xidmət etməyi bacarmalıdır. Bunlar hamısı Sovet dövrünün geydirmələridir. Amma özümüzə xidmət edib kənarı unuduruq. Tutaq ki, yaşlısan, sənə bir gəncin metroda yer verməsi üçün gərək ayağında bu boyda gips ola. O da bunu görə, sonra qeyrətə gələ və qalxıb yer verə.

-Hər gün ictimai nəqliyyatdan istifadə edirsiniz?

-Burada maşın saxlamaq, maşın üçün yer tapmaq çətindir. Ona görə gündəlik ictimai nəqliyyatdan istifadə edirəm.

-Nələri müşahidə edirsiniz? İctimai nəqliyyatda əsas problem nədir?

-Bu, mənim üçün maraqlı sual oldu. Avtobusda 90 faiz yatır, 10 faiz əsnəyir. Deməli, bu 10 faiz də yatmağa namizəddir. Mən qidalarımızdan çox şübhələnirəm. Nə oldu bütün cavan oğlanlarımızı metroda yuxu apardı? Bizə nə yedizdirirlər ki, biz bu qədər yuxulayırıq? Mənim kimi yaşlı adamların gözləri-başları qaynayır, bütün cavanlar yatıb. “Bir avtobus xalq” – beynimə yeni hekayə yerləşir.

-Görürsünüz də, sizə müsahibədə yazı ideyası da verdim.

-Hə. İndi bu yetişməlidir. Zamanı gəlməlidir ki, yazım.

-Yazılarınızı ən birinci kim oxuyur?

-Həyat yoldaşım.

-O zaman şəxsi həyatınızla bağlı da sualım olacaq.

-Mənim şəxsi həyatım yoxdur.

-Hər kəsin şəxsi həyatı var.

-Allahın verdiyi həyatı şəxsi hesab etmirəm.

-Yoldaşınızla necə tanış olmusunuz?

-Onun sinifyoldaşı, mənim isə dostum Sərdar yanıma gətirdi ki, Almaz xanım da fars dilini bitirib, o da getsin xaricdə işləsin. Mən də Ədəbiyyat qəzetində çalışırdım. Almaz xanımı görən kimi çox xoşum gəldi. Ona görə də onu xaricə yox, daxilə göndərdim. Xaricə getsə, bu cür gözəl xanım əldən çıxacaqdı. Qismət böyük şeydir. Bu gün mənə çox yaxşı qulluq edir. Elə mən də ona.

Müsahibəni bitirən kimi – Siz məni suallarınızla çox sıxışdırdınız, - deyir.

-Dediniz əsərlərinizdən çox danışmısınız. Onlar barədə suallar vermək istəmədim.

-Bura gələn hansısa jurnalistə öz xoşumla kitab verməmişəm. Amma deyəsən, siz ilk olacaqsınız.

***

“Daş evlər” kitabını imzalayır. Yanında bir konfet: “Çalışacağam ki, yaşayım və Gədəbəyə mütləq gedim...”

©️ APA









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xocavənddə traktor minaya düşüb
Bu gün, 18:26
ABŞ generalı Odessaya səfər edib
Bu gün, 18:04
“Atəşgah” Sığorta Şirkətində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:55
Azərbaycanda elektron pul təşkilatına yeni rəhbər təyin edildi - ƏMR
Bu gün, 17:53
“Falcon Finance”ın cəmi gəliri AZALIB - HESABAT
Bu gün, 17:45
“Deyir xalqa xidmət edirəm, ay yetim, toyda oxuyub pul qazanmısan da” – Seyran Səxavət
Bu gün, 17:36
Xalq artisti “Bolt”dan şikayətçidir - “Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
Bu gün, 17:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi... -...dövlət büdcəsi havaya sovrulur
Bu gün, 16:17
Seyran Hüseynova general-mayor rütbəsi verildi - ƏMR
Bu gün, 15:59
Afaq Gəncəlidən ETİRAF: - "Aparıcı olmasaydım, mütləq..."
Bu gün, 15:56
“Loğmanı işdən çıxarıblar, onun dəstəyini görməmişəm” - Xalq artisti qardaşı ilə danışmır?
Bu gün, 15:51
Afaq Gəncəlidən ETİRAF: - "Aparıcı olmasaydım, mütləq..."
Bu gün, 15:47
Dərslər 1 sentyabrda BAŞLAYIR? - AÇIQLAMA
Bu gün, 15:37
ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - BU NƏDİ BELƏ?
Bu gün, 15:34
Dərslər 1 sentyabrda BAŞLAYIR? - AÇIQLAMA
Bu gün, 15:26
Paşinyanın “4 ərazi” açıqlamasının sirri – Bakının belə bir qərarı yoxdur
Bu gün, 15:22
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:11
Bakıda qol saatına görə QAN TÖKÜLDÜ: - "Bilsəydim, tək çıxmazdım"
Bu gün, 15:08
Erməni məhbuslar Bakıda DƏRS ALIR: - “Üçüncü ölkə vasitəsilə görüşə icazə verilməyəcək”
Bu gün, 15:00
Şirkətə 726 minlik ziyan vurmaqda təqsirləndirilən iş adamının bəraət hökmü LƏĞV EDİLDİ
Bu gün, 13:25
Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır? - İLGİNC FAKTLAR
Bu gün, 13:21
"Müğənnilər pul xərcləmir, həvəsləri yoxdur" – Hit mahnılar niyə TARİXƏ QARIŞIR?
Bu gün, 13:18
Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı son seçim: - Bir yol qalıb...
Bu gün, 13:13
Mənzil bazarında bahalaşma: Kirayələr nə qədər artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 13:12
CNN-ə qarşı iddia: informasiya etibarlılığı uğrunda mübarizədə presedent - TƏFƏRRÜAT
Bu gün, 13:07
30 illik İmişli Balıq Zavodu – BAĞLANIR
Bu gün, 13:06
Azərbaycan Rusiyaya çatır – Qaz bazarında MÜHÜM gəlişmə
Bu gün, 12:58
"Zəngəzur" elektrik ötürmə xəttində işlərin birinci mərhələsi yekunlaşır - VİDEO
Bu gün, 11:53
Vüsal Nəsirli onu rəhbər təyin etdi - ƏMR
Bu gün, 11:50
Arsenyan Rusiyadan geri çağırılır – Paşinyan narazıdır
Bu gün, 11:36
Rusiya seçkilərində İLGİNC “erməni ssenarisi”
Bu gün, 11:12
İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi - KİV
Bu gün, 11:09
Bu şəxslər üzlərini dəyişdirib, gizlicə Azərbaycana girə bilərlər? – MÜƏMMA
Bu gün, 11:08
İranın Zəngəzur “sancısı” BUNA GÖRƏ imiş... - GƏLİŞMƏ
Bu gün, 11:05
Ermənistanın AES təhlükəsi: - ABŞ reaktoru İrəvanı batıra bilər
Bu gün, 10:40
Kəngərlidə 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:34
Rusiyada adam oğurluğunda ittiham edilən azərbaycanlı ilə bağlı QƏRAR
Bu gün, 10:30
“İbrahim Tatlısəs məni Türkiyəyə dəvət etdi, Zeynəb xanıma deyəndə dedi ki...”
Bu gün, 10:28
Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən XƏBƏR VAR
Bu gün, 10:25
Şahbaz Xuduoğlu Əlisa Nicatı müdafiə etdi: - “Onda deyək ki, Mirzə Cəlil də "Ölülər" deməməli idi?!”
Bu gün, 10:23
Rusiyadakı yanacaq böhranı Ermənistana təsir etmir - Azərbaycanla sülhün faydaları
Bu gün, 10:21
Smolenskaya meydanında diplomatik striptiz və ya absurd teatr - Zaxarovaya məntiqi sual
Bu gün, 10:17
Paşinyan bunu qanuniləşdirmək istəyir, Bakı qəbul etməyəcək – Sabiq nazir
Bu gün, 10:14
Azərbaycan UEFA reytinqində mövqeyini qorudu
Bu gün, 10:12
“Green Card” uddu, Bakıdakı vəzifəsindən getdi – AÇIQLAMA
Bu gün, 10:07
Tahir Əmiraslanovun yerinə o təyin olundu -2025-ci ilin noyabrından...
Bu gün, 09:58
ABŞ BƏƏ-dən Dubaydan İrana axan maliyyə kanalını bağlamağı tələb edir
Bu gün, 09:56
Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşıb
Bu gün, 09:53
Putin düşünür ki, ukraynalılar bu qışdan sağ çıxmayacaq - Kislitsa
Bu gün, 08:40
İmtahanla çıxara bilmədikləri işçiyə ZORLA ƏRİZƏ YAZDIRIRLAR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru